Azərbaycan himni
Azərbaycan marşı — Azərbaycan Respublikasının rəsmi dövlət himni.
Azərbaycan himni | ||||
---|---|---|---|---|
![]() Himnin musiqi notları | ||||
![]() |
||||
Bəstəkar | Üzeyir Hacıbəyov, 1919 | |||
Sözlərin müəllifi | Əhməd Cavad, 1919 | |||
Təsdiqi | 30 yanvar 1920, 27 may 1992 | |||
Audio nümunəsi | ||||
|
||||
![]() |
Tarixi
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.
2018-ci ilin noyabrında Milli Məclis deputatı Tahir Kərimli himnin davamlılığının qısaldılmasını və qəmli notların yığışdırılmasını təklif edib. Təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.[1]
Musiqisi
Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
Notları
Himnin musiqisinin fortepiano (klavir) üçün notlarını aşağıdakı linkdən əldə edə bilərsiniz.
Sözləri
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir.[2]
Latın qrafikası (rəsmi) |
Kiril qrafikası |
Ərəb qrafikası |
Azərbaycan! Azərbaycan! |
Азәрбајҹан! Азәрбајҹан! |
آذربایجان! آذربایجان! |
Poçt markası üzərində

2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuşdur[6].
İstinadlar
- "Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab Read more: https://sputnik.az/life/20181102/417725049/himn-deyiskilik-deputat-azerbaycan.html". Sputnik (az.). 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2018.
- "S.K.Məmmədova. "Mədəniyyətşınaslıq",(dərs vəsaiti) Bakı, "Kooperasiya" nəşriyyatı-2001, 202 səh" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-03-25.
- "142 - Azərbaycan Respublikasının Dövlət himni haqqında". www.e-qanun.az. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.
- http://www.azdesign.ws/, (c) AzDesign |. "WWW.KIVDF.GOV.AZ". kivdf.gov.az. 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.
- "АТРИБУТЫ АЗЕРБАЙДЖАНА". maxmuland.nethouse.ru. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- 11.10.2011. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka. azermarka.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
Mənbə
Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. I cild. Bakı,2004.səh.310
Həmçinin bax
Xarici keçidlər
- HD Video: Azərbaycan Respublikasının Dövlət Himni
- Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu
- Used in Dagestan by the Azeri minority and formerly used between 1958–1991 in Soviet Azerbaijan.