Bilik Fondu (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu.[1] Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur.[2]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 7 may 2014 |
Ləğv edilib | 14 yanvar 2019 |
Ştat sayı | 20 ştat |
Ünvan | Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23, II mərtəbə. |
Rəhbərlik | |
Rəhbər | İcraçı direktor Oktay Səmədov |
|
|
Rəsmi saytı | bilikfondu.gov.az |
2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub.[3]
Tarixi
Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.[1]
Vəzifələri
- Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;
- Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;
- azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;
- şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;
- gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək;
- sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;
- Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;
- Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq;
- Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;
- Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək;
- Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
İstinadlar
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı. Arxivləşdirilib 13 aprel 2021 at the Wayback Machine president.az (az.)
- Bilik Fondunun icraçı direktoru qarşıdakı işlərdən danışdı. 1 avqust 2014. azerfax.az (az.)
- Prezident idarəetmədə ciddi struktur islahatlarına başladı Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine virtualaz.org