Azərbaycan Premyer Liqası

Azərbaycan Premyer Liqası və ya Misli Premyer LiqasıAzərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.

Ölkə Azərbaycan Azərbaycan
Konfederasiya UEFA
Açılış ili 1992
İlk sezon 1992
Komandaların sayı 10
Liqalar sistemində səviyyə 1
Aşağı liqa Azərbaycan Birinci Liqası
Digər kubok(lar) Azərbaycan Kuboku
Beynəlxalq kubok(lar)

UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası

UEFA Konfrans Liqası
Son çempion Qarabağ (11-ci dəfə)
Ən uğurlu komanda Qarabağ (11 dəfə)
TV partnyoru CBC Sport
Veb səhifəsi www.pfl.az
Azərbaycan Premyer Liqası 2023/2024

Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır.

Tarixi

1990-cı illər

1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.[1] Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.[1]

2000-ci illər

2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatın dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFAUEFA-nın 2 illik sanksiyası ilə bitdi.[2][3][4] Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi.[5] Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi.[5] Ölkədə "böyük futbol"un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu.[5] Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.[5]

Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı"[q 1] və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi.[6] Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[6] Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-cı ildə isə çempion olmuşdur.[7] 2022-ci ildə "Keşlə" futbol klubu rəsmən "Şamaxı" adlandırılıb.[8]

2010-cu illər

2011/2012 Azərbaycan Premyer Liqasının kuboku "Neftçi PFK"nın muzeyində.

2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu.[9][10] Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu.[11] 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.[12] Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.[13]

2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir.[14] Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi.[15] 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü.[16] 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu.[17] 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[18] Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.[19]

2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.[20]

2020-ci illər

2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb.[21] Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.[21] Bunun nəticəsində "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.[21]

2021-ci ildə "Neftçi" Azərbaycan Premyer Liqasının yekun turunda yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.[22]

Korporativ strukturu

13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci LiqasıAzərbaycan Kuboku yarışlarını təşkil edir.[23] Quruma Ramin Musayev rəhbərlik edir.[24]

Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür.[25] Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində əməliyyatlarında rol oynayır.[26]

Müsabiqə formatı

Hazırda Azərbaycan Premyer Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 36 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.

Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:

  • 26 klub = 1992
  • 20 klub = 1993
  • 16 klub = 1993–1994
  • 13 klub = 1994–1995
  • 11 klub = 1995–1996
  • 16 klub = 1996–1997
  • 15 klub = 1997–1998
  • 14 klub = 1998–1999
  • 12 klub = 1999–2000
  • 11 klub = 2000–2001
  • 12 klub = 2001–2002
  • 14 klub = 2003–2004
  • 18 klub = 2004–2005
  • 14 klub = 2005–2006
  • 13 klub = 2006–2007
  • 14 klub = 2007–2009
  • 12 klub = 2009–2013
  • 10 klub = 2013–2016
  • 8 klub = 2016–2022
  • 10 klub = 2022–cari

Avrokuboklar üçün kvalifikasiya

Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, o zaman Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır.

Klublar

Azərbaycan Premyer Liqası 2023–24 komandalarının xəritədə yeri.
Qarabağ FK Ağdam şəhərini təmsil edir, amma Ağdamın işğalı səbəbindən ev oyunlarını Bakıda keçirir.

Stadionları və yerləri

Qeyd: Cədvəl əlifba sırası ilə siyahlanıb
Komanda Ərazi Stadion Stadion tutumu
Qarabağ Ağdam Azərsun Arena 5,800
Qəbələ Qəbələ Qəbələ şəhər stadionu 4,500
Kəpəz Gəncə Gəncə şəhər stadionu 27,000
Neftçi Bakı Neftçi Arena 10,200
Sabah Masazır Bank Respublika Arena 13,000
Səbail Bakı ASCO Arena 5,000
Sumqayıt Sumqayıt Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 15,500
Araz-Naxçıvan Naxçıvan Naxçıvan şəhər stadionu 2,200
Turan Tovuz FK Tovuz Tovuz şəhər stadionu 6,500
Zirə Bakı Zirə Olimpiya İdman Kompleksi stadionu 1,300

Azərbaycan klubları Avrokuboklarda

15.03.2024 tarixinə

n Komandalar O Q H M Toplar Top fərqi Xal
1 "Qarabağ" Ağdam 176664664207:223-16244
2 "Neftçi" Bakı 8226203695:127-3298
3 "Inter" Bakı 3514101143:33+1052
4 "Qəbələ" 421172441:66-2540
5 "Bakı" 1845916:34-1817
6 "Xəzər-Lənkəran" 1827914:33-1913
7 "Sabah" Bakı 43016:3+39
8 "Zirə" Bakı 62226:7-18
9 "Karvan" Yevlax 62133:6-37
10 "Kəpəz" Gəncə 1421116:30-247
11 "MKT-Araz" İmişli 41121:3-24
12 "Bakı Fəhləsi" 21011:103
13 "Şəmkir" FK 101097:21-143
14 "AZAL" Bakı 40223:5-22
15 "Xəzri" Buzovna 20110:2-21
16 "Sumqayıt" 20112:11-91
17 "Səbail" Bakı 20024:6-20
18 "Simurq" Zaqatala 20020:4-40
19 "Turan" Tovuz 20020:7-70
20 "Şəfa" Bakı 20020:7-70
21 "Viləj" Masallı 40042:10-80

Çempionlar və bombardirlər

Mövsüm Çempion İkinci Üçüncü Bombardir
1992 Neftçi Xəzər Sumqayıt Turan Tovuz FK Azərbaycan Nazim Əliyev (Xəzər Sumqayıt, 39 qol)
1993 Qarabağ Xəzər Sumqayıt Turan Tovuz FK Azərbaycan Samir Ələkbərov (Neftçi, 16 qol)
1993–94 Turan Tovuz FK Qarabağ Kəpəz Azərbaycan Musa Qurbanov (Turan Tovuz FK, 35 qol)
1994–95 Kəpəz Turan Tovuz FK Neftçi Azərbaycan Nazim Əliyev (Neftçi, 26 qol)
1995–96 Neftçi Xəzri Buzovna Kəpəz Azərbaycan Fazil Pərvərov (Kəpəz, 23 qol) / Azərbaycan Rövşən Əhmədov (Kəpəz, 23 qol)
1996–97 Neftçi Qarabağ Xəzri Buzovna Azərbaycan Qurban Qurbanov (Neftçi, 34 qol)
1997–98 Kəpəz Bakı Şəmkir Azərbaycan Nazim Əliyev (Bakı, 23 qol)
1998–99 Kəpəz Şəmkir Neftçi Azərbaycan Alay Bəhramov (Viləş Masallı, 24 qol)
1999–00 Şəmkir Kəpəz Neftçi Azərbaycan Badri Kvaratsxeliya (Şəmkir, 16 qol)
2000–01 Şəmkir Neftçi Viləş Masallı Azərbaycan Paşa Əliyev (Bakılı Bakı, 12 qol)
2001–02 AFFA və klublar arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və nəticələr hesaba alınmayıb.[27]
2002–03 AFFA və klublar arasında yaranan münaqişəyə görə futbol çempionatı təşkil edilməyib.[28]
2003–04 Neftçi Şəmkir Qarabağ Azərbaycan Samir Musayev (Qarabağ, 20 qol)
2004–05 Neftçi Xəzər Lənkəran Karvan Azərbaycan Zaur Ramazanov (Karvan, 21 qol)
2005–06 Bakı Karvan Neftçi Kot-d'İvuar Yakuba Bamba (Karvan, 16 qol)
2006–07 Xəzər Lənkəran Neftçi Bakı Azərbaycan Zaur Ramazanov (Xəzər Lənkəran, 20 qol)
2007–08 İnter AZAL Neftçi Azərbaycan Xəqani Məmmədov (İnter, 19 qol)
2008–09 Bakı İnter Simurq Uruqvay Valter Quqlemon (İnter, 17 qol)
2009–10 İnter Bakı Qarabağ Azərbaycan Fərid Quliyev (Standard Bakı, 16 qol)
2010–11 Neftçi Xəzər Lənkəran Qarabağ Gürcüstan Georgi Adamiya (Qarabağ, 18 qol)
2011–12 Neftçi Xəzər Lənkəran İnter Özbəkistan Bahodir Nəsimov (Neftçi, 16 qol)
2012–13 Neftçi Qarabağ İnter Çili Nikolas Kanales (Neftçi, 26 qol)
2013–14 Qarabağ İnter Qəbələ Braziliya Reynaldo (Qarabağ, 22 qol)
2014–15 Qarabağ İnter Qəbələ Azərbaycan Nurlan Novruzov (Bakı, 15 qol)
2015–16 Qarabağ Zirə Qəbələ İspaniya Dani Kintana (Qarabağ, 15 qol)
2016–17 Qarabağ Qəbələ İnter Azərbaycan Rauf Əliyev (İnter, 11 qol)
Xorvatiya Filip Ozobiç (Qəbələ, 11 qol)
2017–18 Qarabağ Qəbələ Neftçi Fransa Baqali Dabo (Qəbələ, 13 qol)
2018–19 Qarabağ Neftçi Səbail Azərbaycan Mahir Emreli (Qarabağ, 16 qol)
2019–20 Qarabağ Neftçi Keşlə Azərbaycan Mahir Emreli (Qarabağ, 7 qol)
Fransa Baqali Dabo (Neftçi, 7 qol)
Fransa Stiven Josef-Monroz (Neftçi, 7 qol)
İran Peyman Babayi (Sumqayıt, 7 qol)
2020–21 Neftçi Qarabağ Sumqayıt Azərbaycan Namiq Ələsgərov (Neftçi, 19 qol)
2021–22 Qarabağ Neftçi Zirə Braziliya Kadi (Qarabağ, 12 qol)
2022–23 Qarabağ Sabah Neftçi Azərbaycan Ramil Şeydayev (Qarabağ , 22 qol)
2023–24 Qarabağ

Mükafatçı klublar






Ən uğurlu klublar (%)   Qarabağ (36 %)  Neftçi (27 %)  Kəpəz (9 %)  Digər klublar (28 %)

n Klub 1 2 3 Medallar Çempionluq mövsümləri
1 Qarabağ 11 4 4 19 1993, 2013–2014, 2014–2015, 2015–2016, 2016–2017, 2017–2018, 2018–2019, 2019–2020, 2021–2022, 2022–2023, 2023–2024
2 Neftçi 9 5 7 21 1992, 1995–1996, 1996–1997, 2003–2004, 2004–2005, 2010–2011, 2011–2012, 2012–2013, 2020–2021
3 Kəpəz
3
1 2 6 1994–1995, 1997–1998, 1998–1999
4 İnter 2 3 4 9 2007–2008, 2009–2010
5 Şəmkir 2 2 1 5 1999–2000, 2000–2001
6 Bakı 2 2 1 5 2005–2006, 2008–2009
7 Xəzər-Lənkəran 1 3 0 4 2006–2007
8 Turan 1 1 2 4 1993–1994
9 Qəbələ 0 2 3 5
10 Xəzər Sumqayıt 0 2 0 2
11 Karvan 0 1 1 2
12 Xəzri 0 1 1 2
13 Sabah 0 1 0 1
14 Zirə 0 1 0 1
15 Şüvəlan 0 1 0 1
16 Sumqayıt 0 0 1 1
17 Səbail 0 0 1 1
18 Simurq 0 0 1 1
19 Viləş 0 0 1 1

Dubllar

Klub Sezon Dubllar
Qarabağ 5 1993,

2014–2015, 2015–2016, 2016–2017, 2021–2022

Neftçi 3 1995–1996,

2003–2004, 2012–2013

Kəpəz 1 1997–1998
Xəzər-Lənkəran 1 2006–2007

Azərbaycan SSR çempionları

Sponsorluq və loqo

Unibank Premyer Liqasının loqosu

2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişinin imzalandın və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi.[29] 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib.[30][31][32]

2020-ci il avqustun 2-də Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib. Yeni loqo qartal, alov və dalğa ilə əhatələnən futbol topu elementləri üzərində qurulub.[33]

Period Sponsor Name
1992–2009Sponsor olmayıbYüksək Liqa / Azərbaycan Premyer Liqası
2009–2012UnibankUnibank Premyer Liqası
2012–2019TopazTopaz Premyer Liqası
2019–2022Sponsor olmayıbAzərbaycan Premyer Liqası
2022– Misli Misli Premyer Liqası

Maliyyə

Azərbaycan Premyer Liqası başladığı ildən, 32-dən çox klub müflis olub.[34] 2000-ci illərin ortasında APL və Azərbaycan Birinci Liqası arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[35] 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Premyer Liqasına külli miqdarda vəsait axmağa başladı.[36][37]

2015-ci ildən Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunur.[38] 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib.[38] Azərbaycan milli futbol komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər.[38] AFFA-nın İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılır.[38]

Medianın işıqlandırması

2009-cu ildə PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb.[39] 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycanda Premyer Liqa İdman Azərbaycan TV tərəfindən yayımlanırdı. 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının yayım hüququ üçün tender təşkil olundu.[40] Tenderin qalibi CBC Sport oldu.[41]

Statistika və rekordlar

Premyer Liqada olan oyunçular mövsümün sonuna kimi Azərbaycan Premyer Liqasının Qızıl Butsu üçün rəqabət aparırlar.

Nazim Əliyev APL-nin tarixində ən çox qol vuran futbolçudur.[42] 1995–96 mövsümündə N. Əliyev APL-də ilk 100 qol vuran oyunçu olmuşdur. O vaxtdan bəri, 10 digər oyunçular da 100 qol nişanına çatmışlar.[43]

APL-də ən çox oyun keçirən futbolçu isə Rahid Əmirquliyevdir.[44]

Qalın şriftlərlə göstərilən oyunçular hələ karyerasını davam etdirir:

Xəqani Məmmədov Azərbaycan Premyer Liqasında ən çox qol vurmuş oyunçulardan biridir.
Ən çox qol vurmuş oyunçular[43]
Oyunçu Dövr Klub[45] Qol
1 Azərbaycan Nazim Əliyev 1992–1999 Xəzər Sumqayıt 183
2 Azərbaycan Müşfiq Hüseynov 1992–2007 Qarabağ 125
3 Azərbaycan Rövşən Əhmədov 1992–2003 Kəpəz 116
4–5 Azərbaycan Qurban Qurbanov 1990–2006 Neftçi 115
4–5 Azərbaycan Samir Ələkbərov 1992–2001 Neftçi 115
6 Azərbaycan Alay Bəhramov 1992–1999 Viləş Masallı 108
7 Azərbaycan Nadir Nəbiyev 1995–2012 Turan Tovuz FK 103
8–9 Azərbaycan Vadim Vasilyev 1994–2007 Bakı Fəhləsi 102
8–9 Azərbaycan Xəqani Məmmədov 1994–2012 Şamaxı 102
10 Azərbaycan Kənan Kərimov 1995–2012 Şəmkir 101
Rəşad Abdullayev Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş oyunçulardan biridir.
Ən çox oyun keçirən oyunçular[46][47][48][49]
Oyunçu Dövr Klub[50] Oyun
1 Azərbaycan Rahid Əmirquliyev 2003–2023 Xəzər Lənkəran 457[51]
2 Azərbaycan Mahmud Qurbanov 1992–2012 Kəpəz 421
3 Azərbaycan Rəşad Sadiqov 1998–2018 Neftçi 392
4 Azərbaycan Azər Məmmədov 1992–2012 Kəpəz 388
5 Azərbaycan Aslan Kərimov 1992–2011 Qarabağ 382
6 Azərbaycan Rəşad Abdullayev 1994–2017 Xəzər Lənkəran 378
7 Azərbaycan Elvin Məmmədov 2004–2023 Şamaxı 376
8 Azərbaycan Asif Məmmədov 2004–h.h. Qəbələ 373
9 Azərbaycan Aqil Məmmədov 1992–2011 Turan Tovuz FK 363
10 Azərbaycan Vurğun Hüseynov 2005–h.h. Sumqayıt 362

Mükafatçı baş məşqçilər

Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ" Azərbaycan Premyer Liqasında on dəfə qalib olmuşdur.
Baş məşqçi Çempion Qələbə illəri
Azərbaycan Qurban Qurbanov
10
2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24
Azərbaycan Ağasəlim Mircavadov
5
1993, 1999–00, 2000–01, 2004–05, 2006–07
Azərbaycan Böyükağa Hacıyev
3
2005–06, 2011–12, 2012–13
Azərbaycan Kazbek Tuayev 1993–94, 1995–96, 2003–04
Azərbaycan Mehman Allahverdiyev 1994–95, 1997–98, 1998–99
Azərbaycan Əhməd Ələsgərov
1
1992
Azərbaycan Elbrus Abbasov 1996–97
Azərbaycan Arif Əsədov 2010–11
Azərbaycan Qəhrəman Əliyev 2001–02
Şimali Makedoniya Goko Haciyevski 2008–09
Gürcüstan Kaxaber Tsxadadze 2009–10
Ukrayna Valentin Xodukin 2007–08
Azərbaycan Samir Abbasov 2020–21

Azarkeş sayı

"Neftçi" azarkeşləri "Qarabağ"la oyunda
"Qarabağ" futbol komandasına aid olan "İmarət" azarkeş qrupunun banneri
Mövsüm sayı
Ümumi azarkeş sayı
Orta azarkeş sayı
İst.
2001–02187,9291,099[52]
Liqa ləğv olunub[q 2]---
2003–04195,8401,360[53]
2004–05470,6701,623[53]
2005–06-1,623[53]
2006–07-1,085[53]
2007–08-1,564[53]
2008–09-1,643[53]
2009–10-1,701[54]
2010–11-1,871[54]
2011–12-2,299[55]
2012–13-2,381[56]
2013–14-1,703[57]
2014–15-1,537[58]
2015–16-1,521[59]
2016–17-2,587[59]
2017–18-2,016[59]
2018–19-2,022[59]
2019–20-1,012[59]

Mükafatlar

Kubok

Çempionluq kuboku PFL-in sifarişinə əsasən, Fransanın "Arthus-Bertrand" şirkəti hazırlayır və hər mövsümun sonu Azərbaycan Premyer Liqasının qalibinə təqdim olunur.[60][61]

Ayın və ilin oyunçusu

Mövsün ərzində "Ayın futbolçusu" və "İlin futbolçusu" futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında PFL tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşir.[62] Qalib oyunçuya PFL və sponsorun hədiyyələri və pul mükafatı təqdim olunur. 2014-cü ildən "Ayın futbolçusu" mükafatın verilməsi dayandırılıb.

Reynaldo "Ayın futbolçusu" mükafatını dörd dəfə qazanmışdır.
Flavinyo "Ayın futbolçusu" mükafatını ən çox qazanan oyunçulardan biridir.
Mövsüm İl Ay Oyunçu Klub
2009–10 2009 Oktyabr Azərbaycan Vaqif Cavadov Qarabağ
2009–10 2010 Noyabr Braziliya Mario Souza Xəzər Lənkəran
2009–10 2010 Dekabr Azərbaycan Əfran İsmayılov Qarabağ
2009–10 2010 Fevral Azərbaycan Xəqani Məmmədov Karvan
2009–10 2010 Mart Azərbaycan Araz Abdullayev Neftçi
2009–10 2010 Aprel Gürcüstan Georgi Adamiya Qarabağ
2009–10 2010 May Xorvatiya Aleksandar Şoliç Bakı
2010–11 2010 Avqust Özbəkistan Bahodir Nəsimov Neftçi
2010–11 2010 Sentyabr Azərbaycan Samir Zərgərov Kəpəz
2010–11 2010 Oktyabr Braziliya Flavinyo Neftçi
2010–11 2010 Noyabr Mərakeş Zohair Benuahi AZAL
2010–11 2010 Dekabr Azərbaycan Samir Əliyev Simurq
2010–11 2011 Fevral Azərbaycan Rauf Əliyev Qarabağ
2010–11 2011 Mart Braziliya Flavinyo Neftçi
2010–11 2011 Aprel Kosta-Rika Vinston Parks Xəzər Lənkəran
2010–11 2011 May Gürcüstan Georgi Adamiya Qarabağ
2011–12 2011 Avqust Azərbaycan Ceyhun Sultanov Kəpəz
2011–12 2011 Sentyabr Azərbaycan Rəşad Abdullayev Neftçi
2011–12 2011 Oktyabr Kosta-Rika Vinston Parks Bakı
2011–12 2011 Noyabr Braziliya Flavinyo Neftçi
2011–12 2011 Dekabr Gürcüstan Baçana Tsxadadze Şamaxı
2011–12 2012 Fevral Azərbaycan Əfran İsmayılov Qarabağ
2011–12 2012 Mart Fransa Yannik Kamanan Qəbələ
2011–12 2012 Aprel Braziliya Eder Bonfim Xəzər Lənkəran
2011–12 2012 May Litva Deividas Çesnauskis Bakı
2012–13 2013 Fevral Çili Nikolas Kanales Neftçi
2012–13 2013 Mart Rumıniya Marius Pena Bakı
2012–13 2013 Aprel Braziliya Riçard Almeyda Qarabağ
2012–13 2013 May Çili Nikolas Kanales Neftçi
2013–14 2013 Avqust Azərbaycan Cavid Hüseynov Bakı
2013–14 2013 Sentyabr Azərbaycan Əfran İsmayılov Bakı
2013–14 2013 Oktyabr Braziliya Reynaldo Qarabağ
2013–14 2013 Noyabr Azərbaycan Vaqif Cavadov Şamaxı
2013–14 2013 Dekabr İsveçrə Daniel Subotiç Qəbələ
2013–14 2014 Fevral Braziliya Reynaldo Qarabağ
2013–14 2014 Mart Braziliya Reynaldo Qarabağ
2013–14 2014 Aprel Braziliya Riçard Almeyda Qarabağ
2013–14 2014 May Braziliya Reynaldo Qarabağ

Qeydlər

  1. 2022-ci ildən klub rəsmən "Şamaxı" adlandırılıb.
  2. AFFA və klublar arasında yaranan münaqişəyə görə bu mövsüm heç bir futbol çempionatı təşkil edilməmişdir.

İstinadlar

  1. ""Çelsi"dən yeni rekord: "Kəpəz"ə hələ çox var". www.apasport.az. www.apasport.az. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  2. "Azerbaijan embargo ends". www.uefa.com. UEFA. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  3. "Peace at last in Azerbaijan". www.uefa.com. UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
  4. "Azerbaijan soccer tries to extricate itself from trouble". www.abc.net.au. www.abc.net.au. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  5. ""Futzalla futbolu eyni vaxtda oynamağı məsləhət görmürəm" – iki idman növü üzrə yığmamızın sabiq üzvü (LAYİHƏ)". sportfm.az. sportfm.az. 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  6. ""Xəzər Lənkəran"ın Gəncə macəraları". apasport.az. apasport.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  7. "Ən azı 2 klubla çempion olan 3-cü baş məşqçi". www.pfl.az. www.pfl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  8. ""Keşlə" adını dəyişərək rəsmən "Şamaxı" olub". apa.az. apa.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2022.
  9. "Neftchi are Azerbaijani champions". news.az. news.az. 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  10. "Neftçi take title honours in Azerbaijan". www.uefa.com. UEFA. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  11. ""Neftçi"nin yeddinci çempionluğu". qol.az. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  12. "Neftchi FC for the first time in the history of football in Azerbaijan wins a ticket to the group stage of UEFA Europa League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.
  13. ""Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu". www.azsport.az. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  14. Gault, Matt. "Qarabag are exiled from their home but could shock the Champions League". www.theguardian.com. 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  15. Oqtay, Atayev. "Qarabağ end 21-year wait for Azerbaijani title". UEFA. 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  16. "Qəbələ Azərbaycanın qrup mərhələsinə vəsiqə qazanan 3-cü klubu oldu". www.azerisport.com. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  17. "Qarabağ v København: play-off facts and stats". UEFA. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  18. "Champions League round-up: Qarabag make history by qualifying for group stages". www.skysports.com. 2017-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  19. "Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə". apasport.az. 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  20. ""Qarabağ" ardıcıl beşinci dəfə çempion oldu". oxu.az. oxu.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  21. ""Qarabağ" çempion oldu – RƏSMİ". www.yeniavaz.com. www.yeniavaz.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2020.
  22. "Neftçi bu ilin çempionu oldu. Azərbaycan futbolunda yeni eramı başlayır?". www.bbc.com. www.bbc.com. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2022.
  23. "Peşəkar Futbol Liqası 8 yaşında". www.fanat.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  24. "Ramin Musayev elected President of Azerbaijan Professional Football League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.
  25. "ECA Members 2017/18". www.ecaeurope.com. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  26. "European Club Association: General Presentation". European Club Association. 9 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2010.
  27. "Azerbaijan 2001/02". 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  28. "Azerbaijan 2002/03". 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  29. "Azərbaycan Premyer Liqasının sponsoru dəşiyib". www.azadliq.org. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  30. "Azerbaijani Premier League has a new sponsor". news.az. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  31. "Premyer Liqanın yeni sponsoru ilə müqavilə imzalandı". kaspi.az. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  32. "Topaz Premyer Liqanın sponsorluğundan imtina etdi". qol.az. qol.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2019.
  33. "Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edildi". qol.az. qol.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2020.
  34. "Azərbaycan futbolu son 20 ildə 14 klub itirib – RƏSMİ". www.fanat.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
  35. "Ramil Əliyev: "Premyer Liqa ilə I divizion arasında böyük uçurum var"". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  36. Muxtarlı, Turan. "Azərbaycanda futbol klubları niyə dağılır?". www.meydan.tv. 2021-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  37. Abbasov, Shahin. "Azerbaijan: Corporate Spending Pumps Up Soccer League". www.eurasianet.org. 2013-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  38. "AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin məlumatı". www.affa.az. AFFA. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  39. "Premyer Liqanın oyunları AzTV-də yayımlanacaq". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  40. "Premyer Liqanın yayım hüququ AZTV və "İdman Azərbaycan"dan alındı". 2015-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
  41. "CBC channel to broadcast Premier League matches in Azerbaijani". report.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  42. Ekspress Newspaper Arxivləşdirilib 2014-08-05 at Archive.today  (az.)
  43. "34 bombardir – 50-yə çatanlar". apasport.az. 2018-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  44. "Rahid Əmirquliyev Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçudur". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  45. oyunçunun ən çox qol vurduğu klub
  46. "300-ə çatan Azərbaycan futbolçuları". apasport.az. 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
  47. "Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən 30 futbolçu – Siyahı". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  48. "Premyer-liqamızda ən çox oyun keçirən 30 futbolçu – Siyahı". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  49. "Azərbaycan Premyer Liqası: Ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  50. oyunçunun ən çox oyun keçirdiyi klub
  51. "Karyerasını bitirdi – Azərbaycan millisinin keçmiş futbolçusu". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  52. "Посещаемость чемпионата Азербайджана выросла на 22%" (rus). Azerisport.com. 17 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2010.
  53. "2003–04 Azerbaijan Top League" (Croatian). Jutarnji list. 6 April 2010. səh. 97.
  54. "Attendance of Azerbaijan Premier League". 19 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 July 2011. (#invalid_param_val)
  55. "Azerbaijani Premier League fourth in attendance in post-Soviet space". News.az. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2013.
  56. "18 turun azarkeş sayı – 214.470 nəfər". fanat.az (Azerbaijani). 30 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2012.
  57. "Bakıda futbola maraq yoxdur: Lənkəranlılar hamıdan öndə". apasport.az (Azerbaijani). 27 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2013.
  58. "Azerbaijan Premier League-attendances". european-football-statistics.co.uk (English). 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2015.
  59. "Azerbaijan Premier League-attendances". european-football-statistics.co.uk (English). 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2016.
  60. ""Neftçi"yə çempionluq kuboku təqdim olundu". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  61. "Çempiona da kubok veriləcək". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
  62. "Unibank Premyer Liqasında fevralın ən yaxşı oyunçusu müəyyənləşmişdir". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.