Azərbaycan Sosial Demokrat Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası — Azərbaycanda mövcud olmuş siyasi partiyalardan biri.

Azərbaycan Sosial Demokrat Partiyası
Sədri Araz Əlizadə
Qurucu Ayaz Mütəllibov
Zərdüşt Əlizadə
Quruluş tarixi 1989
Qeydiyyat tarixi 1 sentyabr 1995
Dağılma tarixi 4 aprel 2023
Bölünmə Azərbaycan Demokratik Sol Partiyası (2008)
Baş qərargah
İdeologiya dünyəvilik, sosial-demokratiya
Üzv sayı 3 minə yaxın (2015)[1]
Saytı sdpa.az

Tarixi

Azərbaycan Sosial Demokrat Partiyası 1989-cu ildə təsis edilmiş, 27 iyul 1990-cı ildə dövlət qeydiyyatına alınmışdır. Partiyanın ideologiyasının əsasında sosial-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması durur. Partiya siyasi sistemdə solçuluq mövqeyini müdafiə edir. Partiyada könüllü üzvlük haqqı sistemi mövcuddur.

ASDP-də seçkili orqanlar sədr və sədr müavinləridir. Partiyanın ictimaiyyətlə əlaqə vasitələri yoxdur.

Partiyanın iqtidar-müxalifət dialoquna münasibəti yalnız o halda müsbətdir ki, bu addım Prezident tərəfindən atılmış olsun. Mövcud resursları baxımından partiyanın maddi-texniki imkanları zəifdir. Partiya siyasi sistemin optimallaşdırılmasını, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini, proporsional seçki sisteminin bərpasını dəstəkləyir.

Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan və partiya sədri Araz Əlizadənin ölümündən sonra, 4 aprel 2023-cü il tarixində partiya bəyanat yayaraq özünü buraxdığını elan etmişdir.[2]

Seçkilərdə

2008-ci ilin prezident seçkilərində partiya seçkilərə qatılmayıb. 2005-ci ilin parlament seçkilərində 9 nəfərin namizədliyi verilsə də, heç bir namizəd seçilməyib. 2009-cu ilin bələdiyyə seçkilərində iştirak edən 2 namizəddən də heç biri seçilməyib.

Parlament

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Zərdüşt Əlizadə

Araz Əlizadə
0 / 100
0 / 125
2000
0 / 100
0 / 125
2005

Ayaz Mütəllibov
0 / 125
0 / 125
2010 4 402 0.18
0 / 125
0 / 125
2015

Araz Əlizadə
11 288 0.40
1 / 125
1 / 125
2020
0 / 125
0 / 125

Bayrağı və emblemi

ASDP-nin simvolunun müəllifi partiyanın sədri Araz Əlizadədir. Simvol aypara, 8 guşəli ulduz və gül tutmuş əldən ibarətdir. A. Əlizadə deyir ki, aypara və 8 guşəli ulduz Azərbaycanın rəmzidir. Əldə tutulan gül isə bütün dünyanın sosialistlərinin – Sosinterinin əsas rəmzidir. Bunun da mənası insana məhəbbət deməkdir.

ASDP-nin bayrağı göy rəngdədir və üzərində qeyd edilən simvol öz əksini tapıb. A. Əlizadə bildirir ki, bəzən Azərbaycanda göy rəngi düzgün təsvir etmirlər: "Bizim bayraq mavi deyil, göy rəngdədir. Çünki Azərbaycanın bayrağı göy qırmızı və yaşıldır, amma bir sıra hallarda bu göy mavi rənglə əvəz olur. Bu bayrağa hörmətsizlikdir".[3]

Qərargahı

Azərbaycan Sosial Demokrat Partiyası da bir neçə dəfə yer dəyişən partiyalardandır. Əvvəl şəhərin mərkəzində 28 may küçəsində yerləşən partiya sonradan bir müddət Binəqədi rayonu ərazisində İ. Dadaşov 60 ünvanında fəaliyyət göstərdi. Hazırda isə partiya yenə də Binəqədi rayonunda bu dəfə Azadlıq prospekti, 200-də yerləşən yeni qərargahda fəaliyyət göstərir. Partiyanın qərargahı 4 otaqdan ibarətdir. Qərargah partiyaya müvafiq dövlət qurumu tərəfindən ayrılıb.[4]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.
  2. "Ölkənin ən məşhur partiyası özünü buraxdı: Əlizadələrin qurduğu 34 illik ASDP-nin SON BƏYANATI". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  3. "Partiyaların simvolları – ARAŞDIRMA". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-05.
  4. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.

Mənbə

  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 126–127.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.