Azərbaycan Premyer Liqası 2014/2015
Azərbaycan Premyer Liqası 2014/2015 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 23-cü Azərbaycan çempionatıdır. Çempionatda 10 komanda iştirak edir. Araz-Naxçıvan çempionatı ilk turlardan tərk etmişdir.
Sezon | 2014-2015 |
---|---|
Çempion | Qarabağ (3. çempionluq) |
Aşağı liqaya düşənlər | Bakı |
UEFA Çempionlar Liqası | Qarabağ |
UEFA Avropa Liqası |
İnter Qəbələ Neftçi |
Bombardirlər | Nurlan Novruzov (15 qol) |
Ən yüksək hesablı ev qələbəsi | İnter 7-0 Bakı |
Ən yüksək hesablı səfər qələbəsi | AZAL 0-4 Qəbələ |
Ən qollu matç |
İnter 7-0 Bakı Simurq 5-2 Bakı |
Qaydalar
Çempionat 10 komandadan və 4 dövrədən ibarətdir.. Bu sistemə əsasən klubların hər biri 36 oyun oynayacaq. Mövsümün sonunda ilk 3 yeri tutan klublar Azərbaycanı "Avrokubok"larda təmsil edəcək.
- Çempionatda 10-cu yeri tutan komanda Topaz Premyer Liqasını tərk edir və I divizion-a yuvarlanır.
Vərəqələr
- Hər 4 sarı vərəqədən sonra futbolçu növbəti bir oyunu buraxmalı olur.
- Oyun zamanı 2 sarı vərəqədən qırmızı vərəqə alan futbolçu növbəti bir oyunu buraxmalı olur.
- Oyun zamanı birbaşa qırmızı vərəqə alan futbolçu növbəti 2 oyunu buraxmalı olur və klubu cərimə ilə cəzalandırılır.
Limit
Çempionatın legioner limiti 6+3+2 şəklindədir. Bu isə o deməkdir ki, bütün 90 dəqiqə ərzində meydanda maksimum 6 əcnəbi, 2-si 21 yaşadək olmaqla minimum 5 yerli futbolçu olmalıdır.
Komandalar
Komanda | Ərazi | Stadion | Stadion tutumu |
---|---|---|---|
AZAL | Bakı | AZAL Arena | 5,000 |
İnter Bakı | Bakı | İnter Arena | 8,000 |
Bakı | Bakı | Bakı FK-nın təlim-məşq bazasının stadionu | 2,000 |
Neftçi | Bakı | Bakcell Arena | 15,000 |
Qarabağ | Ağdam | Tofiq Bəhramov adına Respublika Stadionu | 31,200 |
Qəbələ | Qəbələ | Qəbələ şəhər stadionu | 8,000 |
Simurq | Zaqatala | Zaqatala şəhər stadionu | 3,500 |
Sumqayıt | Sumqayıt | Mehdi Hüseynzadə stadionu | 15,000 |
Xəzər-Lənkəran | Lənkəran | Lənkəran şəhər stadionu | 15,000 |
Araz Naxçıvan | Naxçıvan | Naxçıvan şəhər stadionu | 11,800 |
Turnir cədvəli
# | Komanda | O | Q | H | M | TF | X | Yüksəlmələr və enmələr |
---|---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 32 | 20 | 8 | 4 | 51-28 | 68 | UEFA Çempionlar Liqası 2015/2016 II t/mərhələsi |
2 | İnter | 32 | 17 | 12 | 3 | 55-20 | 63 | UEFA Avropa Liqası 2015/2016 I t/mərhələsi |
3 | Qəbələ | 32 | 15 | 9 | 8 | 46-35 | 54 | UEFA Avropa Liqası 2015/2016 I t/mərhələsi |
4 | Neftçi | 32 | 13 | 10 | 9 | 38-33 | 49 | UEFA Avropa Liqası 2015/2016 I t/mərhələsi |
5 | Simurq | 32 | 11 | 6 | 15 | 41-39 | 39 | |
6 | AZAL | 32 | 10 | 9 | 13 | 37-42 | 39 | |
7 | Xəzər-Lənkəran | 32 | 8 | 8 | 16 | 35-46 | 32 | |
8 | Sumqayıt | 32 | 7 | 10 | 15 | 32-43 | 31 | |
9 | Bakı | 32 | 3 | 8 | 21 | 19-68 | 17 | Azərbaycan Birinci Liqası 2015/2016 |
10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0 | 0 | Çempionatı yarımçıq tərk etmişdir |
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.