Azərbaycanın məhkəmə sistemi

Azərbaycan Respublikasının məhkəmə sistemiAzərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir.

Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır.

Azərbaycan məhkəmə sisteminin tarixi

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni vaxtda Respublika Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin yenidən yaradılması möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən dövr ərzində ölkənin məhkəmə sistemində əsaslı islahatlar aparılmışdır. Heydər Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl məhkəmə hüquq islahatı nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, 3 pilləli yeni məhkəmə sistemi yaradılmışdır. Yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun test üsulu ilə imtahan və müsahibə ilə seçilməsi qərara alınmış, ölkə Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin göstərilən tələblər səviyyəsində seçilməsi təmin edilmişdir. Seçilmiş şəxslərin sırasından müxtəlif təbəqələrin nümayəndələri geniş təmsil olunmuş, nəticə etibarilə ölkədə müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində mühüm addım atılmışdır.

Məhkəmə sisteminin quruluşu

Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır.

Konstitusiyadan çıxarış (Maddə 125)

Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Məhkəmə və Hüquq Şurası

Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, həmçinin onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. Həmçinin hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduruna yenidən baxılmış və bu zaman məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Ötən illər ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 40-dək hakimin səlahiyyətlərinə xitam verilmiş, bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnmiş, yeni məhkəmələr, o cümlədən regional apelyasiya məhkəmələri yaradılmış, hakim ştatlarının sayı 50 % artırılmışdır. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları təşkil edir. Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

Azərbaycan Respublikasının məhkəmələri

Konstitusiya Məhkəməsi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyadan çıxarış (Maddə 130)

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.

II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;

3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;

4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.

IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1–7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər.

VI. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

VII. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1–7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

VIII. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir.

IX. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

X. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.

Ali Məhkəmə

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə və "Məhkəmələr və hakimlər haqqında" qanunun 77-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Ali Məhkəmə tərəfindən apelyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.

Konstitusiyadan çıxarış (Maddə 131)

I. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

II. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Apelyasiya məhkəməsi

Apelyasiya Məhkəmələri apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır. Apelyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir. 16 iyul 2007-ci ildən fəaliyyətə başlayıb

Konstitusiyadan çıxarış (Maddə 132)

I. Azərbaycan Respublikasının apelyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

II. Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Apelyasiya məhkəmələrinin siyahısı

  1. Bakı Apelyasiya Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Bakı şəhəri Binəqədi rayonu, Bakı şəhəri Qaradağ rayonu, Bakı şəhəri Yasamal rayonu, Bakı şəhəri Nizami rayonu, Bakı şəhəri Nərimanov rayonu, Bakı şəhəri Nəsimi rayonu, Bakı şəhəri Sabunçu rayonu, Bakı şəhəri Suraxanı rayonu, Bakı şəhəri Səbail rayonu, Bakı şəhəri Xətai rayonu, Bakı şəhəri Xəzər rayonu, Pirallahı rayonu.)
  2. Gəncə Apelyasiya Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri, Göygöl rayonu, Goranboy rayonu və Naftalan şəhəri, Kəlbəcər rayonu, Xocalı rayonu və Xankəndi şəhəri, Qazax rayonu, Samux rayonu, Şəmkir rayonu, Tərtər rayonu, Tovuz rayonu.)
  3. Sumqayıt Apelyasiya Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Abşeron rayonu, Qobustan rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Şamaxı rayonu, Şabran rayonu, Şuşa rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Zəngilan rayonu.)
  4. Şirvan Apelyasiya Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağcabədi rayonu, Ağsu rayonu, Astara rayonu, Beyləqan rayonu, Biləsuvar rayonu, Füzuli rayonu, Hacıqabul rayonu, İmişli rayonu, Cəbrayıl rayonu, Cəlilabad rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Laçın rayonu, Lənkəran rayonu, Lerik rayonu, Masallı rayonu, Neftçala rayonu, Saatlı rayonu, Sabirabad rayonu, Salyan rayonu, Şirvan şəhəri, Ucar rayonu, Yardımlı rayonu, Zərdab rayonu.)
  5. Şəki Apelyasiya Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağdaş rayonu, Balakən rayonu, Göyçay rayonu, İsmayıllı rayonu, Mingəçevir şəhəri, Oğuz rayonu, Qəbələ rayonu, Qax rayonu, Şəki rayonu, Yevlax rayonu, Zaqatala rayonu.

İnzibati-iqtisadi məhkəmə

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə orqanıdır. İqtisad Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş qaydada yerli iqtisad məhkəmələrinin və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır. Məhkəmənin tərkibinə (hal-hazırda 11 hakimdən ibarətdir) məhkəmənin sədri, sədr müavini və hakimləri daxildirlər. İqtisad Məhkəməsi Rəyasət Heyətindən və işlərə baxmaq üçün yaradılan məhkəmə tərkiblərindən ibarətdir. İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır. İqtisad Məhkəməsinin Rəyasət Heyəti müvafiq işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir; qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir; İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir; qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir; qanunvericilklə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

İnzibati-iqtisadi məhkəmələrin siyahısı

  1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Bakı şəhəri Binəqədi rayonu, Bakı şəhəri Qaradağ rayonu, Bakı şəhəri Nəsimi rayonu, Bakı şəhəri Səbail rayonu, Bakı şəhəri Yasamal rayonu.)
  2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Bakı şəhəri Xətai rayonu, Bakı şəhəri Xəzər rayonu, Bakı şəhəri Nərimanov rayonu, Bakı şəhəri Nizami rayonu, Bakı şəhəri Sabunçu rayonu, Bakı şəhəri Suraxanı rayonu.)
  3. Gəncə İnzibati-İqtisadi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri, Goranboy rayonu və Naftalan şəhəri, Göyçay rayonu, Kəlbəcər rayonu, Xocalı rayonu və Xankəndi şəhəri, Qazax rayonu, Samux rayonu, Şəmkir rayonu, Tərtər rayonu, Tovuz rayonu.)
  4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: 'Abşeron rayonu, Qobustan rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Şamaxı rayonu, Şabran rayonu, Şuşa rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Zəngilan rayonu.)
  5. Şirvan İnzibati-İqtisadi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağcabədi rayonu, Ağsu rayonu, Astara rayonu, Beyləqan rayonu, Biləsuvar rayonu, Füzuli rayonu, Hacıqabul rayonu, İmişli rayonu, Cəbrayıl rayonu, Cəlilabad rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Laçın rayonu, Lənkəran rayonu, Lerik rayonu, Masallı rayonu, Neftçala rayonu, Saatlı rayonu, Sabirabad rayonu, Salyan rayonu, Şirvan şəhəri, Ucar rayonu, Yardımlı rayonu, Zərdab rayonu.)
  6. Şəki İnzibati-İqtisadi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağdaş rayonu, Balakən rayonu, Göyçay rayonu, İsmayıllı rayonu, Mingəçevir rayonu, Oğuz rayonu, Qəbələ rayonu, Qax rayonu, Şəki rayonu, Yevlax rayonu, Zaqatala rayonu.)

Hərbi məhkəmə

Hərbi məhkəmə müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Hərbi məhkəmələrin siyahısı

  1. Bakı Hərbi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Bakı şəhəri Binəqədi rayonu, Bakı şəhəri Xətai rayonu, Bakı şəhəri Xəzər rayonu, Bakı şəhəri Qaradağ rayonu, Bakı şəhəri Nərimanov rayonu, Bakı şəhəri Nəsimi rayonu, Bakı şəhəri Nizami rayonu, Bakı şəhəri Sabunçu rayonu, Bakı şəhəri Səbail rayonu, Bakı şəhəri Suraxanı rayonu, Bakı şəhəri Yasamal rayonu, Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu.)
  2. Gəncə Hərbi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağstafa rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri Kəpəz rayonu, Gəncə şəhəri Nizami rayonu, Göygöl rayonu, Xankəndi şəhəri, Xocalı rayonu, Kəlbəcər rayonu, Qazax rayonu, Mingəçevir şəhəri, Samux rayonu, Şəmkir rayonu, Tovuz rayonu.)
  3. Füzuli Hərbi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Beyləqan rayonu, Cəbrayıl rayonu, Füzuli rayonu, Xocavənd rayonu, İmişli rayonu, Qubadlı rayonu, Laçın rayonu, Saatlı rayonu, Sabirabad rayonu, Zəngilan rayonu.)
  4. Tərtər Hərbi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağcabədi rayonu, Ağdam rayonu, Ağdaş rayonu, Ağsu rayonu, Balakən rayonu, Bərdə rayonu, Goranboy rayonu, Göyçay rayonu, İsmayıllı rayonu, Kürdəmir rayonu, Qax rayonu, Qəbələ rayonu, Oğuz rayonu, Şəki rayonu, Tərtər rayonu, Ucar rayonu, Yevlax rayonu, Zaqatala rayonu, Zərdab rayonu.)
  5. Cəlilabad Hərbi Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Astara rayonu, Biləsuvar rayonu, Cəlilabad rayonu, Hacıqabul rayonu, Lerik rayonu, Lənkəran rayonu, Masallı rayonu, Neftçala rayonu, Salyan rayonu, Şirvan şəhəri, Yardımlı rayonu.)

Ağır cinayətlər üzrə məhkəmə

Ağır Cinayətlər üzrə məhkəmələr müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Ağır cinayətlər üzrə məhkəmələrin siyahısı

  1. Bakı Ağır Cinayətlər Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Bakı şəhəri Binəqədi rayonu, Bakı şəhəri Xətai rayonu, Bakı şəhəri Xəzər rayonu, Bakı şəhəri Qaradağ rayonu, Bakı şəhəri Nərimanov rayonu, Bakı şəhəri Nəsimi rayonu, Bakı şəhəri Nizami rayonu, Bakı şəhəri Sabunçu rayonu, Bakı şəhəri Səbail rayonu, Bakı şəhəri Suraxanı rayonu, Bakı şəhəri Yasamal rayonu, Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu, Zəngilan rayonu.)
  2. Gəncə Ağır Cinayətlər Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri Kəpəz rayonu, Gəncə şəhəri Nizami rayonu, Goranboy rayonu, Göygöl rayonu, Xankəndi şəhəri, Xocalı rayonu, Kəlbəcər rayonu, Qazax rayonu, Naftalan şəhəri, Samux rayonu, Şəmkir rayonu, Tərtər rayonu, Tovuz rayonu.)
  3. Lənkəran Ağır Cinayətlər Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağcabədi rayonu, Ağsu rayonu, Astara rayonu, Beyləqan rayonu, Biləsuvar rayonu, Cəbrayıl rayonu, Cəlilabad rayonu, Füzuli rayonu, Hacıqabul rayonu, Xocavənd rayonu, İmişli rayonu, Kürdəmir rayonu, Laçın rayonu, Lerik rayonu, Lənkəran rayonu, Masallı rayonu, Neftçala rayonu, Saatlı rayonu, Sabirabad rayonu, Salyan rayonu, Şirvan şəhəri, Ucar rayonu, Yardımlı rayonu, Zərdab rayonu.)
  4. Şəki Ağır Cinayətlər Məhkəməsi (yurisdiksiyasına aid olan ərazi vahidləri: Ağdaş rayonu, Balakən rayonu, Göyçay rayonu, İsmayıllı rayonu, Qax rayonu, Qəbələ rayonu, Mingəçevir şəhəri, Oğuz rayonu, Şəki rayonu, Yevlax rayonu, Zaqatala rayonu.)

Rayon (şəhər) məhkəməsi

Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəməsi kimi yurisdiksiyasına aid olan ərazilərdə qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara və digər işlərə baxır.

Rayon (şəhər) məhkəmələrinin siyahısı

  1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi
  2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi
  3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi
  4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi
  5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi
  6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi
  7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi
  8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi
  9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi
  10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi
  11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi
  12. Abşeron Rayon Məhkəməsi
  13. Ağdam Rayon Məhkəməsi
  14. Ağdaş Rayon Məhkəməsi
  15. Ağstafa Rayon Məhkəməsi
  16. Ağsu Rayon Məhkəməsi
  17. Ağcabədi Rayon Məhkəməsi
  18. Astara Rayon Məhkəməsi
  19. Balakən Rayon Məhkəməsi
  20. Beyləqan Rayon Məhkəməsi
  21. Bərdə Rayon Məhkəməsi
  22. Biləsuvar Rayon Məhkəməsi
  23. Qazax Rayon Məhkəməsi
  24. Qax Rayon Məhkəməsi
  25. Qəbələ Rayon Məhkəməsi
  26. Qobustan Rayon Məhkəməsi
  27. Quba Rayon Məhkəməsi
  28. Qubadlı Rayon Məhkəməsi
  29. Qusar Rayon Məhkəməsi
  30. Daşkəsən Rayon Məhkəməsi
  31. Zaqatala Rayon Məhkəməsi
  32. Zəngilan Rayon Məhkəməsi
  33. Zərdab Rayon Məhkəməsi
  34. İmişli Rayon Məhkəməsi
  35. İsmayıllı Rayon Məhkəməsi
  36. Yardımlı Rayon Məhkəməsi
  37. Yevlax Rayon Məhkəməsi
  38. Kəlbəcər Rayon Məhkəməsi
  39. Kürdəmir Rayon Məhkəməsi
  40. Gədəbəy Rayon Məhkəməsi
  41. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi
  42. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi
  43. Goranboy Rayon Məhkəməsi
  44. Göyçay Rayon Məhkəməsi
  45. Göygöl Rayon Məhkəməsi
  46. Laçın Rayon Məhkəməsi
  47. Lerik Rayon Məhkəməsi
  48. Lənkəran Rayon Məhkəməsi
  49. Masallı Rayon Məhkəməsi
  50. Mingəçevir Şəhər Məhkəməsi
  51. Naftalan Şəhər Məhkəməsi
  52. Neftçala Rayon Məhkəməsi
  53. Oğuz Rayon Məhkəməsi
  54. Saatlı Rayon Məhkəməsi
  55. Sabirabad Rayon Məhkəməsi
  56. Salyan Rayon Məhkəməsi
  57. Samux Rayon Məhkəməsi
  58. Siyəzən Rayon Məhkəməsi
  59. Sumqayıt Şəhər Məhkəməsi
  60. Tərtər Rayon Məhkəməsi
  61. Tovuz Rayon Məhkəməsi
  62. Ucar Rayon Məhkəməsi
  63. Füzuli Rayon Məhkəməsi
  64. Xankəndi Şəhər Məhkəməsi
  65. Xaçmaz Rayon Məhkəməsi
  66. Xızı Rayon Məhkəməsi
  67. Xocavənd Rayon Məhkəməsi
  68. Xocalı Rayon Məhkəməsi
  69. Hacıqabul Rayon Məhkəməsi
  70. Cəbrayıl Rayon Məhkəməsi
  71. Cəlilabad Rayon Məhkəməsi
  72. Şabran Rayon Məhkəməsi
  73. Şirvan Şəhər Məhkəməsi
  74. Şamaxı Rayon Məhkəməsi
  75. Şəki Rayon Məhkəməsi
  76. Şəmkir Rayon Məhkəməsi
  77. Şuşa Rayon Məhkəməsi

Naxçıvan Muxtar Respublikasının məhkəmələri

(Yurisdiksiyasına aid olan ərazi vahidləri: Naxçıvan şəhəri, Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu və Şərur rayonu)

  1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
  2. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi
  3. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
  4. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi
  5. Rayon (şəhər) məhkəmələri
    1. Naxçıvan Şəhər Məhkəməsi
    2. Babək Rayon Məhkəməsi
    3. Ordubad Rayon Məhkəməsi
    4. Sədərək Rayon Məhkəməsi
    5. Culfa Rayon Məhkəməsi
    6. Şahbuz Rayon Məhkəməsi
    7. Şərur Rayon Məhkəməsi
    8. Kəngərli Rayon Məhkəməsi

Prokurorluq

Azərbaycan Respublikası Baş Prokurorluğu

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilib. F. Xoyski, X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olublar. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra 11 iyul 1922-ci il tarixində Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə. Qarayev, B. Vəlibəyli, B. Talıblı, A. Sultanova, Y. Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublika yeni dövrə qədəm qoyub. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır, ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, məhkəmə qərarlarından protest verir. Bundan başqa, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak etmək, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına, nəzarət etmək də prokurorluğun fəaliyyət istiqamətlərinə aiddir. Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir. Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu

Keçmiş Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti "SSRİ prokurorluğu haqqında" 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi. SSRİ dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Hazırda respublikada hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il tarixli "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunları və digər normativ aktlar oynayır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Hərbi prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından, komandanlıqdan asılı olmayaraq icra edir. Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrinin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanlarının, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər. Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Azərbaycan Respublikası Hərbi prokuroru tərəfindən həyata keçirilir.

Ədalət Mühakiməsinin rəsmi emblemi

Ədalət Mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli 689-IQ Qanunu ilə təsdiq edilmişdir. Ədalət mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikası bayrağının üçrəngli rəmzi təsvir olunmuş Azərbaycan Respublikasının xəritəsinin fonunda ayaq üstə gözü bağlı, sağ əlində tərəzi, sol əlində isə üzü aşağı qılınc tutmuş qadın təsvirindən ibarətdir. Təsvir çevrə daxilində yerləşdirilmiş və çevrə aşağı tərəflərdən postamentin içərisindən yuxarı istiqamətə doğru möhkəmlik, sarsılmazlıq, dözümlülük: güc və şöhrət rəmzi olan palıd ağacının yaşıl rəngli budaqları ilə əhatə edilmişdir. Çevrənin yuxarı hissəsində qızılı fonda "Azərbaycan Respublikası" sözləri yazılmışdır. Postament üstündə dayanmış qadının təsviri monoxrom rənglə işlənmişdir. Qızılı rəngdə olan postamentin üzərində "ədalət mühakiməsi" sözləri yazılmışdır. Qadının başı üzərində günəş şüaları təsvir edilmişdir. Emblemin arxa tərəfində postamentin üzərində "1999-cu il" sözləri yazılmışdır.

Hakimlərin xüsusi geyimi

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin və apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə xüsusi geyimi müvafiq olaraq Ali Məhkəmənin sədri və apelyasiya instansiyası məhkəmələrinin sədrləri təqdim edir.

Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərinə xüsusi geyimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təqdim edir.

2. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri xüsusi geyimi məhkəmə iclaslarına geyinirlər.

3. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti bitdikdə hakimin xüsusi geyimi həmin şəxsdə qalır.

4. Hakimlərin xüsusi geyimi aşağıdakı kimi təsvir olunur:

Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xüsusi geyimi qara rəngli ipək parçadan çiyindən aşağı qatlarla genişlənmiş formada tikilən, 10 sm ölçüdə qara məxmər parçadan dairəvi yaxalığı olan və ön tərəfdən düymələnən əbadır. Əbanın uzunluğu yerdən 3–4 sm təşkil edir. Xüsusi geyimin qolları yuxarıdan aşağı genişlənmiş olur və aşağı hissəsinə 6 sm ölçüdə qara məxmər parçadan mancet tikilir. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin xüsusi geyiminin yaxasına və qollarına yaşıl rəngdə haşiyə tikilir.

5. Hakimlərin xüsusi geyiminin verilməsi qaydalarını, normalarını və istifadə müddətlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.