Azərbaycan etirazları (2016)
2016 Azərbaycan etirazları — 2016-cı il 12 yanvardan başlayan Azərbaycanda qiymət artımına, işsizliyə qarşı və sosial vəziyyətlə əlaqədar etirazlar.
2016 Azərbaycan etirazları | |
---|---|
Yer | Azərbaycan |
Tarix | 12 yanvar 2016 |
Əsas məqsəd | qiymət artımına, işsizliyə qarşı və sosial vəziyyətlə əlaqədar etirazlar |
Nəticə | un və çörəyin qiyməti endirilib[1] |
Tarixi
2016-cı il yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.[2] Lənkəranın Liman qəsəbə sakinləri Ələt-Astara yolunu bağlayıblar.[2] Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər.[2] Azadlıq Radiosunun məlumatına görə, aksiyanın qarşısını almaq üçün əraziyə polis qüvvələri cəlb olunub.[2]
Siyəzəndə isə bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar.[2] Sakinlər mövcud şərtlərlə yaşamağın qeyri-mümkün olduğunu bildiriblər.[2]
Daha bir etiraz aksiyası Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya etiraz ediblər.[2] Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.[2] Bahalaşma və işsizlik Hindarx kəndində də etirazlara səbəb olduğu bildirilir.[2] BBC-inin məlumatına görə, günorta saatlarında 200-ə yaxın sakin bir araya gələrək Ağdaş-Bərdə yolunu bağlayıblar.[2] Görüş kənddə yerləşən stadionda keçirilib.[2]
Füzuli rayonunun Bala Bəhmənli kəndində də sakinlər bahalaşmaya görə etiraz aksiyası keçirib.[2] Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov Füzulidə baş verən etiraz aksiyasına qiymət artımının səbəb olduğunu təsdiqləyib.[2]
Azərbaycanda bahalaşan ərzaq qiymətlərinə etirazlardan bir gün sonra, hökumət buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına əlavə dəyər vergisini aşağı salıb.[1]
Sosial şəbəkələrdə
Bəzi sosial şəbəkə istifadəçiləri Facebook və Twitter şəbəkələrində əsgərlərin cümləsini #etiraz heşteqilə şərh ediblər.[3]
İstinadlar
- "Un və çörəyin qiyməti endirilib". www.bbc.com. BBC. 15 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
- "Azərbaycan mətbuatı: "Dörd bölgədə xalq etiraz etməyə başlayıb"". www.bbc.com. BBC. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
- "Sosial mediada #etiraz". www.bbc.com. BBC. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.