Azərbaycan Respublikasının əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad.
Azərbaycan Respublikasının əməkdar elm xadimi | |
---|---|
"Əməkdar elm xadimi" fəxri adının döş nişanı |
|
Ölkə | Azərbaycan |
Tip | fəxri ad |
Kimə verilir | elmi işçilərə |
Təltif edir | Azərbaycan Respublikasının Prezidenti |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 22 may 1998[lower-alpha 1] |
İlk təltif | |
Son təltif | |
Ardıcıllıq | |
Müvafiqdir | Azərbaycan SSR əməkdar elm xadimi |
Haqqında
"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib.[1] 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır.[2]
"Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir.[3] Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır. Döş nişanının arxa tərəfi hamardır, ortasında relyefli metal dairənin üstündə "ƏMƏKDAR ELM XADİMİ" sözləri həkk olunub.
Həmçinin bax
Qeydlər
- Fəxri adın hüquqi baxımdan təsis edilməsi Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli, 706 nömrəli Fərmanına əsaslanır.
- Hüquqi əsassız
- Hüquqi əsaslı
İstinadlar
- "Topçubaşov adına Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutunun işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (12 may 1991-ci il)" (az.). e-qanun.az. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
- "Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (22 may 1998-ci il)" (az.). e-qanun.az. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
- ""Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (13 noyabr 2012-ci il)" (az.). president.az. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.