Azərbaycan günəş ayinləri
Azərbaycan günəş ayinləri — Azərbaycanın bir çox yerində yayılmış adət. Günəşin çağrılması üçün istifadə olunur.
İcrası
Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: Qodu, odu, daşı. Odu kəssin yağışı. Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur.
Günəş çağırma mərasimində Qodu adlandırılan kukladan istifadəyə də rast gəlinir. Qadın şəklində olan kukla yuvarlaq olur və alnına Günəşi simvolizə edən ayna da yağışdırılır. Qodunun adları Azərbaycan dilinin dialektlərinə görə Dodu və Xodu da ola bilər. Qodunun Günəş ilahəsinin adı olması ehtimal edilir. Novruzun ilk dörd günü yağışlı keçərsə, qodu mərasimi keçirilərək Günəşi çağırarlar.
İstinadlar
- Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.