Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (5 noyabr 1974-cü ilədək Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, daha əvvəllər Azərbaycan SSR Baş Soveti Prezidiumunun fəxri fərmanı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən təqdim olunan dövlət təltifi. Həmin fərmanla fəhlələr, kolxozçular, qulluqçular, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, həmçinin dövlət planlarının yerinə yetirilməsində yüksək göstəricilər əldə edilməsinə, yüksək məhsul alınmasına, səmərəli istehsal, elmi və ictimai-siyasi fəaliyyətinə görə müəssisə və təşkilatlar mükafatlandırılırdı.[1]
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı | |
---|---|
Ölkə | |
Tip | fəxri fərman[d] |
Statistika | |
Təsis tarixi | 18 iyul 1938 |
Ləğv tarixi | 18 yanvar 1990 |
Ardıcıllıq | |
Müvafiqdir |
Azərbaycan SSR-in fəxri fərmanı (1990–1991), Azərbaycan Respublikasının fəxri fərmanı (1991–1993), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2007-ci ildən) |
Həmçinin bax
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 541.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.