Azərbaycan Respublikası Auditorlar Palatası
Azərbaycan Respublikası Auditorlar Palatası — Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır.
Azərbaycan Respublikası Auditorlar Palatası |
---|
Tarixi
- 1994-cü il 16 sentyabr — Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
- 1995-ci il 19 sentyabr — Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir.
- 1996-cı il 5 aprel — Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır.
- 1997-ci il 24 İyun — Avropa Birliyinin TACİS proqramı cərcivəsində həyata kecirilən “Azərbaycan Respublikası Auditorlar Palatasının audit kecirmə potensialının mohkəmləndirilməsi, muflisləşmə və iflas uzrə mutəxəssislərin hazırlanması” layihəsinin icrasına başlanılmış və 1999-cu ildə uğurla başa catdırılmışdır.
- 1999-cu il - Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasında Audit sisteminin islahatı Konsepsiyası işlənib hazırlanmışdır.
- 1999-cu il 26 iyun — Auditorlar Palatasının müraciətinə əsasən, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsi yaradılmışdır.
- 2000-ci il 5 iyul — Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktik jurnalının ilk nömrəsi çapdan çıxmış və Azərbaycan Respublikasının Milli Məclisində jurnalın təqdimat mərasimi kecirilmişdir.
- 2001-ci il 7 mart — Azərbaycan Respublikası Auditorlar Palatasının muəlliflər kollektivi tərəfindən ali məktəblər ucun hazırlanmış “Audit” ilk dərs vəsaiti kitabı nəşr etdirilmişdir.
- 2003-cü il 5 may — Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzv qəbul olunmuşdur.
- 2003-cü il 14 noyabr — Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) assosativ üzv qəbul edilmişdir.
- 2004-cü il 14 sentyabr — Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinin 10 illiyi münasibətilə Auditorlar Palatasının keçirdiyi "Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubu göndərmişdir.
- 2006- cı il 4 aprel — Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 10 illik yubileyi ilə əlaqədar Auditor Paltasının kollektivinə və üzvlərinə təbrik məktubu göndərilmişdir.
- 2006-cı il 5 aprel — Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 10 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.
- 2007-ci il aprel — Azərbaycan Respublikasının Auditorlar Palatası Sertifikatlı Mühasiblər və Auditorların Avrasiya Şurasına (ECCBA) üzv qəbul edilmişdir.
- 2007- ci il 22 may — Azərbaycan Respublikası Auditorlar Palatasının təklifləri əsasında hazırlanmış “Auditorun mülki məsuliyyətinin icbari siğortası haqqında” Azərbaycan Respublkasının Qanunu qəbul edilmişdir.
- 2007-ci il 22 may — Azərbaycan Respublikasının Auditorlar Palatasının təklifləri əsasınd hazırlanmış “Daxili audit haqqında” Azərbaycan Respublkasının Qanunu qəbul edilmişdir.
- 2008-cı il 3 oktyabr — Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktim jurnalın 100-cü yubiley nömrəsi çapdan çıxmışdır.
- 2008-ci il 13 noyabr — Beynəlxalq Muhasiblər Federasiyasının (İFAC) İtaliyanın Roma şəhərində kecirilən illik Şura iclasında Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasına tam hüquqlu üzv qəbul olunmuşdur.
- 2010-cu il 1 yanvar — Azərbaycan Respublikasının ərazisində beynəlxalq audit standartlarının (BAS) tətbiqinə başlanılmışdır.
- 2011-ci il 15 sentyabr — Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərinin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır.
- 2011-ci il 16 sentyabr — Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə "Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri" mövzusunda mühasiblərin və auditorların III Avrasiya Forumunun iştirakçıları adından müraciət qəbul olunmuşdur.
- 2011-ci il 16 sentyabr — Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 15 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.
- 2020-ci il 25 noyabr — Azərbaycan Respublikası Auditorlar Palatasının sədri V.Novruzov və Rəqəmal transformasiya və innovasiyaların tətbiqi idarəsinin rəisi Q.Əhmədov Bakı Biznes Universitetində keçirilmiş “ Rəqəmsal iqtisadiyyat: Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.
- 2020-ci il dekabr — Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, i.e.d, professor Vahid Novruzova və Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti tərəfindən üzvlük Sertifikatı verilmişdir.
- 2021-ci il 10 fevral — Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor, iqtisad elmləri doktoru Vahid Novruzov, Azərbaycan Respublikası Odlar Yurdu Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə keçirilən "Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin Azərbaycan İqtisadiyyatına inteqrasiyası: Konseptual baxış" mövzusunda onlayn formatda respublika elmi-praktik konfransında iştirak etmişdir.
- 2021-ci il 27 fevral — Auditorlar Palatasının 25 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirilib.
- 2021-ci il 26 fevral — Auditorlar Palatasında Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir.
- 2021-ci il 3 mart — Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru, Həmkarlar İttifaqı Komitəsinin sədri Gülməmmədov Səbuhi Yediyar oğlu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin 2021-ci il 28 yanvar tarixli 13b.2 saylı qərarı ilə “Həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə” “Yubiley döş nişanı” ilə təltif edilmişdir.
- 2021-ci il 15 aprel — Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında onlayn formatda işgüzar görüş keçirilib. Görüşdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri Fəqan Qarayev və EFAA-nın prezidenti Salvador Marin iştirak ediblər.
- 2021-ci il 15 aprel — Azərbaycan Respublikası Auditorlar Palatasının bir qrup əməkdaşları və üzvləri “Tərəqqi” medalı ilə təltif edilmişlər.
- 2021-ci il — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinin Tədris mərkəzi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilib.
Əsas vəzifəsi
Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.
Funksiyaları
- Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir;
- Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir;
- sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır;
- auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;
- auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komisiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir;
- təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;
- auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;
- audit aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;
- auditor xodməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayır;
- peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına respublikanın qanuvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;
- sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir;
- sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;
- təkrar audit həyata keçirir;
- dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir;
- auditor xidməti göstərən şəxslərə münasibətdə öz səahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir.