Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası — Azərbaycan Respublikasının qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilat. Qeyri-kommersiya məqsədilə 2004-cü ilin 3–4 noyabr tarixində Bakı şəhərində yaradılmışdır.[1]
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası | |
---|---|
Sədr | Anar Bağırov |
barassociation.az |
Vəzifə və fəaliyyətləri
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.[2]
Üzvləri
Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2237 nəfərdir (07.10.2022-ci il tarixinədək). Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 470 nəfərdir. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1767 nəfərdir. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 52, regionlarda isə 26 vəkil qurumu fəaliyyət göstərir.[2]
İstinadlar
- "Müstəqil dövlətin güclü və nüfuzlu hüquqi müdafiə təsisatı". www.azerbaijan-news.az. 2020-09-10 tarixində orijinalından arxivləşdirilib.
- "Azərbaycan Respublikasının Vəkillər Kollegiyası". barassociation.az. 12 fevral 2023 tarixində arxivləşdirilib.