Azərbaycan Standartlaşdırma İnstitutu
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) - İnstitut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir.
Azərbaycan Standartlaşdırma İnstitutu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 10 fevral 2017 |
Əvvəlki qurum | Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi |
Tabelik | Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti |
Baş qərargah | Azərbaycan Bakı şəhəri |
Ünvan | AZ1029, Bakı şəhəri, E.İsaqzadə qəs., 7-ci köndələn |
|
|
Rəsmi saytı | azstand.gov.az/az |
Haqqında
Azərbaycan Respublikasi Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1234 saylı 10 fevral 2017 –ci il tarixli Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən İnstituta standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirmək səlahiyyəti verilib.
“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi həmin Sərəncamla yeni yaradılan, mərkəzi icra hakimiyyəti statusuna malik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin idarəçiliyinə verilib.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və həmin Fərmanla “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib.
Standartlaşdırma üzrə Texniki Komitələr
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən maraqlı tərəflərin iştirakı ilə bir çox elmi-tədqiqat institutlarının, dövlət və qeyri-dövlət təşkilatlarının bazasında standartlaşdırma üzrə Texniki komitələr təsis edilib:
- "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 05),
- "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06),
- "Uyğunluğun qiymətləndirilməsi" üzrə Texniki Komitə (AZSTAND/TK 08),
- "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 09),
- "Tikinti materialları, məmulatları və konstruksiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 10),
- "Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar"ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20),
- "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21),
- "Üzümçülük və şərabçılıq məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 22),
- "Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 23),
- "Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 24),
- "Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 25),
- "Tərəvəz toxum-əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26),
- "Toxum və əkin materialları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 27),
- "Naftalan nefti və ondan alınan məhsullar" üzrə Texniki Komitə (AZSTAND/TK 29),
- "Taxıl və taxıl məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK30),
- "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 31),
- "Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 32),
- "Qida məhsullarının keyfiyyəti və texnologiyası" standartlaşdırma üzrə Texniki Komitə AZSTAND/TK 33,
- "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 34),
- "Neft-mədən avadanlıqları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 35).
Beynəlxalq əlaqələr
Azərbaycan Standartlaşdırma İnstitutu Azərbaycan Respublikasını Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edir. Azərbaycan Standartlaşdırma İnstitutu fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Almaniya, Serbiya, Ukrayna, İsrail, Qazaxıstan və digər ölkəllərin milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olub.
Regional bölmələr
Sumqayıt regional bölməsi, Gəncə regional bölməsi, Yevlax regional bölməsi, Şəki regional bölməsi, Lənkəran regional bölməsi, Salyan regional bölməsi.
İstinadlar