Azərbaycan günü
Azərbaycan günü filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1935-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Oktyabrın XVIII ildönümünə həsr olunmuş reportajda respublika zəhmətkeşlərinin bir günlük fəaliyyətindən söhbət açılır.
Azərbaycan günü | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Vladimir Yeremeyev |
Ssenari müəllifi | Vladimir Yeremeyev |
Operatorlar |
Vladimir Yeremeyev Seyfulla Bədəlov A. Qaryagin İvan Manakov |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 1935 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1935 |
Texniki məlumatlar |
2 hissə 556 metr |
Məzmun
Oktyabrın XVIII ildönümünə həsr olunmuş reportajda respublika zəhmətkeşlərinin bir günlük fəaliyyətindən söhbət açılır.[1]
İlk epizodlar iqtisadiyyat mövzusundadır. Tamaşaçılar burada gənc neftçilər və taxılçıların əməyi ilə tanış olurlar. Sonra onları Bakı qarnizonunun döyüşçüləri əvəz edir. Onlar idman-döyüş hazırlıqlarını nümayiş etdirirlər. Digər epizodlarda respublikamızın həyatı, mənzərəli yerləri, meyvə bağları, şəhər və kəndləri öz əksini tapmışdır.[1]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Vladimir Yeremeyev
Rejissor: Vladimir Yeremeyev
Operator: Vladimir Yeremeyev, Seyfulla Bədəlov, A. Qaryagin, İvan Manakov
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 26-27
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 57.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1935-ci ilin Azərbaycan filmləri
1930-cu illər Azərbaycan filmlərinin siyahısı