Dövlət Miqrasiya Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti — Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanı.
Dövlət Miqrasiya Xidməti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 18 mart 2007 |
Tabelik | Nazirlər Kabineti |
Baş qərargah | Bakı |
Ünvan | Binəqədi rayonu, Binəqədi şossesi 202, 3124-cü məhəllə |
Rəhbərlik | |
Rəis | Vüsal Hüseynov |
Rəisin birinci müavini | Vəli Nağıyev |
Rəis müavini | Elman Əliyev |
Rəsmi saytı | migration.gov.az/index.p… |
Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur.
Tarixi
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradılıb.
Vəzifələri
Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.
Rəhbərləri
- Arzu Yusif oğlu Rəhimov (30 aprel 2007 – 14 fevral 2012)
- Firudin Hilal oğlu Nəbiyev (14 fevral 2012 – 23 aprel 2018)
- Vüsal Əfqan oğlu Hüseynov (23 aprel 2018 – h. h.)