Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur.
Azərbaycan Milli İstiqlal Partiyası | |
---|---|
Sədri | Arzuxan Əlizadə |
Qurucu | |
Lideri | Etibar Məmmədov |
Sədr müavinləri |
Afsəddin Nəbiyev Elşən Mustafayev |
Quruluş tarixi | 3 iyul 1992 |
Qeydiyyat tarixi | 17 iyul 1992 |
Birləşən | Mütərəqqi Xalq Partiyası (2003)[lower-alpha 1] |
Bölünmə |
Azərbaycan Naminə Alyans Partiyası (1993–2023) Azərbaycan Demokratik İstiqlal Partiyası (1993–1999) Böyük Millət Partiyası (1998–2008; 2013-)[lower-alpha 1] Böyük Azərbaycan Partiyası (2003) Vətəndaş və İnkişaf Partiyası (2005–2023) |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi |
Baş qərargah | |
İdeologiya | mühafizəkarlıq, Azərbaycan milliyətçiliyi, türkçülük, dövlətçilik, hürriyətçilik[d] |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Qələbə Bloku (2003) Yeni Siyasət Bloku (2005) Beşlər (2007; 2007-2008) Altılar (2007) Dördlər (2008) İctimai Palata (2010-2013) |
Üzv sayı | 5 825[1] (2023) |
Şüar | |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Mətbuat orqanı | "Millət" qəzeti |
Saytı | amip.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn,[4] daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur.[5]
Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır.[6]
Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.[7] Həmçinin Məmməd Araz, Xəlil Rza Ulutürk, İsi Məlikzadə, Həsən Məmmədov, Həsənağa Turabov və Ramiz Məlik kimi incəsənət xadimləri də partiya sıralarında olmuşdur.[8]
Azərbaycan Milli İstiqlal Partiyasından ayrılmış şəxslər daha sonra öz partiyalarını təsis etmişdir. Məsələn, 1992–1993-cü illərdə partiyanın Sumqayıt Şəhər Təşkilatının sədri olmuş Abutalıb Səmədov 1993-cü ildə Azərbaycan Naminə Alyans Partiyasını, 1992–1993-cü illərdə partiya rəhbərliyində təmsil olunmuş Vilayət Quliyev, Mübariz Qurbanlı, Qabil Hüseynli, Gündüz Cəlilov, Vaqif Kərimov və başqaları 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasını, partiyanın 1996–1998-ci illərdə baş katibi olmuş Elşad Musayev 2003-cü ildə Böyük Azərbaycan Partiyasını, partiyanın ikinci sədri olmuş Əli Əliyev 2005-ci ildə Vətəndaş və İnkişaf Partiyasını, 1998–2003-cü illərdə partiyanın sədr müavini olmuş İlqar Məmmədov isə 2009-cu ildə Respublikaçı Alternativ Hərəkatını təsis etmişdir.[7]
Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 1993–1995-ci illərdə hüquqşünas Fuad Ağayev, 1998–2000-ci illərdə Altay Hüseynov, 2000–2003-cü illərdə Etibar Ələsgərov və Elşad Qurbanov, 2003–2005-ci illərdə isə Asəf Əliyev və Arzuxan Əlizadə təmsil etmişdir.
Tarixi
Yaradılması
1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.[9]
15 may dövlət çevrilişinin nəticəsi olaraq Ayaz Mütəllibov hakimiyyətdən uzaqlaşdırılmlş və Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ almışdır. İlk zamanlarda Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvü və İdarə Heyətinin üzvü Etibar Məmmədov baş verən proseslərdə Azərbaycan Xalq Cəbhəsini dəstəkləsə də, zaman keçdikcə onun fikirləri dəyişmişdir. Etibar Məmmədov rəhbərliyində bir qrup şəxs Azərbaycan Xalq Cəbhəsini siyasi səriştəsizlikdə, yanlış kadr seçimlərində, kadr seçimində tanışlıq amilinin işə salınmasında, avtoritarlaşma və müxalif fikrə dözümsüzlüklə ittiham edərək Azərbaycan Xalq Cəbhəsinə olan dəstəyini geri çəkmişdir.[10]
Çevrilişdən sonra yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasında bütün nüfuzlu siyasi təşkilatlara yer verilməsi nəzərdə tutulurdu. Bu səbəbdən də yeni yaranmaqda olan Azərbaycan Milli İstiqlal Partiyasından bir nəfər – Fuad Ağayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[11]
Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[9] Qurultayın ilk günündə sabiq dövlət katibi, sabiq baş nazir Pənah Hüseyn tərəfindən prezident Əbülfəz Elçibəyin təbrik məktubu oxunmuşdur.[12][13]
Qurultayın 2-ci günündə təbrik üçün Müstəqil Azərbaycan Partiyasının adından sədr Nizami Süleymanov, Azərbaycan Demokrat Partiyasının adından sədr Sərdar Cəlaloğlu, Azərbaycan İslam Partiyasının adından sədr Hacı Əlikram, siyasətçi Qurban Məmmədov, Azərbaycan Sosial Demokrat Partiyası adından Zərdüşt Əlizadə, Azərbaycan Ana Torpaq Partiyası adından sədr Rövşən Qəmbər, "20 Yanvar" və Azərbaycan–Polşa cəmiyyətlərinin sədrləri iştirak etmişdir. Həmçinin, Azərbaycan Azad Həmkarlar Birliyinin sədri Nemət Pənahlı da təbrik məktubu göndərmişdir. Qurultayın gedişatı zamanı Etibar Məmmədov öz şəxsi qəzeti olan "Millət" qəzetinin partiyanın rəsmi mətbuat orqanına çevriləcəyini elan etmişdir. Qurultayın ikinci günündə nizamnamə səsə qoyulmuş, iştirak edən 482 nəfərin yekdil qərarı ilə nizamnamə qəbul olunmuşdur. Daha sonra qurultay nümayəndələri arasından 7 nəfərdən ibarət seçki komissiyası təşkil olunmuş, Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzv sayısı səsvermə ilə 15 nəfərdən olması qərara alınmışdır. Nizamnaməyə əsasən, partiya sədrliyinə namizədlər elan olunmalı və namizədlər sədr seçiləcəyi təqdirdə təyin edəcəkləri müavinləri açıqlamalı idilər. Qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultay iştirakçıları arasından Şadman Hüseyn və Nazim İmanovun namizədliyi də təklif olunmuşdur. Lakin Nazim İmanov çıxış edərək özünün və Şadman Hüseynin namizədliyini geri götürdüyünü və Etibar Məmmədovun namizədliyini dəstəklədiklərini elan etmişdir.[10] Tək namizəd olaraq seçkiyə qatılan Etibar Məmmədov sədr müavini olaraq Nazim İmanovun adını açıqlamışdır. Qurultay iştirakçıları Şadman Hüseynin də sədr müavinliyə namizədliyini istəsə də, o Gəncədə yaşadığı üçün və Milli Məclisin üzvü olduğu üçün namizəd olmamışdır. Qurultay sədarətinə qəbul olan ərizəyə əsasən Təşkilat Komitəsinin üzvləri Mərkəzi Şuraya namizəd siyahısına salınmışdır. Ardınca səsvermə ilə partiyanın emblemi seçilmişdir. Əməkdar rəssam Zaur Kantemirovun həmmüəlifi olduğu emblem dairə şəklində, qalxan formasında və Azərbaycan bayrağı rənglərini daşıyır. Nazim İmanov rənglər bayraqdan götürüldüyünü, ağ rəngin isə paklığı ifadə etdiyini açıqlamışdır. Qurultayda ağ fonda "Azərbaycan MİP" yazan, qırmızı ay-ulduzlu, məşəl formasında sarı rəngdə nöqtəsi əvəzinə dalğalanan üçrəngli bayraq olan "İ" hərfi yazılmış alternativ emblem də seçilmişdir.[12]
Qurultayın ikinci günündə rəhbər orqanlara və sədrliyə seçkilər keçirilmişdir. Qurultaya nümayəndə seçilən 503 nəfərdən qurultayda 486-sı iştirak etmişdir. Onlardan 421 nəfəri seçkilərdə iştirak etmiş, tək namizəd olan Etibar Məmmədov lehinə 419 səs, əleyhinə isə 3 səs verilmişdir. Sədr müavinliyinə namizəd Nazim İmanovun lehinə 416 səs, əleyhinə isə 5 səs verilmişdir. Beləliklə Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Nazim İmanov isə sədrinin müavini seçilmişdir.[14]
Qurultayın davamında 1-i qadın, 14-ü kişi olmaqla 15 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına üzvü seçilmişdir. Onlar sırasında professor Həsən Balıyev, siyasətçi Elşad Musayev kimi şəxslər də olub.[14]
Qurultayda partiyanın ilk Mərkəzi Şurasına üzvlər seçilmişdir, onlar da öz aralarından Siyasi Şura üzvlərini seçmişdir ki, bu üzvlərin siyahısı aşağıdakı kimi idi:[15]
- Babək Məmmədov
- Bəxtiyar Nəcəfov
- Eldar Salayev
- Etibar Məmmədov
- Fuad Ağayev
- Qabil Hüseynli
- Nazim İmanov
- Şadman Hüseyn
- Şərqiyyə Ələkbərova
- Vilayət Quliyev
Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayından 13–14 gün sonra, 17 iyul 1992-ci il tarixində partiya Ədliyyə Nazirliyi tərəfindən 1 nömrəli şəhadətnamə ilə rəsmi dövlət qeydiyyatına alınmışdır. Beləliklə, 71 illik təkpartiyalı sistem tarixə qovuşmuş və müstəqil Azərbaycan Respublikasının ilk rəsmi siyasi partiyası fəaliyyətə başlamışdır.[16]
Etibar Məmmədov dövrü (1992–2004)
4 iyul 1992-ci il tarixli Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayında Etibar Məmmədov sədr seçilmişdir. Lakin ötən 1 il ərzində partiya sıralarına qatılan insanların sayısı artdıqca partiyadakı təmsiliyyət prinsipinin ədalətsizliklə nəticələnməməsi üçün növbədənkənar qurultay çağırmışdır. Növbədənkənar qurultaya az müddət qalmış Azərbaycanda siyasi xaos yaranmışdır. Belə ki, 4 iyun Gəncə qiyamı və ardınca hakimiyyət dəyişikliyi baş vermiş, Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynov, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir.[7] Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov kimi şəxslər olmuşdur. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri təmsil olunmasa da, yeni qurulan Azərbaycan Demokratik İstiqlal Partiyası üzvləri müxtəlif vəzifələrə təyin olunmuşdur.[7]
Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak etmiş və Sumqayıt şəhər təşkilatının sədri olmuş Abutalıb Səmədov 1993-cü ilin may ayında partiyadan istefa vermişdir. O, 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının Təşkilat Komitəsini təsis etmiş və ona rəhbərlik etmişdir.[17]
Növbədənkənar qurultay 4–5 sentyabr 1993-cü il tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir. Qurultaya seçilmiş 47-si qadın, 377-si kişi olmaqla 424 qurultay nümayəndəsi qurultayda iştirak etmişdir. Onlardan 155-i partiyanın ilk qurultayının da nümayəndəsi olmuşdur. Qurultayın açılışında sədr Etibar Məmmədov mövcud siyasi vəziyyətə şərhini və tənqidlərini bildirmiş, qurultayın siyasi vəziyyətlə əlaqədar olmadığını bildirmişdir. Belə ki, o, ilk qurultay dövründə partiyanın 4806 nəfər olan üzv sayının hazırda 34028 nəfər olduğunu bildirmiş, belə vəziyyətdə isə təmsiliyyətdə ədalətsizliyin yarandığı üçün növbədənkənar qurultay çağrıldığını açıqlamışdır.[18]
Azərbaycan Milli İstilal Partiyası hakimiyyət dəyişikliyi sonrası nazir vəzifəsindən azad edilmiş Firudin Cəlilovu partiya sıralarına dəvət etmiş və o, bu təklifi qəbul etmişdir.[6]
Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın 78 namizədindən 33-ü qeydiyyata alınmışdır.[19] Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Nazim İmanov, 3-cü sırada Şadman Hüseyn, 6-cı sırada Firudin Cəlilovun adı yazılmışdı.[6] Proporsional seçki üzrə Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[20]
- Etibar Məmmədov
- Nazim İmanov
- Şadman Hüseynov
- Vaqif Musayev
- Bəxtiyar Nəcəfov
- Elşad Qurbanov
- Zəfər Əliyev
- İsa Məmmədov
- Vahid Mürsəliyev
- Sevil Həmidova
- Arif İbrahimov
- Zahid Şərifov
- Bilal Muradov
- Nizami Məmmədov
- Yevqeniy İvanov
- Adnan Novruzov
- Məmmədəli Səfərov
- Vaqif Cavanşirov
- Qabil Camalov
- Telman Ramazanov
- Mübariz Vəliyev
- Cəmşid İrzaquliyev
- Rövşən Əliyev
- Fuad Süleymanov
- Nüşabə Orucova
Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[21] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri Yeni Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ardınca 3-cü sırada tamamlamışdır. Beləliklə, partiya 25 çoxmandatlı seçki dairəsi üzrə 3 mandat qazanmışdır, seçilən deputatlar siyahıya liderlik edən 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn olmuşdur.[4] Birmandatlı seçki dairələri üzrə Azərbaycan Milli İstiqlal Partiyası seçkilərə 78 namizədlı qatılsa da, onlardan yalnız 33-ü rəsmi qeydiyyata alınmışdır.[22] 33 namizədlə birmandatla seçki dairələri üzrə seçkiyə qatılan partiya Yeni Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ardından ən çox deputata sahib olan partiya olmuşdur.[23]
Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci ildə ilk dəfə keçirilmiş Naxçıvan Ali Məclisinə seçkilərdə bir namizədlə iştirak etmişdir, lakin mandat qazana bilməmişdir.[24]
Azərbaycan Milli İstiqlal Partiyası 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkilərində də iştirak etmişdir. AMİP-in təşkilati işlər üzrə katibi Elşad Musayev 21 saylı Binəqədi seçki dairəsi üzrə seçkilərin ikinci turuna, yəni 18 fevral 1996-cı il tarixli təkrar parlament seçkisində Toğrul İbrahimli ilə yarışmış və məğlub olmuşdur.[25]
Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Milli Məclisinin I çağırışı ərzində deputat transferləri də etmişdir. Belə ki, seçkilərdən sonra 55 saylı Beyləqan seçki dairəsi üzrə bitərəf deputat seçilmiş Novruz Quliyev 1998-ci ildə 93 saylı Xaçmaz-Dəvəçi seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü olaraq deputat seçilmiş Cəbrayıl Əhmədov partiyasından istefa vermiş və Gülnarə Qurbanova ilə birgə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.[5] Lakin çağırış sonuna doğru 55 saylı Beyləqan seçki dairəsi üzrə deputat seçilmiş Novruz Quliyev Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Elşad Musayevin təklifi və Siyasi Şuranın qərarı ilə partiya sıralarından uzaqlaşdırılmışdır. O, bitərəf namizəd kimi növbəti seçkilərə qatılmış və 55 saylı Beyləqan seçki dairəsi üzrə yenidən deputat seçilmişdir.[26]
Parlament seçkilərindən sonra təşkil olunmuş Mərkəzi Seçki Komissiyasına namizəd göstərməyən Azərbaycan Milli İstiqlal Partiyası yalnız 1998-ci il prezident seçkilərindən əvvəl hüquqşünas Altay Hüseynovu namizəd göstərmiş, o 4 avqust 1998-ci il tarixində Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[27]
1998-ci il prezident seçkilərindən öncə bütün müxalifəti birləşdirən Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkatda (SİDSUH) fikir ayrılığı yaranmışdı. Bir qrup şəxs vahid namizəd olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyi, digər qrup şəxs isə Müsavat Partiyasının başqanı İsa Qəmbəri irəli sürürdü. Yekun qərarın əldə oluna bilməməsi səbəbi ilə SİDSUH seçkiləri boykot etmə qərarı aldı.[28] Lakin Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə müxalifətin təmsil olunması üçün sədr Etibar Məmmədovun namizədliyini irəli sürdü. Etibar Məmmədov ən güclü müxalif namizəd olaraq seçkilərdə 389,667 (11.8%) səs toplayaraq Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevdən sonra ikinci sırada qərarlaşmışdı.[29] Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəy, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət, Müsavat Partiyasının başqanı İsa Qəmbər 9 noyabr 1998-ci il tarixində ortaq protokol imzalayaraq seçki nəticələrini tanımadıqlarını elan etmişdirlər.[30]
Seçkilərin ardınca partiya funksionerlərindən Samir Adıgözəlli Böyük Millət Partiyasını təsis etmişdir. Bu partiya dövlət qeydiyyatına alınmamışdır.[31]
Azərbaycan Milli İstiqlal Partiyası 1999-cu il bələdiyyə seçkilərində demokratik şəraitin olmaması səbəbi ilə iştirakdan imtina etmişdir.[32]
Azərbaycan Milli İstiqlal Partiyası 2000-ci il parlament seçkilərindən əvvəl yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasına Etibar Ələsgərovu və Elşad Qurbanovu namizəd göstərmiş və o 18 iyul 2000-ci il tarixində Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[33][34]
Azərbaycan Ali Sovetinin deputatı, seperatçı Talış-Muğan Muxtar Respublikasının baş naziri təyin olunduğu iddia edilən Vaqif Musayev 1993-cü ildən sonra Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuş və qısa müddətdə sədr müavini postuna təyinat almışdır. Onun adı mediada partiyanın əsas maliyə dəstəkçilərindən biri olaraq hallanırdı.[35]
Azərbaycan Milli İstiqlal Partiyası 2000-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Vaqif Musayev, üçüncü sırada Nazim İmanov, 4-cü sırada Şadman Hüseynin adı yer almışdır. Vaqif Musayevin adının ikinci sırada, qurucu üzvlər Nazim İmanov və Şadman Hüseyndən əvvəl olması müzakirələrə səbəb olsa da, siyahı dəyişdirilməmişdir.[35] Həmin seçkilərdə bir öncəki seçkilərdə tətbiq olunan 8%-lik seçki həddi, 6%-ə endirilmiş olsa da, Azərbaycan Milli İstiqlal Partiyası proporsional seçki üzrə 112,727 (3.89%) səs alaraq Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Kommunist Partiyası və Müsavat Partiyasının ardından 6-cı sırada tamamlamış və seçki həddini keçə bilməmişdir.[36][37] Partiya majoritar dairələr üzrə 28 namizədlə seçkilərə qatılmışdı.[38] Azərbaycan Milli İstiqlal Partiyasının Salyan Rayon Təşkilatının sədri Rifət Ağalarov majoritar üsulla 84 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.[39] O, partiyanın deputatlıqdan istefa çağırışını qəbul etmədiyi üçün 2000-ci il tarixində Siyasi Şura qərarı ilə partiya sıralarından xaric edilmişdir.[6]
2000-ci ildə partiyanın sabiq baş katibi Elşad Musayev partiyadan istefa vermişdir.
7 yanvar 2001-ci il tarixli təkrar parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası əvvəlcə iştirak qərarı almış və 8 nəfərin deputatlığa namizədliyini irəli sürmüşdür.[40] Partiya 2 yanvar 2001-ci il tarixində seçkiləri boykot qərarı alaraq namizədlərini geri çağırmışdır.[37] Lakin Azərbaycan Milli İstiqlal Partiyası Ağdaş Rayon Təşkilatının sədri Hidayət Qulamov 51 saylı Ağsu-Kürdəmir seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçkilərdə qalib olaraq deputat seçilmişdir. Partiya qərarına riayət etmədiyi üçün daha sonra Hidayət Qulamov da partiya sıralarından xaric edilmişdir.[6]
Bu hadisələrdən sonra partiyanın qurucusu Şadman Hüseyn və bərabərində bir qrup şəxs partiya sıralarından istefa vermişdir. Şadman Hüseyn botərəf siyasətçi kimi siyasi həyatına davam etmiş, 5 mart 2003-cü il tarixli əlavə parlament seçkilərində majoritar üsulla 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə 17,801 (72.79%) səs toplayaraq deputat seçilmişdir.[41] Daha 2003-cü il prezident seçkilərində "Vətən" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülsə də,[42] o, 5 avqust 2003-cü il tarixində ürəktutma səbəbi ilə ölmüşdür. Bu hadisədən sonra onun ailə üzvləri mətbuat konfransı keçirərək Şadman Hüseynin yaxın zamanlarda namizədliyini Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin xeyrinə çəkməyi planlaşdırdığını bildirmiş və bu səbəblə Şadman Hüseynin seçicilərini prezidentliyə namizəd İlham Əliyevə səs verməyə dəvət etmişdir.[43]
Azərbaycan Milli İstiqlal Partiyası 2003-cü il prezident seçkilərindən və 2003-cü il yeni parlament seçkilərindən əvvəl yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasına Asəf Əliyevi əsas, Arzuxan Əlizadəni isə əvəzedici üzv kimi namizəd göstərmiş və onların hər ikisi 13 iyun 2003-cü il tarixində Mərkəzi Seçki Komissiyasına seçilmişdir.[44]
Prezident seçkiləri ərəfəsində sədri Rauf Muradov olan və dövlət qeydiyyatı olmayan Mütərəqqi Xalq Partiyası Azərbaycan Milli İstiqlal Partiyasına birləşmişdir. Həmçinin, həmin dövrdə Azərbaycan Liberal Partiyasından ayrılıb yeni partiya təsis etmiş bir qrup şəxs partiyalarını Azərbaycan Milli İstiqlal Partiyası ilə birləşdirmək niyyətində olsa da, Etibar Məmmədov bu istəyi rədd etmişdir.[45]
2003-cü il prezident seçkilərində müxalif qüvvələrdən bir neçə şəxs prezidentliyə namizəd olmuşdur. Əvvəlcə vahid namizəd üzərində müzakirələr olsa da, bu gerçəkləşməmişdir. Azərbaycan Milli İstiqlal Partiyası Etibar Məmmədovun prezidentliyə namizədliyini 7 iyul 2003-cü il tarixində rəsmi olaraq irəli sürmüş[46] və bu namizədlik 12 avqust 2003-cü il tarixində rəsmi olaraq təsdiqlənmişdir.[47] Prezidentliyə namizədliyi 12 avqust 2003-cü il tarixində təsdiqlənmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli[48] daha sonra namizədliyini Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun leyhinə geri çəkmişdir.[49] Bu ərəfədə sədr Etibar Məmmədov və onu dəstəkləyən siyasi qurumlar vahid quruluşda — Qələbə Blokunda cəmləşmişdi.[32] Buseçkilərdə həmçinin, Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri də iştirak etmişdir. Belə ki, sabiq partiya üzvü Abutalıb Səmədov prezidentliyə namizəd olmuş,[50] lakin sonra İlham Əliyevin leyhinə namizədliyini geri çəkmişdir.[51] Sabiq partiya üzvü Elşad Musayev də prezidentliyə namizəd olsa da, lazım olan 40 min imzanı toplaya bilmədiyi üçün namizədliyi rəsmi qeydiyyatdan keçməmişdir.[52] Etibar Məmmədov seçkiləri 70,638 (2.92%) səs toplayaraq Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev, Bizim Azərbaycan Blokunun vahid namizədi İsa Qəmbər və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətdən sonra 4-cü sırada tamamlamışdır.[53] Lakin müxalif namizədlər seçki nəticələrini tanımamış və 15–16 oktyabr 2003-cü il tarixlərində kütləvi etiraz aksiyaları təşkil etmişdirlər.
Prezident seçkilərindəki məğlubiyyətin ardından 2004-cü ildə partiya sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir.[54] Bu istefanın ardınca partiyanın sədr müavini Nazim İmanovun sədr seçiləcəyi düşünülsə də, o, 2004-cü ilin fevral ayında Siyasi Şura iclasında partiyadan istefa verdiyini açıqlamışdır.[55]
Əli Əliyev dövrü (2004–2006)
2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir. 7 fevral 2005 tarixində Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar VIII Qurultayı keçirilmişdir. Qurultayda iştirak edən 244 nümayəndənin 152-sinin lehinə səsi ilə Əli Əliyev partiya sədri seçilmiş və partiyanın lideri postu yaradılmışdır.[56]
Azərbaycan Milli İstiqlal Partiyası yeni sədri Əli Əliyevin rəhbərliyində 2004-cü il bələdiyyə seçkilərinə qatılmış və hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox bələdiyyə üzvünə sahib partiya olmuşdur.[57]
2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır.[58] Lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir. Lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. Azərbaycan Milli İstiqlal Partiyası sədri Əli Əliyev buna etiraz etmişdir.[59] Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.[60]
21 yanvar 2006-cı il tarixində partiya sədri Əli Əliyev Azərbaycan Demokrat Partiyasının qərargahında qurultay çağırımış, lakin 190 nümayəndənin iştirak etməli olduğu qurultayda 100 nümayəndə iştirak etmişdir. Kvorum olmadığından qurultay növbəti günə təxirə salınmışdır.[61] 22 yanvar 2006-cı il tarixində həm Əli Əliyev, həm də Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayını keçirmişdir. Əli Əliyev keçirdiyi qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası nümayəndələri iştirak etmiş, Etibar Məmmədov liderlik postundan uzaqlaşdırılmış, özü isə Azərbaycan Milli İstiqlal Partiyasının yenidən sədri seçilmişdir.[62] Etibar Məmmədov keçirdiyi qurultayda isə Əli Əliyevə etimadsızlıq göstərilmiş, Ayaz Rüstəmov partiyanın müvəqqəti sədri seçilmişdir.[60][63] Hər iki tərəf müvafiq qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdir. Ədliyyə Nazirliyi nəticə olaraq Etibar Məmmədovun keçirdiyi qurultayın nəticələrini tanımışdır.[64]
Ayaz Rüstəmov dövrü (2006–2007)
2006-cı ildə müvəqqəti sədr seçilən Ayaz Rüstəmov rəhbərliyində 25 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının IX Qurultayı keçirilib. Qurultaya seçilmiş 313 nümayəndə sədrliyə Ayaz Rüstəmov, Əli Ələkbərov, Əli Orucov, Fuad Muxtarov və Yəhya Həsənovun namizədliyini irəli sürmüşdür. Ancaq onların əksəriyyəti namizədliklərini geri çəkmiş və səsvermə Ayaz Rüstəmov və Əli Ələkbərov arasında aparılmışdır. Səsvermə nəticəsində səs çoxluğu ilə Ayaz Rüstəmov sədr seçilmişdir.[65]
Ayaz Rüstəmov rəhbərliyində Azərbaycan Milli İstiqlal Partiyası 2006-cı il təkrar parlament seçkilərinə 5 namizədlə qatılmışdır. Lakin mandat qazana bilməmişdir.[66]
Ayaz Rüstəmov rəhbərliyində Azərbaycan Milli İstiqlal Partiyası 2006-cı il təkrar, yeni və əlavə bələdiyyə seçkilərinə qatılmışdır. Seçkilərin nəticəsində 8 partiya üzvü bələdiyyə üzvü seçilmişdir.[67]
2007-ci ilin yanvar ayında Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Müsavat Partiyası və Azərbaycan Naminə İctimai Forumu tərəfindən "beşlər" adlanan məşvərət qurumu yaradılmışdır.[68] Daha sonra bu quruma Azərbaycan Sosial Demokrat Partiyası da qatılmış və qurum "Altılar" adı almışdır, lakin ASDP noyabr ayında qurumdan ayrılmışdır.[69]
Lakin Ayaz Rüstəmov uzun müddət bu vəzifədə qala bilməmişdir. 2008-ci il prezident seçkilərindən əvvəl, 25 dekabr 2007-ci il tarixində Ayaz Rüstəmov səhhəti ilə əlaqədar sədrlikdən istefa vermişdir.[70][71]
Fuad Muxtarov dövrü (2007–2010)
2007-ci ilin dekabr ayında partiya sədri Ayaz Rüstəmovun istefa verməsindən sonra partiyanın baş katibi Fuad Muxtarov sədr əvəzi vəzifəsinə seçilmişdir.[72] Onun sədrlik etdiyi müddətdə keçirilmiş 2008-ci il prezident seçkilərində partiyanın namizəd irəli sürməməsi qərara alınmışdır. 2008-ci ilin yanvarında Azərbaycan Tərəqqi Partiyasının ATA Blokunu təsis edərək "Beşlər"-dən çıxması ilə qurum "Dördlər" adlanmışdır.[73] Sentyabr ayında isə qurumun fəaliyyəti dayandırılmışdır.[74] 2009-cu il bələdiyyə seçkilərinə Azərbaycan Milli İstiqlal Partiyası 35 namizədlə qatılmışdır.[75] Partiyanın namizəd göstərdiyi şəxslər üzv seçilməsə də, şəxsi təşəbbüsü ilə namizəd olan 15 şəxs bələdiyyə üzvü seçilmişdir.[76]
Fuad Muxtarov bu vəzifəni partiyanın X Qurultayınadək davam etdirmişdir.[77]
Yusif Bağırzadə dövrü (2010–2015)
2007–2010-cu illərdə qurultay tərəfindən seçilməmiş, müvəqqəti oladaq sədr vəzifələrini icra edən Fuad Muxtarov tərəfindən idarə edilən partiya 10 iyul 2010-cu il tarixində Bakıda X Qurultayını keçirmişdir. Qurultaya partiyanın 64 şəhər və rayon təşkilatından 237 nümayəndə seçilmiş, onlardan 201-i qurultayda iştirak etmişdir.[78] 2010-cu ilin əvvəlində partiyanın Nərimanov Rayon Təşkilatının sədri Ələddin Əsgərov, Goranboy Rayon Təşkilatının sədri Fəqan Məhərrəmli və təbliğ və təşviqat üzrə katibi Əli Orucov sədrliyə iddialarını irəli sürsə də, qurultayda mənzərə fərqli olmuşdur.[77] Belə ki, sabiq Azərbaycan Demokrat Partiyası üzvü, sabiq deputat, Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Yusif Bağırzadə 5 aprel 2010-cu il tarixində Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmiş, 9 aprel 2010-cu il tarixində üzvlüyə qəbul olunmuşdur.[79] O, 10 aprel 2010-cu il tarixində sədr əvəzi Fuad Muxtarov tərəfindən beynəlxalq əlaqələr üzrə katib vəzifəsinə təyin olunmuşdur.[80] Kütləvi İnformasiya Vasitələrində Yusif Bağırzadənin partiya sədri seçilmək üçün partiyaya üzv olduğu iddia edilsə də, o bu iddaları yalanlamışdır.[81] Lakin Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə sədrliyə namizəd göstərilmişdir. O, tək namizəd olaraq 201 qurultay nümayəndəsindən 193 leyhinə, 2 əleyhinə səs alaraq partiyanın sədri seçilmişdir.[82]
Yusif Bağırzadə sədr seçildikdən sonra 2010-cu il parlament seçkilərinə hazırlığa başlamışdır. Belə ki, partiya müstəüil olaraq seçkilərə qatılma qərarı almış və 11-i partiya üzvü olmaqla 19 şəxsin deputatlığa namizədliyi irəli sürmüşdür.[83] Seçkilərdə ümumilikdə 23,141 (0.89%) səs toplayan partiya mandat qazana bilməmişdir. Səs çoxluğuna görə partiya hakim Yeni Azərbaycan Partiyası, Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından sonra 8-ci sırada qərarlaşsa da, seçkilər majoritar üsulla keçirildiyi üçün mandat qazana bilməmişdir.[84]
Seçki nəticələrinə etiraz olaraq müxalifət "İctimai Palata" adlı qurum təsis etdi və Azərbaycan Milli İstiqlal Partiyası da bu quruma üzv oldu. Lakin 1 il sonra, 2011-ci ildə partiya bu qurumdan ayrıldı.[85]
Yusif Bağırzadənin sədrliyi dövründə Azərbaycan Milli İstiqlal Partiyası iqtidarın başlatdığı yeni iqtidar-müxalifət dialoqlarında iştirak etmiş, prezidentin köməkçisi Əli Həsənovun rəhbərliyində keçirilmiş bir nüçə görüşdə iştirak etmişdir.[86]
Azərbaycan Milli İstiqlal Partiyası 2013-cü il prezident seçkilərindən öncə, mart ayında partiyanın XI Qurultayını keçirərək prezidentliyə namizəd seçməyi planlaşdırmışdı.[87] Lakin partiya daha sonra seçkilərdə iştirak etməmək qərarı almışdır.[88]
Azərbaycan Milli İstiqlal Partiyası 2014-cü il bələdiyyə seçkilərində partiya olaraq qatılmama qərarı alsa da, üzvlərinə sərbəstlik tanımışdır.[89]
Azərbaycan Milli İstiqlal Partiyası 2015-ci il parlament seçkilərinə müstəqil şəkildə qatılma qərarı almış və 12 şəxsin deputatlığa namizədliyini irəli sürmüşdür. Lakin seçkilərə 1 ay qalmış, 7 oktyabr 2015-ci il tarixində və partiyanın qurultayının keçirilməsi ərəfəsində partiyanın sədri Yusif Bağırzadə həm sədrlikdən, həm də üzvlükdən səhhətində yaranan problemlər səbəbi ilə istefa vermişdir.[90]
Arzuxan Əlizadə dövrü (2015–)
Yusif Bağırzadənin istefasının ardından partiyanın baş katibi Arzuxan Əlizadə müvəqqəti olaraq sədr seçilmişdir. 2015-ci parlament seçkilərinə Arzuxan Əlizadə rəhbərliyində qatılan partiya 10,526 (0.37%) səs toplasa da, mandat qazana bilməmişdir.[91]
Azərbaycan Milli İstiqlal Partiyası 2018-ci il prezident seçkilərində iştirakdan imtina etmişdir.[92] Həmçinin, partiya Siyasi Şurası 13 oktyabr 2019-cu il tarixində 2019-cu il bələdiyyə seçkilərində partiya olaraq iştirak qərarı almasa da, üzvlərinə sərbəstlik tanımışdır.[93]
Azərbaycan Milli İstiqlal Partiyası 2020-ci il parlament seçkilərində iştirakla bağlı 10 dekabr 2019-cu il tarixli Siyasi Şura iclasında qərar almış və 11 şəxsin deputatlığa namizədliyini irəli sürmüşdür.[94] Lakin onlardan sadəcə 7-si seçki prosesinə qoşula bilmiş və ümumilikdə 3777 səs toplamışdırlar. Namizədlərdən ən çox səs toplayan 1571 səs ilə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Məmmədəli Səfərov olmuş,[95] ən az səs toplayan isə 91 səslə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd, partiya katibi Elşən Mustafayev olmuşdur.[96] Partiya seçki nəticələrinə etiraz etmiş və namizədlərin etiraz protokoluna imza atmışdır.[97]
16 avqust 2020-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı onlayn şəkildə "Zoom" platforması üzərindən keçirilmişdir. Qurultayda alternativsiz namizəd olaraq Arzuxan Əlizadə partiyanın yeni sədri seçilmişdir.[98]
Parlament seçkiləri sonrasında Azərbaycan Milli İstiqlal Partiyasının əvvəlcə sədr əvəzi, sonra isə sədri Arzuxan Əlizadə iqtidarın başlatdığı yeni iqtidar-müxalifət dialoqları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə dəfə görüş keçirmişdir.[99] Bu görüşlərdən sonuncusu 11 may 2022-ci il tarixində baş tutmuşdur.[100]
"Siyasi partiyalar haqqında" qanunun qəbulundan sonra siyasi partiyalar üçün siyasi partiyaların yenidən dövlət qeydiyyatına alınması prosesi başladıldı. Bu proses çərçivəsində Azərbaycan Milli İstiqlal Partiyası 5 min üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim etdi, lakin iyul ayında siyahıda olan problemlər səbəbi ilə nazirlikdən rədd cavabı gəldi və partiyaya 1 ay müddət verildi.[101] Azərbaycan Milli İstiqlal Partiyası üzv reyestrini nəzərdən keçirərək yenidən nazirliyə göndərmiş və partiya 8 sentyabr 2023-cü il tarixində yenidən dövlət qeydiyyatına alınmışdır.[1]
Yenidən qeydiyyatın ardınca Azərbaycan Milli İstiqlal Partiyası yeni qanuna əsasən nizamnamə və məramnaməyə müvafiq dəyişikliklər üçün 25 noyabr 2023-cü il tarixinə növbədənkənar qurultay çağırmışdır.[102] Qurultayda nizamnaməyə edilən dəyişikliklərə əsasən əvvəllər qurultayda seçilmiş Mərkəzi Şura tərəfindən seçilən Siyasi Şura bundan sonra birbaşa qurultay tərəfindən seçiləcəkdir. Partiyanın şəhər və rayon təşkilatlarının sədrlərinin Siyasi Şura tərəfindən təsdiqi haqqında dəyişiklik də yeni nizamnamədə yer tapmışdır. Həmçinin, Mərkəzi Şuranın adı Ali Məclis olaraq dəyişdirilmişdir.[103]
Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi,[104] lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il olaraq təyin olunub.[105] Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurası 15 dekabr 2023-cü il tarixində növbədənkənar prezident seçkilərində iştirak etməməklə bağlı qərarını açıqlamışdır. Şura 2024-cü ildə bələdiyyə seçkilərinin reallaşacağını, eləcə də 2025-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi, həmçinin, referendum keçirilməsi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab etmişdir. Bununla belə partiya üzvlərinin bəziləri seçkilərdə müşahidəçi kimi iştirak edəcəyi açıqlanmışdır.[106]
Seçki nəticələri
Parlament seçkiləri
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | Səs | % | ± | Mandat | |||
1995 | Etibar Məmmədov | — | 0 / 100 | 331,865 | 9.3 | — | 3 / 25 | 3 / 125 | ||
2000 | 1 / 100 | 112,727 | 3.89 | ▼ 5.41 | 0 / 25 | 1 / 125 | ||||
2005 | Əli Əliyev | 0 / 125 | — | — | — | — | 0 / 125 | |||
2010 | Yusif Bağırzadə | 23,141 | 0.97 | 0 / 125 | — | — | — | — | 0 / 125 | |
2015 | 10,526 | 0.37 | ▼ 0.6 | 0 / 125 | — | — | — | — | 0 / 125 | |
2020 | 3,777 | 0.15 | ▼ 0.22 | 0 / 125 | — | — | — | — | 0 / 125 |
Bələdiyyə seçkiləri
|
Təkrar parlament seçkiləri
|
Əlavə bələdiyyə seçkiləri
|
|
Mərkəzi təşkilat
Azərbaycan Milli İstiqlal Partiyasında XI qurultayadək sıra ilə qurultay, qurultayın seçdiyi sədr, qurultayın seçdiyi Mərkəzi Şura, Mərkəzi Şura üzvlərinin öz aralarından seçdiyi Siyasi Şura, sədrin təyin etdiyi katiblik və qurultayın seçdiyi Mərkəzi İntizam Komissiyası səlahiyyət sahibi idi.[107] XI Qurultayda partiyanın katiblik postu ləğv olunaraq sədr müavinliyi postu ilə əvəzləndi.[98] XII Qurultayda isə Mərkəzi Şuranın adı Ali Məclis olaraq dəyişdirildi və Siyasi Şuraya üzvlərin seçilməsi hüququ birbaşa qurultaya təhvil verildi.[103]
Sədrlər
|
Siyasi Şura
|
|
Gənclər Təşkilatı
Azərbaycan Milli İstiqlal Partiyası Gənclər Təşkilatının ilk sədri Əli Əliyev olmuşdur.[109] 1999–2003-cü illərdə quruma Elşən Mustafayev,[110] sonra Rəşad Bayramov,[111] daha sonra Nicat Cavanşir,[112] 17 oktyabr 2011-ci il tarixindən 15 aprel 2013-cü il tarixinədək isə Afsəddin Nəbiyev[113][114][115] rəhbərlik etmişdir. 15 aprel 2013-cü il tarixində Etibar Məmmədovun oğlu Ayxan Etibaroğlu qurumun sədri seçilmişdir.[116]
Azərbaycan Milli İstiqlal Partiyası Gənclər Təşkilatı 1997-ci il tarixindən Beynəlxalq Gənc Demokratlar İttifaqının üzvüdür.[112]
Qurultaylar
Ad | Tarix | Seçilən sədr | Namizədlər |
---|---|---|---|
I (Təsis) Qurultayı | 3–4 iyul 1992[119] | Etibar Məmmədov | Etibar Məmmədov |
II (Növbədənkənar) Qurultay |
4–5 sentyabr 1993[119] | ||
III (Fövqəladə) Qurultay |
16 sentyabr 1995[119] | ||
IV Qurultay | 24–25 may 1996[107][119] | ||
V (Fövqəladə) Qurultay |
6 dekabr 1997[107][119] | ||
VI Qurultay | 30–31 oktyabr 1999[107][119] | ||
VII Qurultay | 2003[119] | ||
VIII (Növbədənkənar) Qurultay | 7 fevral 2005[107] | Əli Əliyev | Əli Əliyev Əli Ələkbərov Sevil Həmidova |
II Növbədənkənar (VIII) Qurultay |
22 yanvar 2006[60][119] | Ayaz Rüstəmov | Ayaz Rüstəmov |
IX Qurultay | 25 iyun 2006[65][119] | Ayaz Rüstəmov Əli Ələkbərov | |
X Qurultay | 10 iyul 2010[82][119] | Yusif Bağırzadə | Yusif Bağırzadə |
XI (onlayn) Qurultay | 15 avqust 2020[98][119] | Arzuxan Əlizadə | Arzuxan Əlizadə |
XII Növbədənkənar Qurultay | 25 noyabr 2023[102] | Nizamnamə qurultayı |
Texniki baza
Azərbaycan Milli İstiqlal Partiyasının baş qərargahı 2001-ci ilədək Binəqədi rayonunda Heydər Əliyev parkında yerləşən, hal-hazırda Binəqədi Rayon Məhkəməsinin istifadəsində olan 2700 kvadratmetrlik binada yerləşmişdir. Partiya həmin ildən Nəsimi Rayon Təşkilatının binasında fəaliyyət göstərməyə başlayıb.[120] Məsələ ilə bağlı bir neçə dəfə iqtidara müraciət edilsə də,[121] müraciətlər nəticəsiz qalmışdır.[122]
Uzun müddət qərargahsız fəaliyyət göstərdikdən sonra 15 dekabr 2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Milli İstiqlal Partiyasına qərargah ayrılmış və qərargahın açarları sədr Arzuxan Əlizadəyə təqdim edilmişdir.[123] Qərargah "Lider TV"yə aid olmuş binada Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 177 ünvanında 15-ci mərtəbədə yerləşir. Bu binada dövlət tərəfindən 10-dan çox partiyaya qərargah verilmişdir.[124]
Beynəlxalq əlaqələri
Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci ildən Beynəlxalq Demokratlar İttifaqı ilə əməkdaşlıq etməkdədir. Partiya 1999-cu ilin may ayından Beynəlxalq Demokratlar İttifaqının tam hüquqlu üzvü olmuşdur.[32]
Azərbaycan Milli İstiqlal Partiyası, həmçinin, Avropa Parlamentində mövcud olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq etməkdədir. Partiya, həmçinin, Xristian Demokrat İttifaqı, İspaniya Xalq Partiyası, İsveç Moderat Partiyası və Vahid Milli Hərəkat Partiyası ilə də müttəfiqlik etməkdədir.[98]
İdeologiyası
Azərbaycan Milli İstiqlal Partiyasının Məramnaməsinə əsasən partiya istiqlalçılıq, Azərbaycançılıq, milliyətçilik, milli dövlətçilik, hürriyətçilik və öncüllük prinsiplərinə sahibdir. Azərbaycan Milli İstiqlal Partiyası sinfi, zümrəvi və sosial ayrı-seçkiliyi rədd edir, millət və vətən birliyini təmin edə biləcək fikir, hiss və peşə ümumiliyini məqsəd sayır.[125] Partiya ideoloji spektrda mərkəz-sağ mövqedən çıxış edir.[126]
Rəmzləri
Azərbaycan Milli İstiqlal Partiyasının emblemi səsvermə ilə partiyanın təsis qurultayında seçilmişdir. Əməkdar rəssam Zaur Kantemirovun həmmüəlifi olduğu emblem dairə şəklində, qalxan formasında və Azərbaycan bayrağı rənglərini daşıyır. Nazim İmanov rənglərin bayraqdan götürüldüyünü, ağ rəngin isə paklığı ifadə etdiyini açıqlamışdır. Emblemdəki ox partiyanın daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır. Birinci qurultayadək emblemin ilkin versiyasında qılınc işarəsi olsa da, daha sonra bu aypara ilə əvəzlənmişdir. Qurultayda ağ fonda "Azərbaycan MİP" yazan, qırmızı ay-ulduzlu, məşəl formasında sarı rəngdə nöqtəsi əvəzinə dalğalanan üçrəngli bayraq olan "İ" hərfi yazılmış alternativ emblem də seçilmişdir.[12]
Partiyanın bayrağı ağ ipək parçanın üzərində qeyd olunan emblemin əksindən ibarətdir.[127]
Qeydlər
- Rəsmi dövlət qeydiyyatında olmayan partiya.
İstinadlar
- "AMİP qeydiyyata alındı - partiya sədri yeni hədəfləri açıqladı". www.musavat.com. 2023-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- "Partiyaların seçki şüarları - cəmiyyətə kim hansı mesajı verir..." musavat.com. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- "Seçkiyə neçə namizədlə və hansı şüarla?". www.azadliq.org. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- Rəşad Bayramov. ""Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər"". Moderator.az. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- "AMİP-dən Firudin Cəlilova cavab gəldi". Moderator.az. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- "AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər? - ARAŞDIRMA". Modern.az. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- "AMIP-in 30 illik keşməkeşli yolu:". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
- Rəşad Bayramov. "AMİP-in Təsis Qurultayından 28 il keçir". Ovqat.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
- Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.1". Əli Orucov ( (az.)). 14.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- "Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI". E-qanun.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.2". Əli Orucov ( (az.)). 26.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- ""Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!..." — Sabiq nazir 30 il əvvəl AMİP-in qurultayında olanlardan yazır..." 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.3". Əli Orucov ( (az.)). 28.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- "AMİP Siyasi Şurasının ilk üzvləri". Millet.az. 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
- "Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat (2021)". Mərkəzi Seçki Komissiyası. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- "AMİP-ə gəlib getmişlər 2". Qaynarinfo.az. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
- Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının II Qurultayı 1". Əli Orucov ( (az.)). 30.09.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.
- modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- "Proporsional seçkilərə qatılmış partiyalar". Mərkəzi Seçki Komissiyası. 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- "OSCE/UN JOINT ELECTORAL OBSERVATION MISSION IN AZERBAIJAN ON AZERBAIJAN'S 12 NOVEMBER 1995 PARLIAMENTARY ELECTION AND CONSTITUTIONAL REFERENDUM" (PDF). 2022-02-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.
- "I çağırış Milli Məclisin deputatları kimlər olub?". Modern.az. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 500.
- moderator.az. ""Mənim bu əhaliyə bir vəfa borcum var"". moderator.az (az.). 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
- "II çağırış Milli Məclisə seçilmiş deputatlar haqqında müfəssəl məlumat". infocenter.gov.az. 2007-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvünün təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycanın bütün prezident seçkiləri – TƏHLİL". AzVision.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "1998-ci il prezident seçkilərinin nəticələri". IFES Election Guide. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Lalə Şövkətin foto-arxivi". Lalashevket.az. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ""Reket QHT"lər ifşa olunmalıdır: Samir Adıgözəllinin DOSYESİ". Pravda.az. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- "Azərbaycan Milli İstiqlal Partiyası haqqında qısa məlumat". Millet.az. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". E-qanun.az. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı". Ann.az. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycan Respublikası Parlament Seçkiləri 5 noyabr 2000-ci il və 7 yanvar 2001-ci il Yekun Hesabatı" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- "Arxivlənmiş surət" (PDF). 2021-09-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.
- "Milli Məclisin rəsmi saytında deputat Rifət Ağalarov haqqında məlumat". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "İkinci çağırış Milli Məclis (2000-2005). 2. Yeni parlamentin ümumi mənzərəsi". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISINƏ TƏYIN OLUNMUŞ ƏLAVƏ SEÇKILƏRININ NƏTICƏLƏRI HAQQINDA ILKIN MƏLUMATLAR 5 mart 2003-cü il". Mərkəzi Seçki Komissiyası. 2004-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "Şadman Hüseynin prezidentliyə namizədliyi ilə bağlı qərar". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ". Modern.az. 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". E-qanun.az. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ""Siyasi qardaşlaşma"nın tarixi: hansı partiyalar bir-biri ilə birləşib?". Modern.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Etibar Səlidar oğlu Məmmədovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunması və səlahiyyətli nümayəndələrin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Məmmədov Etibar Səlidar oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Kərimli Əli Əmirhüseyn oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Etibar Məmmədov, Rəsul Quliyev, Əli Kərimli... - İsa Qəmbərlə razılaşmanı niyə pozublar?". Mia.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Səmədov Abutalıb Qənbər oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycanın iqtidaryönlü partiyası seçkiyə öz namizədi ilə qatıla bilər". Trend İnformasiya Agentliyi. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Musayev Elşad Nəbi oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan Respublikası adından 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". E-qanun.az. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Suallarınızı Etibar Məmmədov cavablandırdı". Azadlıq Radiosu. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan millət vəkili, MM-dən gülməcələr yazan PROFESSOR". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Əli Əliyev Azərbaycan Milli İstiqlal partiyasının yeni sədri seçilib". Amerikanın səsi. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- "AMİP sədri: "Yeni siyasi birliyin yaradılmasına çalışırıq"-MÜSAHİBƏ". AzNews.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "İqtidaryönlü partiyalar «Reforma» seçki bloku yaradacaq". Azadlıq Radiosu. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- "Vidadi Mahmudlu yekun protokolu imzalamasını düzgün addım sayır". Azadlıq Radiosu. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- "AMİP parçalanmaya doğru daha bir addım atdı". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- "Əli Əliyevin çağırdığı AMİP-in bugünkü fövqəladə qurultayında yetərsay olmayıb". Trend İnformasiya Agentliyi. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- "AMİP-də iki qurultay". Azadlıq Radiosu. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ""Dovşan həkimi" AMİP-dən necə qovuldu? - Əli Əliyev haqqında yeni şok sənəd". AzNews.az. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ""Regionçuluq" faktoru müxalifət partiyasının zəifləməsinə səbəb olub". Trend İnformasiya Agentliyi. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- "Ayaz Rüstəmov AMİP-in sədri seçilib". Trend İnformasiya Agentliyi. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 7. Təkrar seçkilərlə tamamlanan parlament". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2006-cı il təkrar, yeni və əlavə bələdiyyə seçkilərinin partiyalara görə nəticələri". Mərkəzi Seçki Komissiyası. 2007-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Müxalifət partiyaları arasında yeni müttəfiqlik sazişi imzalanacaq". Trend.Az (az.). 2008-01-24. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
- "Altı müxalifət təşkilatını birləşdirən məşvərət məclisi dağılıb". Trend.Az (az.). 2007-11-05. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
- "Ayaz Rüstəmov prezidentliyə namizəd kimi uyğun fiqur olmadığından istefaya göndərilib - AMİP-in sabiq sədri". Trend İnformasiya Agentliyi. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP sədri istefa verdi". Trend İnformasiya Agentliyi. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan müxalifəti mövcud potensialı görmür və 80-ci illərin vərdişləri ilə fəaliyyət göstərir". Trend İnformasiya Agentliyi. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycanın müxalifət partiyaları "Dördlər" formatında əməkdaşlıq edəcək". Trend.Az (az.). 2008-07-10. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
- "Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatı fəaliyyətini dayandırıb". Trend.Az (az.). 2008-09-26. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
- "2009-cu il bələdiyyə seçkiləri ilə bağlı hesabat". MDB PAA DİMBİ. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Siyahıya YAP liderlik edir". Hafta.az. 2021-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- Fuad Muxtarov. "Qurultayda AMİP-in siyasi kursu da müzakirə olunacaq". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP-in qurultayı keçirilir". Azadlıq Radiosu. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Keçmiş deputat Yusif Bağırzadə AMiP-ə üzv olmaq istəyir". Mia.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycanın müxalifət partiyasına üzv olan keçmiş deputata vəzifə verilib". Trend İnformasiya Agentliyi. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMiP-ə sədr olmaq iddiam yoxdur". Mia.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Yusif Bağırzadə AMİP-in sədri seçilib". Azadlıq Radiosu. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Bütün deputatlığa namizədlər barədə yeni məlumat". Modern.az. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2010-cu il parlament seçkilərinin yekun nəticəsi". Election Passport. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS". Modern.az. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Hakimiyyət Avropa Oyunlarını siyasi partiyalarla müzakirə edib". Amerikanın səsi. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP-in PREZİDENTLİYƏ NAMİZƏDİ MARTDA MÜƏYYƏNLƏŞƏCƏK". Yeni Müsavat. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Əli Əliyev AMİP-in seçkilərdə iştirak etməməsindən danışdı". Moderator.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- Arzuxan Əlizadə. "AMİP 2015 seçkilərində real partiyalarla əməkdaşlıq edəcək". Yeni Müsavat. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Yusif Bağırzadə AMİP sədrliyindən və partiyadan istefa verib". Yeni Müsavat. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "DAİRƏLƏR ÜZRƏ DEPUTAT SEÇİLMİŞ NAMİZƏDLƏR (2015)". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- "AMİP prezident seçkilərində iştirakdan imtina etdi". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Bələdiyyə seçkilərində iştirak üçün 10 partiya müraciət edib". Yeni Müsavat. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP növbədənkənar parlament seçkilərində iştirak edəcək - namizədlər açıqlandı". Yeni Müsavat. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "25 saylı Nizami ikinci seçki dairəsinin seçki protokolu". Mərkəzi Seçki Komissiyası. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "15 saylı Yasamaı birinci seçki dairəsinin seçki protokolu". Mərkəzi Seçki Komissiyası. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Seçkilərə etiraz aksiyasına qərar verildi". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP-ə yeni sədr seçildi". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş baş tutub". Ovqat.com. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Ədalət Vəliyev AMİP sədri ilə görüşüb". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP QEYDİYYAT-LƏĞV astanasında". AMİP QEYDİYYAT-LƏĞV astanasında (az.). 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- "AMİP qurultayının vaxtını AÇIQLADI". bakivaxti (az.). 1970-01-01. 2023-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-23.
- mia.az. "AMİP qurultay keçirib". mia.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- "Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR". 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
- "Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək". Milli.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2023.
- modern.az. "Bu partiya da seçkidə iştirak etməyəcək". modern.az (az.). 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
- "AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ NİZAMNAMƏSİ". Millet.az. 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP-in yeni rəhbərliyi formalaşdı". 2020-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Elmlər namizədi olan partiya sədri əsri yarıladı - Əli Əliyev 50-yə çatdı". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP Beynəlxalq məsələlər üzrə sabiq katibi". Millet.az. 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Bayramov Rəşad Aydın oğlu AMİP Mərkəzi Şura sədri". Millet.az. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan Milli İstiqlal Partiyası Gənclər Təşkilatı". 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
- "Təşkilat və Seçki Məsələləri üzrə sədr müavini Afsəddin Nəbiyev". Millet.az. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP-in Bələdiyyələrlə iş üzrə sabiq Katibi". Millet.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP Gənclər Təşkilatına yeni sədr seçildi". Mia.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Etibar Məmmədovun oğlu sədr seçildi". Qafqazinfo.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan Milli İstiqlal Partiyası Qadınlar Təşkilatı🚩". 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
- "AMİP Qadınlar Təşkilatının yeni sədri seçilib". Trend İnformasiya Agentliyi. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Azərbaycan Milli İstiqlal Partiyasının Qurultayları". 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
- "Partiyaların qərargah problemi də həll edilir: "Artıq iqtidar müxalifətlə yeni münasibətlər qurur" - AMİP sədri". Xeber.media. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "AMİP Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təkrar müraciət hazırlayıb". Trend İnformasiya Agentliyi. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AMİP-ə qərargah üçün yer ayırmadı". Trend İnformasiya Agentliyi. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Beş siyasi partiya ofislə təmin edildi". AzVision.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ""Lider" TV-nin binası partiyalara verilib". Azərbaycan24. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- "AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ MƏRAMNAMƏSİ". Millet.az. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "Azərbaycanda siyasi partiyalar ideoloji böhran keçirir". Modern.az. 2019-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- "Partiyaların simvolları – ARAŞDIRMA". Lent.az. 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-05.
Xarici keçidlər
- Vikianbarda Azərbaycan Milli İstiqlal Partiyası ilə əlaqəli mediafayllar var.
- amip.az — Azərbaycan Milli İstiqlal Partiyasının rəsmi saytı