Mədəniyyət Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi — mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.[1] [2]
Mədəniyyət Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi |
18 aprel 1953 20 aprel 2018 |
Əvvəlki qurum | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Tabelik | Azərbaycan Respublikası Nazirlər Kabineti |
Ünvan | Hökumət Evi, Ü. Hacıbəyli küçəsi 84, Bakı, Azərbaycan. AZ 1000 |
Rəhbərlik | |
Nazir | Adil Kərimli |
Müavin |
Murad Hüseynov Səadət Yusifova Fərid Cəfərov |
|
|
Rəsmi saytı | culture.gov.az |
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]
Haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir. 20 aprel 2018-ci ildə Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır.[4][5]
Tabeliyindəki qurumlar
- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
- 28 teatr
- 6308 tarix və mədəniyyət abidəsi
- 1 sirk
- 12 konsert müəssisəsi
- 3985 kitabxana
- 2708 klub
- 189 dövlət muzeyi (filiallarla birlikdə)
- 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi
- 33 rəsm qalereyası və sərgi salonu
- 21 dövlət qoruğu
- 60 mədəniyyət və istirahət parkı
- 1 zoopark
- Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz
- 4 asudə vaxt Mərkəzi
- 6 təsərrüfat təşkilatı,
- "Azərbaycanfilm" də daxil olmaqla 7 film istehsalı studiya
- 134 şəhər və rayon kinoteatrı
- Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə)
- Respublika Kitabxana Kollektoru
- bir qəzet ("Mədəniyyət")
- iki jurnal ("Mədəni-maarif" və "Pəncərə") redaksiyası
- Bakı Xoreoqrafiya Məktəbi
- Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzi
- Milli Kulinariya Mərkəzi
- 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi
- Naxçıvan MR Mədəniyyət Nazirliyi
- Şəki Atçılıq Mərkəzi
- Lənkəran Uşaq düşərgəsi .[6]
- Azərbaycan Film Komissiyası[7]
Fəaliyyəti
- müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;
- strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək;
- müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.
Beynəlxalq əlaqələri
Nazirliyin dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.
Nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin Azərbaycanda tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.[8]
İstinadlar
- "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. mct.gov.az". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
- "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. kataloq.gomap.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
- "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
- President.az. "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 20.04.2018. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
- "Mədəniyyət Nazirliyinin strukturu təsdiq edilib. nuhcixan.az". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
- "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. azertag.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
- "Bakıda "Netflix"in böyük büdcəli filminin çəkilişləri olub". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
- "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-18.