Azərbaycan SSR Nazirlər Soveti

Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti.

Azərbaycan SSR Nazirlər Soveti
  • Азәрбајҹан ССР Назирләр Совети
Azərbaycan Sovet Sosialist Respublikasının gerbi
Azərbaycan Sovet Sosialist Respublikasının gerbi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan SSR
Yurisdiksiya Azərbaycan SSR
Yaradılma tarixi 28 mart 1946
Əvvəlki qurum Azərbaycan SSR Xalq Komissarları Soveti
Ləğv edilib 7 fevral 1991
(faktiki: 22 may 1991)
Sonrakı Azərbaycan Respublikası Nazirlər Kabineti
Tabelik Azərbaycan SSR Ali Soveti
Baş qərargah Bakı
Ünvan M. Lermontov 68, 26 Bakı Komissarları rayonu

Haqqında

Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır.[1]

Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi.[1]

Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur:[1]

  • Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi;
  • Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi;
  • Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi;
  • Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi;
  • Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması;
  • Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması;
  • SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması.

Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.[1]

Azərbaycan dövlətinin 5 fevral 1991-ci ildə adlandırılması ilə əlaqədar olaraq qurum Azərbaycan Respublikasının Nazirlər Soveti adlandırılmışdır. 2 gün sonra, 7 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti təşkil edilmiş, lakin bununla belə, Azərbaycan Respublikasının Nazirlər Soveti müvəqqəti olaraq öz səlahiyyətini saxlamışdır.[2] 22 may 1991-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturu təsdiq edilmişdir.[3] Bununla Nazirlər Sovetinin fəaliyyətinə son qoyulmuşdur.

Azərbaycan SSR Nazirlər Sovetinin sədrləri (1946–1991)

Teymur Quliyev hökuməti (1946–1953)
Sədr
1
Quliyev
Teymur İmamqulu oğlu

(28 mart 1946 – 18 aprel 1953)
(2578 gün)
Sədr müavinləri
Mircəfər Bağırov hökuməti (1953)
Sədr Sədrin birinci müavini
2
Bağırov
Mir Cəfər Abbas oğlu

(18 aprel 1953 – 17 avqust 1953)
(121 gün)
Sədr müavinləri
Teymur Quliyev hökuməti (1953–1954)
Sədr Sədrin birinci müavini
3
Quliyev
Teymur İmamqulu oğlu

(17 avqust 1953 – 9 mart 1954)
(204 gün)
Sədr müavinləri
Sadıq Rəhimov hökuməti (1954–1958)
Sədr Sədrin birinci müavinləri
4
Rəhimov
Sadıq Hacıyarəli oğlu

(9 mart 1954 – 8 iyul 1958)
(1582 gün)
Sədr müavinləri
Vəli Axundov hökuməti (1958–1959)
Sədr Sədrin birinci müavini
5
Axundov
Vəli Yusif oğlu

(8 iyul 1958 – 10 iyul 1959)
(367 gün)
Sədr müavinləri
Məmməd İsgəndərov hökuməti (1959–1961)
Sədr Sədrin birinci müavini
6
İsgəndərov
Məmməd Əbdül oğlu

(10 iyul 1959 – 29 dekabr 1961)
(903 gün)
Sədr müavinləri
Ənvər Əlixanov hökuməti (1961–1970)
Sədr Sədrin birinci müavinləri
7
Əlixanov
Ənvər Nəzər oğlu

(29 dekabr 1961 – 10 aprel 1970)
(3024 gün)
Sədr müavinləri
Əli İbrahimov hökuməti (1970–1981)
Sədr Sədrin birinci müavinləri
8
İbrahimov
Əli İsmayıl oğlu

(10 aprel 1970 – 22 yanvar 1981)
(3940 gün)
Sədr müavinləri
Həsən Seyidov hökuməti (1981–1989)
Sədr Sədrin birinci müavinləri
9
Seyidov
Həsən Nemət oğlu

(22 yanvar 1981 – 27 yanvar 1989)
(2927 gün)
Sədr müavinləri
Ayaz Mütəllibov hökuməti (1989–1990)
Sədr Sədrin birinci müavinləri
10
Mütəllibov
Ayaz Niyaz oğlu

(27 yanvar 1989 – 26 yanvar 1990)
(364 gün)
Sədr müavinləri
Həsən Həsənov hökuməti (1990–1991)
Sədr Sədrin birinci müavinləri
11
Həsənov
Həsən Əziz oğlu

(26 yanvar 1990 – 7 fevral 1991)[lower-alpha 1]
(377 gün)
Sədr müavinləri

Qeydlər

  1. 5–7 fevral 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri kimi

İstinadlar

  1. Азәрбајҹан ССР Назирләр Совети // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 174.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsis olunması və Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 122-ci maddəsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 7 fevral 1991. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2022.
  3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı". e-qanun.az. 22 may 1991. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.