Nəqliyyat Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi — dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nəqliyyat Nazirliyi
  • Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 5 avqust 1998
Ləğv edilib 13 fevral 2017
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Tbilisi prospekti 1054, AZ 1122
Rəhbərlik
Nazir Ziya Məmmədov
Nazir müavinləri Musa Pənahov
Arif Əsgərov

Rəsmi saytı mot.gov.az

Tarixi

Nazirlik Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentiinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır[1].

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.