Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası — 24 yanvar 2012-ci ildə yaradılmışdır.[1]
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası | |
---|---|
Əsası qoyulub | 2012 |
Rektor | Qulu Novruzov |
Ölkə | |
Sayt | ascca.gov.az |
Tarixi
Akademiyası Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. 2014 / 2015-ci tədris ilində Akademiyaya "Hüquqşünaslıq" və "İqtisadiyyat" ixtisasları üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçirilib. 2017 / 2018-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk məzun buraxılışını həyata keçirib.
Fakültələr
- Gömrük işi
>İxtisaslar - Bakalavriat üzrə
- İqtisadiyyat
- Hüquqşünaslıq
- İnformasiya təhlükəsizliyi
- Beynəlxalq ticarət və logistika
- İnformasiya texnologiyaları
>İxtisaslar - Magistratura üzrə
- Gömrük işi
- Beynəlxalq iqtisadi hüquq
Təhsil
Akademiyada bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti dörd ildir. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
- İxtisasartırma;
- Kadrların yenidən hazırlanması;
- Stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- Təkrar ali təhsil;
- Dərəcələrin yüksəldilməsi
Əlavə təhsil ödənişlidir. Gömrük orqanlarının əməkdaşlarının əlavə təhsilinin xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fondu hesabına ödənilir.
İstinadlar
- "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-24.