Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
ANİİA
Yaranma tarixi oktyabr 2016
Qeydiyyat tarixi 31 oktyabr 2016
Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 205.
Yarandığı yer Bakı şəhəri
Fəaliyyət göstərdiyi yer 40°22′52″ şm. e. 49°49′23″ ş. u.
Qurucusu
Sədr Fərhad Qaraşov
Üzvləri
  • 344 nəf.
pomegranate.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016[1]-cı ilin noyabr ayından fəaliyyətə başlayıb[2] və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir.

Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir[3].

Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir[3].

Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər.

Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər.

Məqsədi

Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir. Həmçinin, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) fəaliyyət strategiyasının əsas istiqamətlərindən biri də fəaliyyətləri məqsədlərlə uzlaşdırılmış şəkildə həyata keçirməkdir. ANİİA-nın məqsədləri üç əsas istiqamətə ayrılır:

● Nar istehsalçılarının gəlirlərinin artırılması;

● Nar və nar məhsullarının ixracının artırılması;

● Narçıların rifahının yüksəldilməsi.

Məqsədlərin ana xəttini Azərbaycandakı nar istehsalını və ixracını gücləndirmək, genişləndirmək, həmçinin, narçıların iş şəraitini stimullaşdırmaqla onların davamlı rifahını təmin etmək təşkil edir. Narçıların gəlirlərində artıma nail olmaq üçün yüksək keyfiyyətli məhsul yetişdirmək lazımdır. Bu səbəbi əsas götürən ANİİA ilk öncə narçıları yüksək keyfiyyətli məhsullar yetişdirmələri üçün hazırlayır. Əldə olunan məhsulu bazarlara çıxarmaq, onları hədəf müştəri kütləsinə çatdırmaq üçün ANİİA tərəfindən istehsalçılara nəzəri və praktiki olaraq hər cür yardım göstərilir.

Fəaliyyəti

Prezident İlham Əliyev Assosiasiyanın fəaliyyəti ilə tanış olarkən, 16 may 2018[1]

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti çoxşaxəli olmaqla həm ölkə daxili özəl sektor nümayəndələri və dövlət qurumları, həm də beynəlxalq təşkilatlarla hərtərəfli iş birliyinə əsaslanır. Yerli və xarici tərəfdaşlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq, fikir və təcrübə mübadiləsi ANİİA-nın öz fəaliyyətini daha səmərəli və balanslı aparması üçün çox vacib amillərdən biridir. Bundan əlavə, ANİİA fəaliyyətin şəffaflığını, etibarlılığını təmin etmək üçün media və ictimaiyyətlə də müntəzəm qaydada əməkdaşlıq edir.

Assosiasiya Azərbaycan narının[4] yerli və xarici bazarlara mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, xammal təchizatı sahələrində və ixracının təşviq edilməsi istiqamətində[5] fəaliyyət və xidmət göstərir[3].

ANİİA-nın fəaliyyəti Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən yüksək qiymətləndirilmiş və 2017-ci il dekabr ayının 22-də keçirilmiş tədbirdə nazirliyin "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilmişdir[6].

Rəhbərlik

Assosiasiyaya rəhbərliyi sədr edir. İlk sədri Fərhad Qaraşov olmuşdur[3]. 2017-ci ildən iş adamı Fərhad Qaraşov Assosiasiyanın sədridir.

" "Nar – bizim ölkəmizin, xalqımızın milli simvoludur. Azərbaycan narı dünyada ən dadlı və şirəli meyvələrdən biri hesab edilir. Qısa müddət ərzində onun populyarlaşması üçün işlər görülmüş və daha çox işlər görüləcək. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyev bizi dəstəkləyir" – Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.[7]. "

Tədbirləri

Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq "Halal Expo" sərgisində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Assosiasiyanın fəaliyyəti ilə tanış olarkən.
ANİİA-nın sədri Fərhad Qaraşov "Made in Azerbaijan" brendini tanıdarkən.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı tarixdən hal-hazırkı tarixədək bir sıra tədbirlər həyata keçirmişdir. ANİİA assosiasiyanın üzvləri ilə birlikdə Göyçay rayonunda keçirilən Nar festivalında iştirak etmişdilər. Assosiasiya üzvlərinin stendləri yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanmışdır.[8].

Azərbaycan narının geniş təbliği üçün ANİİA, Mədəniyyət və Turizm Nazirliyi, XXI ƏSR BTİM və Azpromo ilə birgə həyata keçirdiyi "Nar- Meyvələrin Şahı" rəsm və heykəltaraşlıq müsabiqəsi olmuşdur. Respublikada geniş maraq doğuran, böyük tamaşaçı toplayan və iştirakçı sayı olan müsabiqənin qalibləri, ziyalı və dövlət xadimlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatlandırılmışdır.

Azərbaycan Milli Elmlər AkademiyasınınGöyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay şəhərində "Nar Bitkisi və Məhsullarının Multidissiplinar Problemlərinə aid Respublika Elmi-Praktik Konfransı" keçirilmişdir. Konfransda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası da öz nümayəndə heyəti ilə iştirak etmiş və nar meyvəsinin yetişdirilməsində ortaya çıxan problemlər və onların həlli barəsində öz təcrübəsini bölüşərək geniş müzakirələrə qoşulmuşdur.

Parisdə dünyanın ən böyük qida innovasiya sərgisi olan "Sial Paris" sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 4 üzvü iştirak etmişdir.

Polşanın paytaxtı Varşava şəhərində və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı olmuşdur. Azərbaycan Ticarət Evinin açılışında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 6 üzvü iştirak etmişdir.

Almaniyanın Berlin şəhərində Fruit Logistica sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri və assosiasiyanın 2 üzvü iştirak etmişdir. Avropaya Azərbaycanda becərilən nar meyvəsinin ixracı ilə bağlı niyyət görüşləri keçirilmişdir. Ölkəmizdə istehsal olunan məhsullar, meyvə və tərəvəzlər "Made in Azerbaijan" brendi altında sərgilənmişdir.[9].

"Made in Azerbaijan" brendi olan Originarı beynəlxalq sərgilərdə tanıdan Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycan narının təşviqi üçün həyata keçirdiyi layihələr aşağıdakılardır:

  1. "Meyvələrin şahı-Nar"[10]
  2. "Nardan doğan rənglər"[11]
  3. "Mən bu cahanə sığmazam" Nar heykəltaraşlıq müsabiqəsi[12]

Üzvləri

Assosiasiyanın hal hazırda 344 üzvü var[13] Bunlardan 16-sı şirkət, digərləri isə fiziki şəxsdir.[3] Bu səbəbdən assosiasiya üzvlərin sayının artmasını nəzərə alaraq və eyni zamanda mövcud üzvlərə hər hansi bir problemin həlli istiqamətində fəaliyyət göstərən Nəzarət Təftiş Komissiyası yaratmışdır.

Nardan müxtəlif növ şirələr, narşərablar, nar şərabları (çaxır), narın tumundan yağ və s məhsullar istehsal edilir.

Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə narın ixrac istiqamətində olan bütün xarici forumlarda birlikdə iştirak edirlər.

Xidmətləri

Məqsədlərə nail olmaq üçün ANİİA aşağıdakı istiqamətlərdə öz xidmətlərini həyata keçirir:

  • Yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiqi.
  • Nar şitil və tingilərinin qurulması ilə yanaşı olaraq patentləşdirilib yerli təsərrüfatları təmin edərək, xarici bazarlara satılması.
  • Damlama suvarma sistemlərinin geniş tətbiq edilməsi.
  • Ekoloji təmiz, yüksək keyfiyyətli texnikalar vasitəsi ilə aqrotexniki qulluğun aparılması.
  • Səmərəli gübrələmə tətbiqi ilə nar bağlarının organik gübrələmə metodlarına keçidi.
  • Zərərvericilərə qarşı təkmil mübarizə üçün maarifləndirmə işlərinin aparılması.
  • Nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması və qısa vaxtda tamamlanması.
  • Yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirici tədbirlərin görülməsi.
  • İxrac üçün lazım olan sənədlərin və digər sertifikatların (Global GAP, Orqanik, Bio) alınmasında nar istehsalçılarına köməklik göstərilməsi.
  • Logistika işlərində maarifləndirici tədbirlərin aparılması.
  • Soyuducu anbarlarda məhsulun keyfiyyətli saxlanılması üçün maarifləndirici işlərin aparılması və texniki dəstəyin göstərilməsi.
  • İstehsal və emal sahələrində mütəxəssislərin bacarıq və biliklərinin artırılması üçün ixtisasartırma kurslarının və iş təcrübəsi mübadilələrinin aparılması.
  • Yerli və xarici bazarların daimi keyfiyyətli məhsul təchizatı üçün kooperativlərin yaradılması və Azərbaycan narı brendi yaradılaraq vahid brend altında məhsulların satışının həyata keçirilməsi.

"Azərbaycan Narı" döş nişanı

"Azərbaycan Narı" döş nişanı

2018-ci ilin dekabr ayında Assosiasiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin razılığı ilə "Azərbaycan Narı" döş nişanı təsis edilmişdir[13]. Bu döş nişanının təsis edilməsində əsas məqsəd Azərbaycan Respublikasında narçılığın inkişafında, assosiasiyanın fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif etməkdir[13].

Tarixi

"Azərbaycan Narı" döş nişanı narçılığın inkişafında töhfəsi olan şəxsləri mükafatlandırmaq məqsədilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin 01/2018 saylı, 3 sentyabr 2018-ci il tarixli əmri ilə təsis edilmişdir. Döş nişanı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 31 yanvar 2019-cu il tarixində ekspertizaya qəbul edilmişdir.[13].

Məqsəd və vəzifələri

Bu döş nişanının təsis edilməsində əsas məqsəd Azərbaycan narçılığına töhfə verən və diqqət göstərən, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) fəaliyyətində xidməti və əməyi olan şəxsləri təltif edərək narçılığın iqtisadi, mədəni və sosial əhəmiyyətinin aktuallığını saxlamaqdır.[13].

"Azərbaycan Narı" döş nişanının təsis edilməsi ANİİA-nın nizamnaməsinə tam uyğunluq təşkil edir və aşağıdakı vəzifələrin həyata keçirilməsinə xidmət edir:

  • iqtisadi və sosial inkişaf sahəsində dövlət və qeyri-dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək və təşviq etmək;
  • narçılıq təsərrüfatlarında istehsal səmərəliliyinin artırılmasına kömək etmək;
  • narçılıqla bağlı maarifləndirmə və təşviq işini aparan şəxsləri mükafatlandırmaq;
  • "Azərbaycan Narı" döş nişanına dair Qaydalara əsasən, narçılığın inkişafında xidməti olan dövlət qulluqçuları, iş adamları, ictimai fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri bu döş nişanı ilə təltif edilə bilər.

İstehsalı

Döş nişanının istehsalı ilə bağlı ANİİA 02/09–2018 saylı, 5 sentyabr 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə müraciət etmişdir. İdarənin razılığı ilə "Azərbaycan narı" döş nişanı "Azərsuvenir" MMC tərəfindən 2018-ci ilin noyabr ayında istehsal edilmişdir.[13].

Təsviri

"Azərbaycan narı" döş nişanı sənaye nümunəsi paltara bərkidilmək üçün lövhə, birləşdirici element, səthinə bədii-dekorativ komponentlər vurulmuş asma element ilə xarakterizə olunur. Döş nişanının dəlikli lövhəsi asma element və birləşdirici halqa ilə bərkidilmişdir. Lövhənin əks tərəfində bərkidici element mövcuddur.

Döş nişanın mərkəzində tərtib edilmiş çərçivəli dairəvi elementin yerləşdiyi ayrılan şüalar şəklində çoxşüalı ulduz mövcuddur. Döş nişanın lövhəsi üfqi uzadılmış düzbucaqlı şəkildə yerinə yetirilmişdir. Lövhənin aşağı tərəfi bitki ornamenti ilə bəzədilmişdir. İki budağın bir-birinə simmetrik qaşlarla bəzədilmiş ensiz lövhə ilə birləşdirilmiş şəkildə yerinə yetirilmişdir. Lövhənin ortası qırmızı rəngli mina ilə örtülmüşdür. Lövhənin hər iki tərəfində ardıcıl yerləşdirilmiş stilizə edilmiş ləçəklər yaşıl rəngli mina ilə örtülmüşdür.

Çox şüalı ulduz sarı rəngli metaldan hazırlanmışdır. Ulduzun kənarları iti bucaqlı tilli elementlər formasında işlənmişdir. Dairəvi şəkildə olan mərkəzi elementin stilizə edilmiş nar formasında qızılı rəngli metalla çənbər şəklində çərçivəyə salınmışdır. Döş nişanının qırmızı fonlu mərkəzində üç yarpaq şəklində qırmızı, mavi və yaşıl rəngli təsvir elementi və stilizə edilmiş "ANİİA" yazısı mövcuddur. Asma elementin əks tərəfində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası sözləri yazılmışdır. Hər bir döş nişanı "001" sayından başlayaraq "Azərsuvenir" MMC tərəfindən individual nömrələnmişdir.

Nişanın diametri 40 mm olub 8 guşəli ulduz, nar rəngli mina işləməli üzərində Azərbaycan bayrağının rəngləri, 3 ədəd yaqut daş, nar fiquru, nar ağacının yaşıl yarpaqları, sünbül və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının loqosu həkk olunmuş latun materiallı, qızıllama olan nişandır[13].

Laureatlar

Həmçinin bax

İstinadlar

  1. İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub Arxivləşdirilib 2019-09-02 at the Wayback Machine. president.az, 16.05.2018  (az.)
  2. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası yeni saytının təqdimatını keçirib" (az.). azertag.az. 13.03.2018. 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  3. "Azərbaycan Arıçılar Assosiasiyası" (az.). azpromo.az. 2020-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  4. ""Made in Azerbaijan" brendi originar". 2019-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.
  5. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib" (az.). azpromo.az. 27.09.2017. 2020-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  6. "ANİİA" İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilib Arxivləşdirilib 2019-08-29 at the Wayback Machine. qafqazinfo.az, 26.01.2018  (az.)
  7. Король фруктов: в Азербайджане чествовали производителей граната Arxivləşdirilib 2020-09-26 at the Wayback Machine. (rus.)
  8. Göyçayda XIII Nar festivalı keçirilir Arxivləşdirilib 2020-05-17 at the Wayback Machine. (az.)
  9. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Arxivləşdirilib 2020-06-10 at the Wayback Machine. (az.)
  10. "Meyvələrin şahı-Nar" müsabiqəsi Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. azertag.az, 06.11.2017  (az.)
  11. "Nardan doğan rənglər" müsabiqəsi Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. pomegranate.az, 29.10.2018  (az.)
  12. "Mən bu cahanə sığmazam" müsabiqəsi Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. pomegranate.az, 01.05.2019  (az.)
  13. "Azərbaycan Narı" döş nişanı təsis edildi — Foto Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. azerbaycan24.com, 28.12.2018  (az.)
  14. Akif Əlizadə "Azərbaycan narı" döş nişanı ilə təltif olundu Arxivləşdirilib 2019-09-07 at the Wayback Machine. azedu.az, 28.12.2018  (az.)
  15. Akademik Akif Əlizadə "Azərbaycan narı" döş nişanı ilə təltif olunub Arxivləşdirilib 2019-05-27 at the Wayback Machine. science.gov.az, 28.12.2018  (az.)
  16. Fərhad Qaraşov Xalq rəssamını döş nişanı ilə təltif etdi — Fotolar Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine. azerbaycan24.com, 03.05.2019  (az.)
  17. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Fəxri Üzvlük institutunu təsis edib" (az.). ednews.net. 14.10.2019. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.