Mərkəzi Seçki Komissiyası (Azərbaycan)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.

Mərkəzi Seçki Komissiyası
(MSK)
  • Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 26 iyun 1990
Baş qərargah Bakı Bakı
Ünvan S. S. Axundov 7, AZ1115
Rəhbərlik
Sədr Məzahir Pənahov
Sədr müavini Rövzət Qasımov

Rəsmi saytı www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az

Əsas vəzifəsi

MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.

Yaradılma qaydası

MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.

Fəaliyyət və səlahiyyətləri

Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası:

  • seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
  • aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir;
  • aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir;
  • seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir;
  • Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir;
  • Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir;
  • seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir;
  • seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir;

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər. Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir

Tərkibi

#AdıVəzifəsiİlk seçildiyi tarix Son seçildiyi tarixNamizədliyini irəli sürən partiya
1Məzahir PənahovSədr19 may 2000 27 aprel 2021Yeni Azərbaycan Partiyası
2Rövzət QasımovSədr müavini23 oktyabr 2019Yeni Azərbaycan Partiyası
3Mikayıl RəhimovKatib8 oktyabr 2010Ədalət, Hüquq, Demokratiya Partiyası
4Arifə MuxtarovaKatib22 fevral 2011[1]Bitərəf
5Fuad CavadovÜzv18 iyul 2000[2]Bitərəf
6Şaitdin ƏliyevÜzv8 iyun 2010[3]Yeni Azərbaycan Partiyası
7Bəxşeyiş ƏsgərovÜzv22 fevral 2011Böyük Quruluş Partiyası
8Nailə ƏsgərovaÜzv27 aprel 2021[4]Bitərəf
9Tofiq HəsənovÜzv7 fevral 2006[5]Demokratik İslahatlar Partiyası

Vətəndaş Birliyi Partiyası
10Ramiz İbrahimovÜzv22 fevral 2011[6]Yeni Azərbaycan Partiyası
11Validə KazımovaÜzv11 iyun 2001[7]Yeni Azərbaycan Partiyası
12İlham MəmmədovÜzv3 oktyabr 1995[8]Bitərəf
13Nizami NadirxanlıÜzv7 fevral 2006[9]Bitərəf
14Qabil OrucovÜzv11 iyun 2001[10]Bitərəf
15Hüseyn PaşayevÜzv18 iyul 2000[11][12]
12 aprel 2016[4](Yenidən)
Yeni Azərbaycan Partiyası
16Almas QəhrəmanlıÜzv15 dekabr 2006[13]Vətəndaş Həmrəyliyi Partiyası
17Etibar QuliyevÜzv22 fevral 2011[14]Ana Vətən Partiyası
18İlkin ŞahbazovÜzv12 aprel 2016[4]Azərbaycan Demokratik Maarifçilik Partiyası

Mənbə

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  2. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  3. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  4. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  5. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  6. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  7. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  8. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  9. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  10. "Arxivlənmiş surət". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  11. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  12. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  13. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  14. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.