Azərbaycan SSR Ali Soveti
Azərbaycan SSR Ali Soveti — 1938–1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ildə "Azərbaycan Respublikasının Ali Soveti" adlandırılmış, səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və 1995-ci ildə yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür.
Azərbaycan SSR Ali Soveti | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 24 iyun 1938 |
Ləğv olunma tarixi | 1995 |
Əvvəlki orqan | Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi |
Sonrakı orqan | Azərbaycan Respublikasının Milli Məclisi |
Haqqında
Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir.
Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır.
Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər.
Çağırışlar
- I çağırış (1938–1946)
- II çağırış (1947–1950)
- III çağırış (1951–1954)
- IV çağırış (1955–1959)
- V çağırış (1959–1962)
- VI çağırış (1963–1966)
- VII çağırış (1967–1970)
- VIII çağırış (1971–1975)
- IX çağırış (1975–1979)
- X çağırış (1980–1984)
- XI çağırış (1985–1990)
- XII çağırış (1991)
Rəhbərlər
1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.
Çağırış | Vəzifə adı | Adı və Soyadı | Səlahiyyət Müddəti |
---|---|---|---|
I çağırış (1937–1947) | Rəyasət Heyətinin sədri | Mirbəşir Qasımov | 1937–1947 |
Ali Sovetin sədri | Mir Teymur Yaqubov | 18 iyul 1938 – 7 aprel 1941 | |
Əziz Əliyev | 7 aprel 1941 – 6 mart 1944 | ||
Sultan Qafarzadə | 6 mart 1944 – 22 mart 1947 | ||
II çağırış (1947–1951) | Rəyasət Heyətinin sədri | Mirbəşir Qasımov | 1947–1949 |
Nəzər Heydərov | 1949–1951 | ||
Ali Sovetin sədri | Yusif Yusifov | 22 mart 1947 – 26 mart 1951 | |
III çağırış (1951–1955) | Rəyasət Heyətinin sədri | Nəzər Heydərov | 1951–1954 |
Mirzə İbrahimov | 1954–1955 | ||
Ali Sovetin sədri | Ağamirzə Əhmədov | 26 mart 1951 – 18 aprel 1953 | |
Mustafa Topçubaşov | 18 aprel 1953 – 25 mart 1955 | ||
IV çağırış (1955–1959) | Rəyasət Heyətinin sədri | Mirzə İbrahimov | 1955–1958 |
İlyas Abdullayev | 1958–1959 | ||
Ali Sovetin sədri | Abdulla Bayramov | 25 mart 1955 – 23 yanvar 1958 | |
Mirzə İbrahimov | 23 yanvar 1958 – 25 mart 1959 | ||
Qəzənfər Cəfərli | 25 mart 1959 – 26 noyabr 1959 | ||
V çağırış (1959–1963) | Rəyasət Heyətinin sədri | Səftər Cəfərov | 1959–1961 |
Məmməd İsgəndərov | 1961–1963 | ||
Ali Sovetin sədri | Əli Tağızadə | 26 noyabr 1959 – 29 mart 1963 | |
VI çağırış (1963–1967) | Rəyasət Heyətinin sədri | Məmməd İsgəndərov | 1963–1967 |
Ali Sovetin sədri | Məmməd Dadaşzadə | 29 mart 1963 – 5 aprel 1967 | |
VII çağırış (1967–1971) | Rəyasət Heyətinin sədri | Məmməd İsgəndərov | 1967–1969 |
Qurban Xəlilov | 1969–1971 | ||
Ali Sovetin sədri | Mustafa Topçubaşov | 5 aprel 1967 – 1 iyul 1971 | |
VIII çağırış (1971–1975), IX çağırış (1975–1980), X çağırış (1980–1985) və XI çağırış (1985–1991) |
Rəyasət Heyətinin sədri | Qurban Xəlilov | 1971–1985 |
Süleyman Tatlıyev | 1985–1989 | ||
Elmira Qafarova | 1989–1990 | ||
Ali Sovetin sədri | Süleyman Rüstəm | 1 iyul 1971 – 10 iyun 1989 | |