Azərbaycan Süni İntellekt Laboratoriyası
Azərbaycan Süni İntellekt Laboratoriyası — Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)nin nəznində əsası qoyulan Azərbaycan Süni İntellekt Laboratoriyası, süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunmasını məqsədilə yaradılmışdır. Süni intellektlə idarə olunan gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək, bacarıqlı kadr hazırlamaq üçün innovativ infrastruktur, Azərbaycan Süni İntellekt Laboratoriyasının tərkibində yaradılıb. Əsas məqsəd isə bu sahə üzrə tədqiqat və inkişafı artırmaq, istedadların inkişafı üçün texniki bacarıq təlimləri və məqsədyönlü seminarlar təşkil etməkdir. Süni intellekt laboratoriyası bu səhənin imkanlarından tam istifadə etmək üçün sənaye tərəfdaşları, innovativ şirkətlər və akademik institutlarla əməkdaşlıq edilir.[1]
Azərbaycan Süni İntellekt Laboratoriyası | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
|
|
Rəsmi saytı | ailab.az/ailab.az |
Həmçinin uzunmüddətli perspektivdə süni intellekt imkanlarını genişləndirmək və tam şəkildə istifadə etmək üçün təlimlər, təlim düşərgələri, vebinarlar, konfranslar və məqsədyönlü seminarlar kimi bir sıra geniş fəaliyyətlər təşkil etməyi və iştirak etməyi planlayır.
Platforma süni intellektlə idarə olunan və gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək üçün elmi-tədqiqat və təkmilləşdirmə və istedadların inkişafı üçün sənaye-akademiya tərəfdaşlığının artırılmasına yönəlmişdir.
Fəaliyyət istiqamətləri
Laboratoriya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- Cari təşkilati və sosial problemlərin tədqiqi və müəyyənləşdirilməsi;
- Süni intellekt modellərinin və tətbiqlərinin yaradılması və təbliği;
- Süni intellekt və Böyük Data üzrə təlimlərin keçirilməsi;
- Rəqəmsal transformasiyanı gücləndirmək üçün özəl və dövlət sektorunun ehtiyacı olan süni intellekt tətbiqi sahəsində peşəkar dəstək və təlimatı təmin etmək;
- Sahibkarlıqda, xüsusilə tədqiqatın və inkişafın artırılmasında, innovasiya potensialının artırılmasında dəstək göstərmək.