Azərbaycan Memarlar İttifaqı
Azərbaycan Memarlar İttifaqı — Azərbaycan memarlarının təşkilatı.
Azərbaycan Memarlar İttifaqı AMİ | |
---|---|
| |
Yaranma tarixi | 1936 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi |
Azərbaycan Bakı şəhəri Murtuza Muxtarov küçəsi, ev 24 |
Sədr | Elbay Qasımzadə |
uaa.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1934-cü ildə SSRİ-də yaradıcılıq ittifaqlarının mərkəzləşməsi ilə bağlı müxtəlif memarlıq-yaradıcılıq ittifaqları da vahid SSRİ Memarlar İttifaqlarında birləşdirilmişdir. Azərbaycan memarları da bu cəmiyyətə daxil idi. 1934-cü ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradılmış, Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçilmişdir. Komitə, başqa respublikalarda olduğu kimi, Azərbaycanda da Memarlar İttifaqının Nizamnaməsinin, proqramının və quruluşunun yaradılması kimi böyük işlər görmüşdür[1].
Birinci forumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini Sadıq Dadaşov seçilmişdir.[1].
Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin 50 ilə yaxın əvəzsiz sədri olmuş Mikayıl Hüseynovun da fəaliyyəti Azərbaycanda həmin illər üçün memarlıq axtarışları və inkişafı simasını təmsil etmişdir[1].
Azərbaycan Respublikasının siyasi və sosial-iqtisadi müstəqillik əldə etməsi ilə Memarlar İttifaqı fəaliyyətində yeni sosial şəraitə, bazar iqtisadiyyatına, demokratiyanın tələblərinə cavab verən dəyişikliklər baş vermişdir[1].
Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynamış, yaradıcılıq proseslərini istiqamətləndirmişdir. Bu illərdə onlarla memar beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüş, fəxri adlarla, orden və medallarla təltif edilmişdir. Müxtəlif dövrlərdə Azərbaycan Memarlar İttifaqının rəhbərliyində M.Hüseynovun, H.Ələsgərovun, H.Məcidovun, Ənvər Qasımzadənin, T.Xanlarovun, N.Hacıbəyovun, İ.Əliyevin, N.Nağıyevin, R.Əliyevin, Elbay Qasımzadənin, E.Ələsgərovun, R.Əfəndizadənin, T.Muradxanovanın, N.Əliyevin, H.Əmirxanovun, Ə.Novruzinin, F.Mollazadənin və başqalarının böyük zəhməti olmuşdur[1].
Azərbaycan Memarlar İttifaqının sədrləri
- Mikayıl Hüseynov — (1947 – 1992)
- İlham Əliyev — (1992 – 2002)
- Abbas Ələsgərov — (7 sentyabr 2007 – 6 noyabr 2012)
- Elbay Qasımzadə — (6 noyabr 2012 – davam edir)
Azərbaycan Memarlar İttifaqının fəxri üzvləri
Azərbaycan Memarlarının qurultayları
I qurultay
Azərbaycan memarlarının ilk qurultayı 1936-cı il martın 4-dən 7-ə kimi keçmişdir. Memarlar İttifaqının qurultayının işində o vaxtkı dövlət xadimlərindən Ruhulla Axundov, Soltanməcid Əfəndiyev və Həmid Sultanov iştirak etmişdir. Qurultaya cəmi 64 memar nümayəndə seçilmişdir[1].
Qurultay nümayəndələrindən S.Dadaşovun, Q.Əliyevin, Q.Əlizadənin, P.Fridolinin, K.Sençixinin və başqalarının çıxış etmişlər. Çıxış edənlər əsas diqqəti şəhərlərdə sənaye memarlığına, məktəb və kütləvi yaşayış binalarının tikintisinə, ucqar fəhlə rayonlarının abadlaşdırılmasına yönəltməyi tələb edirdilər[1].
XVIII qurultay
2012-ci ilin noyabr ayının 6-da Azərbaycan Respublikasının Memarlar İttifaqının növbəti XVIII qurultayı keçirilmişdir[3].
Qurultay nümayəndələri Memarlar İttifaqına yeni rəhbərlik seçmişlər:
- İdarə heyətinin sədri: Qasımzadə Elbay Ənvər oğlu
- Katib: Məmmədova Gülçöhrə Hüseyn qızı
- Katib: Mollazadə Fərhad Ədhəm oğlu
- Katib: Bəylərov İlqar Xıdır oğlu
- Məsul katib: Əliyev Elçin Tofiq oğlu
Həmçinin bax
İstinadlar
- "Azərbaycan Memarlar İttifaqı: Tarix". Azərbaycan Memarlar İttifaqının rəsmi saytı (az.). uaa.az. 2007–2014. 2014-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
- "Memar Zaha Hadid H.Əliyev Mərkəzinin təqdimatına gəlib". Azadlıq Radiosu (az.). azadliq.org. 06.11.2013. 2014-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- "Azərbaycan Memarlar İttifaqı: Struktur". Azərbaycan Memarlar İttifaqının rəsmi saytı (az.). uaa.az. 2007–2014. 2014-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.