Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi

Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyiAzərbaycan Xalq Cümhuriyyətinin Krım hökumətiKrım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik.[1]

Haqqında

Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. [2] 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi.[3]

Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar.[1]

1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi. Krım türkləri öz hüquqlarını qorumaq üçün bu hökumətə daxil olmayaraq, ayrıca milli hökumət-direktoriya və parlament yaratdılar. Azərbaycan hökumətinin elçisi Miri bəy Vəzirov 1919-cu ilin yanvarında Simferopolda Krım türk parlamentinin sədri Seyid Camal Xətattovla və milli direktoriyanın başçısı S.Ş. Misxarlı ilə görüşdü və Cümhuriyyətin Krım türklərinin milli müstəqillik uğrunda mübarizəsini müdafiə etdiyini bildirdi. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski 1919-cu ilin yanvarın 14-də Krım türk milli direktoriyasının başçısı S. Misxarlıya göndərdiyi məktubda onun hökumətinin Krımı müstəqil dövlət kimi görməyi arzu etdiyini və Paris Sülh Konfransında Krım nümayəndəsinin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqədə fəaliyyət göstərməsinin zəruriliyini bildirdi.[1]

Cəfər bəy Rüstəmbəylinin hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan" qəzetində də dərc edilmişdir.[4] Lakin 1919-cu il aprelin 9-da Krımın Qırmızı ordu tərəfindən işğalı, iyulun 1-də isə yenidən Denikinin ordusunun əlinə keçməsi onun müstəqilliyinə qəti olaraq son qoyduğu üçün Cəfər bəy Rüstəmbəyli missiyasını icra etmək münkün olmadı. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi bölgədə baş verən prosesləri yaxından izləmək üçün 1919-cu ilin sentyabrın 22-də iqtisadçı alim Şeyx Əli Hüseynovu Azərbaycanın Krımdakı konsulu təyin etdi.[3]

İstinadlar

  1. Azərbaycan demokratik respublikası (1918–1920), Bakı, 1998,
  2. Qanunverici aktlar, 1998. səh. 346
  3. B. E. Bozqrin, Krım tatarlarının tarixi, Moskva, 1992)
  4. Qanunverici aktlar, 1998. səh. 482

Ədəbiyyat

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.