Azərbaycan Respublikası seçki dairələri

Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezident, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var.[1]

Seçki dairələrindən biri

Siyahı

1995–2002-ci illərdə

Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir.

2023-cü ildən

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.[2][3]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.