Azərbaycan Milli Məclisinin I çağırış deputatları

Azərbaycan Milli Məclisinin I çağırışı1995–1996-cı illərdə baş tutan seçkilərəsasında formalaşdırılan Azərbaycan Milli Məclisi.

Siyasi partiya Seçilən Çağırış Sonu Dəyişmə Seçilən millətvəkili dağılımı Çağırış sonu millətvəkili dağılımı
Bitərəf5538 17
Azərbaycan Milli Məclisin I çağırış millətvəkilləri
Yeni Azərbaycan Partiyası5359 6
Azərbaycan Xalq Cəbhəsi Partiyası44
Azərbaycan Milli İstiqlal Partiyası45 1[1]
Azərbaycan Demokratik İstiqlal Partiyası20 2[2]
Azərbaycan Demokratik Sahibkarlar Partiyası21 1
Ana Vətən Partiyası11
Azərbaycan Demokratik Maarifçilik Partiyası11
Müsavat Partiyası11
Vətəndaş Həmrəyliyi Partiyası11
Azərbaycan Demokrat Partiyası07 7
Azərbaycan Sosial Rifah Partiyası011[3]
Sosial Ədalət Partiyası01 1[4]
Cəmi124121 3

Haqqında

Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı.

11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir.

Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər.

Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir.

1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.

Həmin dairədə keçirilən əlavə seçkilərdə bitərəf Umar Əfəndiyev millətvəkili seçilib.

48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib. 1998-ci ildə keçirilən seçkilərdə Yaqub Əhmədov deputat seçildi.

1996-cı ildə YAP-çı Rəsul Quliyev MM sədri postundan istefa verdi və Amerikaya mühacirət etdi. 1997-ci ildə onun deptutatlığına xitam verildi. 1999-cu ildə onun əvəzinı yeni seçkilərdə Tofiq Həsən oğlu Hüseynov deputat seçildi.

"Seçki qanunu"na görə, parlamentin 15 faizi (19 nəfər) eyni zamanda icra hakimiyyətində vəzifə tuta bilərdilər (Bu müddəa keçid dövrü üçün nəzərdə tutulmuşdu və 2000-ci ilin parlament seçkilərində hakimiyyət bölgüsü prinsipi təmin olundu), lakin vəzifəli deputatların sayı bu kvotadan çox idi. Odur ki, 1996-cı ildə vəzifəli deputatların bir neçəsi mandatdan imtina etdi. Əvvəlcə P. Bülbüloğlu mandatını könüllü olaraq təhvil verdi. Onun əvəzinə 1998-ci ildə yeni seçkilərdə Abbasqulu Fərzəliyev seçildi. Daha sonra Torpaq Komitəsinin sədri Qərib Məmmədov eyni addımı atdı. Onun əvəzinə isə 1998-ci ildə YAP-çı Həsən Mirzəyev seçildi.

Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Onun dairəsində 30.05.1999 tarixində keçirilən yeni seçkilərdə Xanhüseyn Kazımlı deputat seçildi.

Qeyd : 42 saylı Xankəndi seçki dairəsində seçkilər keçirilməyib.

Millətvəkili dəyişiklikləri

1998-ci ildə 5 YAP üzvü (Zəminə Dünyamalıyeva, Akif Şahbazov, Mahir Əsədov, Şamil Yusifov, Solmaz Ələsgərova) və 2 bitərəf (Yusif BağırzadəUmar Əfəndiyev) millətvəkili Azərbaycan tarixində ilk dəfə olaraq partiyalarını dəyişdirərək Azərbaycan Demokrat Partiyasına keçmişdir. Buna səbəb Rəsul Quliyevin partiyanın sədri seçilməsi, bir neçə cəbhəçinin partiya ətrafında birləşməsi, İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasının Azərbaycan Demokrat Partiyasına birləşməsi idi.

Həmçinin bitərəf seçilən İlham Əliyev 1999-cu ildə YAP-ın qurultayında sədr müavini seçildi. Bununla da o, YAP üzvü oldu.

ADİP üzvləri Mübariz QurbanlıVilayət Quliyev 1999-cu ildə partiyadan istefa verərək YAP-a üzv oldular

YAP-çı deputat Toğrul İbrahimli də YAP-dan istefa verərək Namus Respublika Partiyasını yaratdı.

Həmin illərdə YAP-çı Cəbrayıl Əhmədov və bitərəf Gülnarə Qurbanova AMİP-ə keçmişdir.

21.02.1999-cu il tarixində keçirilən əlavə seçkilərdə Yusif Səmədoğlunun yerinə seçilən YAP-çı Zakir Sərdərov həmin ilin dekabrında rəhmətə getdi.

Həmçinin bitərəf deputat Mətləb Mütəllimli Sosial Ədalət Partiyasını yaratmışdır.

YAP-çı deputatlar Məzdək Hüseynov və Fərəməz Maqsudov 2000-ci ildə vəfat etdilər.

I çağırış ərzində 13 bitərəf deputat YAP-a keçdi. (Şaitdin Əliyev,Fikrət Sadıqov,Əli Həsənov, Eldar Qəhrəmanov, Hikmət Osmanov, Rizvan Cəbiyev, Əhəd Abıyev, Cəlal Əliyev, Səttar Səfərov, İmamverdi İsmayılov, Asəf Hacıyev, Nizami Ələkbərov (1998), Kərim Ramazanov)

AMİP-in majoritar qaydayla seçilən deputatı Novruz Quliyev daha sonra istefa vermiş, bir sonrakı seçkilərə bitərəf olaraq qatılmışdır.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü Mikayıl Mirzə istefa vermiş və növbəti seçkilərə bitərəf qatılmışdır.

Milli Məclisin I çağırış deputatları

Deputat
Partiya
Dairə
Milli Məclisdə vəzifəsi
Majoritar yolla seçilən deputatlar
Vasif Yusif oğlu Talıbov
(1960—)
Yeni Azərbaycan Partiyası
1 saylı Şərur-Sədərək
Nizami Manaf oğlu Xudiyev
(1949–2021)
Yeni Azərbaycan Partiyası
2 saylı Şərur-Babək
Mahmud Əhməd oğlu Məmmədquliyev
(1949—)
Bitərəf
3 saylı Naxçıvan
Rza Aydın oğlu İbadov
(1966—)
Yeni Azərbaycan Partiyası
4 saylı Babək-Şahbuz
Fərəməz Qəzənfər oğlu Maqsudov
(1930–2000)
Yeni Azərbaycan Partiyası
5 saylı Culfa-Ordubad
Mübariz Qəhrəman oğlu Qurbanov
(1954—)
Azərbaycan Demokratik İstiqlal Partiyası
6 saylı I Yasamal
Fatma Hüseyn qızı Abdullazadə
(1948—)
Yeni Azərbaycan Partiyası
7 saylı II Yasamal
Gülnara Şıxəli qızı Qurbanova
(1953—)
Bitərəf
8 saylı III Yasamal
Həsən İbrahim oğlu Mirzəyev
(1927–2015)
Yeni Azərbaycan Partiyası
9 saylı I Xətai
Babaxan Sultan oğlu Muradov
(1927—)
Azərbaycan Demokratik Maarifçilik Partiyası
10 saylı II Xətai
Rəsul Bayram oğlu Quliyev
(1947—)
Yeni Azərbaycan Partiyası
11 saylı III Xətai
Şamil Dünyamalı oğlu Qurbanov
(1934–2004)
Bitərəf
12 saylı I Nizami
Sirus Xudadat oğlu Təbirzli
(1942–2013)
Yeni Azərbaycan Partiyası
13 saylı II Nizami
İlham Heydər oğlu Əliyev
(1961—)
Bitərəf
14 saylı Qaradağ
Zəlimxan Yusif oğlu Yaqubov
(1950–2016)
Bitərəf
15 saylı I Sabunçu
Oruc Paşa oğlu Məmmədov
(1946—)
Yeni Azərbaycan Partiyası
16 saylı II Sabunçu
Əsmətxanım Bəyəhməd qızı Məmmədova
(1941—)
Bitərəf
17 saylı Sabunçu-Əzizbəyov
Şaitdin Sərdar oğlu Əliyev
(1947—)
Bitərəf
18 saylı Əzizbəyov
Anar Camal oğlu Məmmədxanov
(1970–2011)
Bitərəf
19 saylı I Suraxanı
Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov
(1935–2016)
Bitərəf
20 saylı II Suraxanı
Toğrul Əsəd oğlu İbrahimli
(1951—)
Yeni Azərbaycan Partiyası
21 saylı Binəqədi
Akif Şəmsəddin oğlu Muradiyev
(1948—)
Bitərəf
22 saylı Binəqədi-Nəsimi
Madər Ələsgər oğlu Musayev
(1947–2023)
Bitərəf
23 saylı Binəqədi-Qaradağ
Eldar Şamxal oğlu Abasov
(1952—)
Bitərəf
24 saylı I Nərimanov
Rafael Xanəli oğlu Allahverdiyev
(1945–2009)
Yeni Azərbaycan Partiyası
25 saylı II Nərimanov

İstinadlar

  1. Gülnarə Qurbanova YAP-dan AMİP-ə keçmişdir. Novruz Quliyev istefa vermişdir
  2. Partiya parçalandı,1999-cu ildə deputatları Mübariz Qurbanlı və Vilayət Quliyev istefa verərək YAP-a keçdilər
  3. Əlavə seçkilərdə seçildi
  4. Partiya yaradıldı

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.