Azərbaycan buzlaqları

Azərbaycan buzlaqlarıAzərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur.[1]

Azərbaycan ərazisində buzlaqlar

Azərbaycanda buzlaqlar və çoxillik qar talaları, əsasən Böyük Qafqaz dağlarının ən uca zirvələrində mövcud olmaqla, çox kiçik sahə tutur. Bunun əsas səbəbi Şərqi Qafqazda, xüsusilə Böyük Qafqaz dağ sisteminin Azərbaycan ərazisinə daxil olan cənub-şərq hissəsində qar xəttinin çox yüksəkdə (3900 m) yerləşməsidir. Böyük Qafqazın Qara dəniz silsilələrində isə (Abxaziyada) qar xətti cəmi 2800 m yüksəkdə yerləşir. Buna görə bu dağlıq ərazinin qərb və mərkəz hissələrində buzlaqlar və çoxillik qar daha çox sahə tutur.[2] Cənub-Şərqi Qafqaz buzlaqlarının 3,62 km2 Bazardüzü zirvəsində, 1,0 km2-i Bazaryurd zirvəsində, 0,51 km2-i Tufan zirvəsində, 1.08 km2-i isə Şahdağ massivində yerləşir. Buzlaqların əsas hissəsi (5,64 km2) Qusarçay, 1,01 km2 isə Qudyalçay hövzəsindədir. Qusarçay hövzəsinin 0,81%-ni, Qudyalçayın hövzəsinin isə 0,13%-ni buzlaqlar təşkil edir. Bu rəqəmlərin çox kiçik olmasına baxmayaraq, buzlaqlar və qarlar həmin çayların qidalanmasında əhəmiyyətli yer tutmaqla, onların su rejiminə böyük təsir göstərir. Kiçik Qafqazda yalnız Zəngəzur silsiləsinin Qapıçıq zirvəsində kiçik (0,15 km2) buzlaqlar var. Bu buzlaqlar əsasən Oxçuçay hövzəsində, olduğca cüzi bir hissəsi isə Gilançay hövzəsində yerləşir. Azərbaycanın 3900 m-dən hündürdə yerləşən uca zirvələrindəki qarlıqların (qar talalarının ümumi sahəsi 20 knr-ə qədərdir. Bunun əksər hissəsi Böyük Qafqazın uca zirvələrindədir.

Dağ buzlaqları

Qar xətti ərazinin iqlim xüsusiyyətlərindən asılıdır. Yerin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişdiyi üçün qar xəttinin hündürlüyü də dəyişir. Yamacların istiqaməti də qar xəttinin hündürlüyünə təsir edir. Dağların ekvatora baxan yamaclarında qar xətti hündür, əks yamaclarında isə nisbətən aşağı olur. Azərbaycanda buzlaqlar hündürlüyü 3900 m-dən hündür olan Bazardüzü, Şahdağ, Tufandağ, Bazaryurd zirvələrində, az miqdarda Qapıcıq dağında yayılmışdır.[3] Quruda buzlaqlar dağmaterik (örtük) buzlaqlarına bölünür. Dağ buzlaqları qar xəttindən yuxarıda yerləşən zirvələrdə, yamaclarda və dağarası çökəkliklərdə yaranır. Ən böyük dağ buzlaqları Alyaskada, Himalay, Hindikuş, PamirTyan-Şan dağlarındadır. Morfoloji tipinə görə iki əsas tipə bölünürlər:

  • Dağ yamaclarının buzlaqları (kar, asılı kar, asılı buzlaqlar)
  • Dağ zirvələrinin buzlaqları (yastı zirvə buzlaqları)

Birinci tip buzlaqlar Baş Qafqaz silsiləsinin Bazardüzü, Bazaryurd, Tufan və başqa zirvələrinin yamaclarında , ikinci tip buzlaqlar isə Yan silsiləsinin Şahdağ zirvəsində müşahidə olunur. Dağ buzlaqları yamacboyu sutkada 20-80 sm-dən ildə 100-300 m-ə qədər sürətlə hərəkət edərək müxtəlif relyef formaları yaradır. Buzlağın qidalanma və axın hissələri vardır. Qidalanma hissəsində qar toplanaraq buz əmələ gətirir, axın hissəsində isə buzlağın əriməsi baş verir. Burada bir çox çayların mənbəyi yerləşir.

Materik buzlaqları

Materik (örtük) buzlaqları böyük əraziləri əhatə edir və daha qalın olması ilə fərqlənir. Bu buzlaqlar qar xəttinin 0 m-ə yaxın olduğu ərazilərdə — Antarktida, Qrenlandiya və bəzi qütbətrafi adalarda yayılmışdır. Antarktidada buz örtüyünün orta qalınlığı 2000 m-ə çatır. Materik (örtük) buzlaqları günbəzvarı və ya qalxanvarı formaya malik olur. Toplanan buz qatı öz ağırlığı nəticəsində kənarlara doğru hərəkət edir və qırılaraq dənizə düşür. Nəticədə üzən buz dağları — aysberqlər yaranır. Aysberqlərin uzunluğu 100 km və ondan da çox ola bilər. Onların hündürlüyü, adətən, 35-50 m olur. Buzlaqlar müxtəlif səbəblərdən, xüsusilə iqlimin təsiri ilə dövri olaraq irəliyə və geriyə doğru hərəkət edir. İslandiyaQrenlandiya buzlaqlarının geriyə çəkilməsi nəticəsində vikinqlərin X-XI əsrlərdə saldıqları məskənlər buzun altından üzə çıxmışdır. Buzlaqların böyük iqtisadi əhəmiyyəti vardır. Dağ buzlaqları müxtəlif çayları qidalandırır. Bir çox ölkələrdə su qıtlığı probleminin həll olunmasında buzlaqlardan istifadə edilir. Aysberqlərin yedək gəmiləri vasitəsilə isti ölkələrə gətirilməsi layihələri mövcuddur. Hesablamalara görə, bu layihə dəniz suyunun şirinləşdirilməsindən xeyli ucuz başa gəlir. Qrenlandiyada buzlaq suları ilə işləyən elektrik stansiyasının layihəsi hazırlanmışdır.

Həmçinin bax

İstinadlar

  1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Buzlaqlar". Archived from the original on 2022-08-14.
  2. "Azərbaycanda Buzlaqlar və çoxillik qar". Archived from the original on 2019-06-25.
  3. "Buzlaqlar". 2023-06-29 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.