Azərbaycan dilinin izahlı lüğəti

"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilmiş lüğət.[1]

Azərbaycan dilinin izahlı lüğəti
Müəllif Əliheydər Orucov
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 1966
ISBN 978-9952-34-023-5

Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur.[2]

Tarixi

“Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif DadaşzadəMəmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Ə. Orucov, Bəhruz AbdullayevNərgiz Rəhimzadə tərəfindən tərtib edilib.[2]

Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibi ilə f.e.n. Bəhruz Abdullayev, f.e.d., professor Ə. Orucov, f.e.n. N. Rəhimzadə, f.e.n. Məmmədhüseyn XəlifəzadəMikayıl Rzaquluzadə məşğul olmuşdular. Redaktoru Ə. Orucov olub.[2]

Üçüncü cild 2-cidən 3 il sonra (1983) nəşr edilir. Kitabın redaktoru yenə Ə. Orucov olur. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi. 4 il sonra (1987) nəşr olunmuş dördüncü, sonuncu cildin tərtibçiləri, redaktor və redaksiya heyəti 3-cü ilə eyni olub.[2]

4 cilddə ümumilikdə 57 min söz var.[3]

XX əsrin sonlarında üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib.[1]

2005-ci ildə Ağamusa Axundovun bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” çapdan çıxmışdır. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə yaxın söz əlavə edilmişdir.[4]

2006-cı ildə AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ağamusa Axundovun rəhbərliyi ilə təkmilləşdirilərək Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına[5] əsasən 25 min tirajla yenidən nəşr edilmiş və ölkə kitabxanalarına hədiyyə edilib.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dil Qurumu tərəfindən onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.[6]

Nəşrləri

İlk

  • Azərbaycan dilinin izahlı lüğəti (A, B, V, Q). I cild. Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966.
  • Azərbaycan dilinin izahlı lüğəti (D, E, Ə, J, Z, İ, Y). II cild. Bakı, Elm, 1980.
  • Azərbaycan dilinin izahlı lüğəti (K, G, L, M, N, O, Ö, P, R). III cild. Bakı, Elm, 1983.
  • Azərbaycan dilinin izahlı lüğəti (S, T, U, Ü, F, X, H, Ç, C, Ş). IV cild. Bakı, Elm, 1987.

II nəşr

  • Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s. ISBN10: ISBN 9952-34-023-0; ISBN13: ISBN 978-9952-34-023-5
  • Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild (EƏFGHXİJK). Bakı: Şərq-Qərb, 2006, 792 s. ISBN10: ISBN 9952-34-024-9; ISBN13: ISBN 978-9952-34-024-2
  • Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild (QLMNOÖPR). Bakı: Şərq-Qərb, 2006, 672 s. ISBN10: ISBN 9952-34-025-7; ISBN13: ISBN 978-9952-34-025-9
  • Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. ISBN10: ISBN 9952-34-026-5; ISBN13: ISBN 978-9952-34-026-6

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.