Azərsığorta
Azərsığorta Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) — Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində fəaliyyət göstərən dövlət sığorta şirkəti[2][3].
Azərsığorta | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Sığorta şirkəti |
Təsis tarixi | 1921 |
Bağlanma tarixi | yanvar 2024 |
Baş qərargahın yeri | Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küç. 31 |
Rəhbərlik | |
İdarə heyəti | Fərhad Adıgözəlov[1] |
azersigorta.az |
Tarixi
"Azərsığorta" şirkəti 1921-ci il oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi "Qosstrax" tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi ("Azqosstrax") kimi fəaliyyətə başlayıb. 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb və Akif Kərimov sədr təyin edilib.[4]
13.01.1993-cü ildən 13.03.2020-ci ilə qədər şirkətə azərbaycanlı iqtisadçı Məmməd Məmmədov rəhbərlik edib.[5] Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətlərinə verilmiş və 16 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyəti kimi çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. 07 dekabr, 2021-ci il tarixli Sərəncamla isə Fərhad Adıgözəlov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilmişdir.[6] "Azərsığorta" brendi altında fəaliyyət göstərmiş Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malik idi.
2024-cü ilin yanvar ayında prezident İlham Əliyevin fərmanı ilə ləğv edilib.[7]
İdarəetmə
- İdarə heyəti
- Fərhad Adıgözəlov — İdarə heyətinin sədri
- Kamran Uluxanov — İdarə Heyəti sədrinin müşaviri
- Ayaz Əliyev — İdarə Heyəti sədrinin müşaviri
- Ceyhun Qurbanlı — İdarə Heyəti sədrinin müşaviri
- Əfruz Hümbətova — İdarə Heyətinin üzvü
- Nail Əsgərli — İdarə Heyətinin üzvü
- Direktorlar şurası
- Azər Bayramov- Direktorlar Şurasının sədri;
- Xəyyam Məmmədov- Direktorlar Şurasının üzvü;
- Gündüz Əliyev- Direktorlar Şurasının üzvü
Məhsullar
"Azərsığorta" hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını icbari və könüllü qaydada təklif edir:
- Nəqliyyat sığortası
- Əmlak sığortası
- Tibbi sığorta
- Səyahət sığortası
- Şəxsi sığorta
- Daşınmalar sığortası
- Məsuliyyət sığortası və s.
Həmçinin bax
İstinadlar
- "F.Ə.Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
- "Şirkət haqqında – Azərsığorta". azersigorta.az (az.). 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
- ""Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
- "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin yaradılması haqqında". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
- İdarə heyətinin sədri: Məmmədov Məmməd Əhməd oğlu
- "İdarə heyətinin sədri: Fərhad Adıgözəlov Əsgər oğlu". 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- ""Azərsığorta" ləğv edilib – FƏRMAN". Apa.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.