Azərbaycan Xalqlarının Bərabərlik Partiyası

Azərbaycan Xalqlarının Bərabərlik Partiyası (Əvvəlki adı: Talış Xalq Partiyası) — 1991-ci ildə yaradılan və 1993-cü ildə ləğv edilən separatçı partiya.

Azərbaycan Xalqlarının Bərabərlik Partiyası

(Talış Xalq Partiyası)
Sədri Hilal Məmmədov
Qurucu Hilal Məmmədov
Quruluş tarixi 1991
Dağılma tarixi 1993[1]
Sələfi Talış Milli Dirçəliş Partiyası (1989)
İdeologiya

Bərabərlik

Talış millətçiliyi

Tarixi

Talış Xalq Partiyası 1989-cu ildə qurulan Talış Milli Dirçəliş Partiyasının bazasında yaradılmışdır.

1991-ci ildə TMDP TXP olaraq yenidən formalaşdı və sədri Hilal Məmmədov seçildi. 1993-cü ilin martında partiya Azərbaycan Xalqlarının Bərabərlik Partiyası adı altında qeydiyyatdan keçmişdir. 1993-cü ilin iyununda Talış Muğan Respublikası elan edildikdən sonra partiyanın qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir.[1]

İstinadlar

  1. "meclis.gov.az". 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.