Nizami Gəncəvi adına qızıl medal
Nizami Gəncəvi adına Qızıl medal — Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif ediləcək medal.
Nizami Gəncəvi adına Qızıl medal | |
---|---|
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı | |
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Təltif edir | |
Statistika | |
Təsis tarixi | 16 may 2014 |
İlk təltif | |
Son təltif | |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı[1] |
Aşağı mükafat | "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı[1] |
Təsviri
Medal diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI”, aşağı qövs boyunca “NİZAMİ GƏNCƏVİ” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “NİZAMİ GƏNCƏVİ” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.[2]
Təltifin şərt və tələbləri
Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər. Azərbaycan Milli Elmlər Akademiyasının təltif etdiyi ən yüksək mükafat olan Nizami Gəncəvi adına Qızıl medal və onun diplomu AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən təqdim olunur.
Qeyd edək ki, bu medalla bir şəxs təkrar təltif edilə bilməz.[3]
Təltif edilənlər
- Arif Məlikov (2015)
- Jores Alfyorov (2015)
- Vayra Vike-Freyberqa (2015)[4]
- İsmayıl Seragəldin (2015)[5]
- ABŞ Lütfi Zadə (2016)[6]
- Böyükkişi Ağayev (2016)[7]
- Nərgiz Paşayeva (2017)
- Robert Hoyland (2017)[8]
- Xoşbəxt Yusifzadə (2018)
- Roald Saqdeyev (2018)
- Ramiz Mehdiyev (2021)
- Əziz Səncər (2021)
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- "AMEA-nın Nizami Gəncəvi adına Qızıl medalının Təsviri təsdiq edildi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- "Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün qaydalar". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- "Latviyanın ilk qadın prezidenti "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif olunub". 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ""Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim olundu". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı görkəmli alim Lütfi Zadəyə təqdim edilib". 2016-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- "İki alim "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb". 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ""Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na iki alim layiq görülüb". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.