Azərbaycan SSR (film, 1978)
Azərbaycan SSR qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Coğrafiya filmi orta məktəblərdə coğrafiya fənninin tədrisini yaxşılaşdırmaq və şagirdlərə Azərbaycanın təbii sərvətləri, mənzərəli guşələri, iqtisadiyyat və əhalisi haqqında dolğun təsəvvür yaratmaq məqsədi daşıyır. 1980-cı ildə İrəvanda I Zaqafqaziya respublikaları filmləri kinofestivalında sənədli tədris filminə Birinci Priz və Diplom verilmişdir.
Azərbaycan SSR | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Cahangir Zeynallı |
Ssenari müəllifi | Budaq Budaqov |
Operatorlar |
Rəfael Salamzadə Azər Salayev Elxan Əliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1978 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1978 |
Texniki məlumatlar |
2 hissə 560 metr |
Rəng | rəngli |
Məzmun
Coğrafiya filmi orta məktəblərdə coğrafiya fənninin tədrisini yaxşılaşdırmaq və şagirdlərə Azərbaycanın təbii sərvətləri, mənzərəli guşələri, iqtisadiyyat və əhalisi haqqında dolğun təsəvvür yaratmaq məqsədi daşıyır.[1]
Festival və mükafat
1980-cı ildə İrəvanda I Zaqafqaziya respublikaları filmləri kinofestivalında sənədli tədris filminə Birinci Priz və Diplom verilmişdir.[1]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Budaq Budaqov
Rejissor: Cahangir Zeynallı
Operator: Rəfael Salamzadə, Azər Salayev, Elxan Əliyev
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 202
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1978-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı