Ali Attestasiya Komissiyası (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 1992 |
Rəhbərlik | |
Famil Mustafayev | |
Rəsmi saytı | aak.gov.az |
Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir[1].
AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur.
Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur.
2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Şuralar
Komissiyada aşağıdakı ekspert şuraları fəaliyyət göstərir:
- Biologiya elmləri və aqrar elmlər üzrə ekspert şurası Coğrafiya üzrə ekspert şurası
- Fəlsəfə, pedaqogika, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası
- Filologiya elmləri üzrə ekspert şurası
- Fizika və astronomiya elmləri üzrə ekspert şurası
- Hüquq elmləri üzrə ekspert şurası
- İqtisad elmləri üzrə ekspert şurası
- Kimya elmləri üzrə ekspert şurası
- Riyaziyyat və mexanika elmləri üzrə ekspert şurası
- Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası
- Tarix və siyasi elmlər üzrə ekspert şurası
- Texnika elmləri (informatika və energetika sahələri) üzrə ekspert şurası
- Texnika elmləri (maşınqayırma və inşaat sahələri) üzrə ekspert şurası
- Tibb və əczaçılıq elmləri üzrə ekspert şurası
- Yer elmləri üzrə ekspert şurası
Rəhbərləri
- Rauf Əbdüləli oğlu İsmayılov (1992)
- Azad Xəlil oğlu Mirzəcanzadə (1992–2002)
- Arif Şəfaət oğlu Mehdiyev (2002–2016)
- Famil Front oğlu Mustafayev (2018)
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.