Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu.

Müdafiə Sənayesi Nazirliyi
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə  Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 16 dekabr 2005
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Mətbuat pr. 40, AZ1022
Rəhbərlik
Nazir Vüqar Mustafayev
Nazir müavinləri Mehman Baxışov
Hidayət Əzimov

Rəsmi saytı mdi.gov.az

Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır.[1] Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur.[2]

Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib.

Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir.[3]

Azərbaycanın Cənubi Qafqaz, Orta AsiyaYaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi.[4] Nazirlik Ukrayna, BelarusPakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir.[5] 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.

Sumarinly-ə görə, nazirlik İsrailin müxtəlif firmaları və iki Türk şirkəti ilə Rusiyanın T-55 tankının şassisi əsasında zirehli bir avtomobil istehsalı ilə bağlı danışıqlar aparmışdır. Nazirlik ayrıca orduya Cənubi Afrika tərəfindən dizayn edilmiş 30 ədəd Matador və Marauder zirehli maşınını təmin edəcəkdir. 2011-ci ilin mart ayında nazirlik, Diamond DA-42 təlim təyyarəsinin dörd nəfərlik prototipini təqdim etdi. Təyyarə Azərbaycanın dövlət şirkəti AZAD Systems tərəfindən dizayn edilmişdir.[6]

Nazirliyə görə, 2009 və 2010-cu illər arasında Azərbaycan hərbi istehsalı iki dəfədən çox artdı və məhsul istehsalı 17% böyüdü.

Müəssisələr

Nazirliyə aşağıdakı müəssisələr daxildir:[7]

  • "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC, "Avia-Aqreqat zavodu" MMC, "Sənayecihaz" Elmi İstehsalat Müəssisəsi, "Dalğa" Elmi İstehsalat Müəssisəsi və "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir.
  • "Radioquraşdırma zavodu" MMC, "Azon zavodu" MMC, "Peyk zavodu" MMC və "Elektron Hesablayıcı Maşınları zavodu" MMC rabitə və radioelektronika məhsulları istehsal edir.
  • "Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi", "Telemexanika zavodu" MMC və "Baki Cihazqayırma zavodu" MMC neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
  • "Avtomatik Xətlər" Elmi İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.
  • "Avia-Aqreqat" çoxməqsədli aviasiya avadanlığı, müxtəlif aerodrom kondisionerləri, taxta konduktorun universal konteynerini, havadan havaya radiatorları, mazut, hava-hava istilik dəyişdiriciləri, ventilyatorlar istehsal edir.
  • AZAD Systems

Əməkdaşlıq

Nazirliyin müəssisələri bir çox xarici ölkədəki tərəfdaşları ilə aşağıdakı istiqamətlərdə əməkdaşlıq edir:

  • Aviasiya
  • Neft sənayesi
  • Cihazqayırma
  • Naviqasiya Türkiyənin ASELSAN və MKEK firmaları Azərbaycanla müqavilə imzalamışdır. ASELSAN, Azərbaycanla birlikdə monokulyar gecə görüş eynəkləri və termal eynəklər istehsal etməyə başlamışdır.

Makina Kimya Endüstrisi Kurumu ilə silah, döyüş sursatı, kimyəvi maddələr və digər materiallar istehsalı üçün 1.150.000 dollar dəyərində bir müqavilə imzalandı. Müqavilədən başqa MKEK, Azərbaycan müdafiə sənayesinin modernləşdirilməsində də iştirak edəcəkdir.[8]

Orbiter 2M pilotsuz uçuş aparatının Azərbaycan istehsalı olan prototiplərinin 2 ilə qədər sınaqdan keçməsi gözlənilir.[9] Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkəti Aeronautics-in ortaq təşəbbüsü olan Azad Systems-də pilotsuz təyyarələrin istehsalına başlanıldı.[10][11]

İqlim Elmi-İstehsalat Müəssisəsi

  • Multi-purpose Airfield Conditioners: АК-04–9А; АК-1,6–9А
  • Attendant’s Container KBU 8–10
  • Air-to-Air Radiators: VVR 01.7604.5100.00;
    • VVR 5.12.7604.0020.00; VVR 2.11.7604.0400.00;
  • Fuel-Oil Radiators: 5451Т; 5580Т; 5783 Т-1
  • Fuel-Oil Heat Exchangers: 6212 Т; 6212Т-01; 6107 Т
  • Air-to-Air Heat Exchanger 6246 Т
  • Supercharger 5620
  • Dehydrator 2394T
  • Fans: 5617 Т; 4523
  • Air Drier 6011
  • Moisture separators: 2227; 6368; 5676А; 2788; 6377; 6917; 6678

27 sentyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində "ADEX-2016" II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirildi. Tədbir zamanı müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov arasında "Anlaşma Memorandumu" imzalandı. Tərəflər arasındakı razılığa əsasən Silahlı Qüvvələr müəssisələrdə istehsal olunan yeni pilotsuz uçuş aparatları ilə təchiz ediləcəkdir. Bu PUA-lara kəşfiyyat və müşahidə dronları və "Zərbə"-nin yeni modeli aiddir.[12]

Müdafiə Sənayesi Nazirliyi, hərbi texnika istehsalı və modernləşdirilməsi sahəsində də aşağıdakı ölkələrlə əməkdaşlıq edir.

  •  İsrail: hərbi texnikanın modernləşdirilməsi və istehsalı[13]
  •  İordaniya: əməkdaşlıq
  •  Pakistan: hava bombaları və müxtəlif kalibrli top mərmilərinin istehsalı
  •  Rusiya: avtomatik maşın istehsalı.
  •  Türkiyə: hərbi texnikanın istehsalı və modernləşdirilməsi, müdafiə sənayesi müəssisələri ilə əməkdaşlıq – Aselsan, FNSS, Selex, MKEK və Roketsan[14][15]
  •  Ukrayna: hərbi texnikanın modernləşdirilməsi
  •  Cənubi Afrika Respublikası: hərbi texnikanın modernləşdirilməsi və istehsalı
  •  Almaniya: Rheinmetall şirkəti ilə əməkdaşlıq[16]
Orbiter-2M

Hava qüvvələri

Azərbaycan İsrail tərəfindən hazırlanmış casus təyyarələri də istehsal edir. Lisenziyalaşdırılmış pilotsuz casus təyyarəsi arasında Orbiter-2MAerostar da var. Hər ikisi də Azad Systems Company zavodunda istehsal olunur.[17][18] Müdafiə Sənayesi naziri Yavər Camalov, 2011-ci ilin sonuna qədər ümumilikdə 60 PUA istehsal ediləcəyini demişdir.[19][20]

Dəniz qüvvələri

2011-ci ilin may ayında ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycan 2013-cü ildən sonra milli hərbi gəmilərin istehsalına başlayacağını bildirmişdir.[21]

Hal-hazırkı istehsal

2008-ci ildə Azərbaycan İstiqlal snayper tüfəngini nümayiş etdirdi. İstiqlal asan daşınması üçün 2 ayrı hissəyə ayrıla bilən ağır kalibrli snayper tüfəngidir.[22][23] Tüfəng bir neçə ölkədə istismar olunur. 2011-ci ildə Azərbaycan Rusiyanın silah istehsalçısı "Izhmash" şirkətinin lisenziyası əsasında AK-74M hücum tüfənglərinin istehsalına başlamışdır.[24] Bu hücum tüfəngləri "Xəzri" adı ilə Azərbaycan Silahlı Qüvvələri üçün istehsal olunur.[25] İstiqlal IST-14.5 və AK-74M istehsalı ilə yanaşı, Azərbaycan aşağıdakı silah sistemlərini də istehsal edir:

  • IST – 12.7 mm snayper tüfəngi
  • UP-7.62 yüngül avtomat
  • İnam, Zəfər, və Zəfər-K tapançaları
  • 7,62×54mmR GPMG
  • Qaya-1 and Qaya-2 RPG-7V2
  • 60 mm minaatan
  • 82 mm minaatan
  • 107 mm reaktiv yaylım atəş sistemi
  • Matador and Marauder zirehli maşınları
  • İldırım zirehli maşını
  • Kiçik atəş silahları, artilleriya tipli silah sursatları, mina, Qığılcım mina və bomba təmizləmə sistemi, dəbilqə, ballistik qoruma, optik cihazlar, kolimator, termal eynək sistemi, multi-spektral örtüklər, sualtı qayıqlar üçün dozimetrlər və s.[26]

Potensial layihələr

Türkiyə Müdafiə Sənayesi müşaviri Murad Bayar, Türkiyənin Türkiyə Silahlı Qüvvələri üçün yeni tanklar istehsal etməyi planlaşdırdığını bildirmişdir: "Bu tankların bir hissəsi Azərbaycanda, bir hissəsi Türkiyədə istehsal oluna bilər və gələcəkdə bu ölkənin ehtiyaclarına uyğun olaraq Azərbaycanla birgə istehsal edilə bilər."[27]

Orbiter 2M PUA-nın Azərbaycan istehsalı olan prototiplərinin 2 ilə qədər sınaqdan keçməsi gözlənilir. Tam miqyaslı istehsal mövcud cədvələ əsasən 2013-cü ildən əvvəl başlamayacaq.[9] Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin şirkəti Aeronautics şirkətinin ortaq təşəbbüsü olan Azad Systems zavodunda pilotsuz təyyarələrin istehsalına başlanılmışdır.[10][11]

APA agentliyinin 2010-cu ilin noyabrında verdiyi məlumata görə Azərbaycanın müdafiə sənayesi naziri Yavar Camalov: "Azərbaycan bəzi digər ölkələrlə helikopter istehsalı ilə bağlı danışıqlar aparır." demişdir. O, son vaxtlar Ukraynanın Baş nazirinin Azərbaycana 100 helikopterin birgə istehsalını təklif etdiyini və bunun mümkün olduğunu da qeyd etmişdir. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Ukrayna ilə yanaşı bəzi digər ölkələrlə də danışıqlar aparır.[28][29]

Modernləşdirmə

2011-ci ildə Bakıda Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyinin yenidən qurulmuş alət istehsalı zavodu açıldı.[30]

2011-ci ildə Aerostar və Orbiter-2M pilotsuz uçuş aparatlarının istehsalı davam etdirildi.[31]

2016-cı ildə sənaye öz qısa mənzilli raket istehsalına başladı. Təxminən 125 növ məhsul hazırlanır, "hava-yer", "hava-hava" və "yer-yer" raketlərinin yaradılması layihələri həyata keçirilir.[32]

14 fevral 2017-ci il tarixdə minalara qarşı davamlı olan "Tufan" milli zirehli maşınının nümayişi oldu. Bu zirehli maşının inkişafı üçün təxminən altı ay vaxt sərf edildi.[33]

23 iyun 2017-ci il tarixində Nazirliyin Şərq İstehsalat Birliyinin müxtəlif növ qumbaraatıcı gülləsi və 40 növ qumbara atıcısı istehsalı zavodunun açılış mərasimi keçirildi. Bu zavodun əsas məqsədi dörd növ qumbaraatıcı gülləsinin istehsalını təşkil etməkdir: NATO standartlarına cavab verə bilən 40×46 mm fırlanan qumbaraatanlar üçün parçalanma, məcmu, işıqlandırma və tüstü.[34]

Gürzə zirehli maşınının təkmilləşdirilməsi ona yeni döyüş modulları əlavə etməklə davam edir.[35]

İstinadlar

  1. "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". İstifadə tarixi: 13 mart 2021.
  2. "Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi". modern.az. 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  3. "M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  4. "AZERBAIJAN TO START MANUFACTURING ARMS, MILITARY HARDWARE IN 2008". 2009-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  5. "Azerbaijan: Baku Signals New Determination For Defense Reform". 1 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  6. "Azerbaijan: Baku Aims to Become Regional Arms Dealer". eurasianet.org (ingilis). 7 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  7. "Fəaliyyət istiqamətləri". mdi.gov.az (az.). 16 yanvar 2021 tarixində arxivləşdirilib.
  8. "ASELSAN, Azerbaycan ve Körfez ülkeleri ile ortaklaşa gece görüş sistemleri üretecek. MKE ise Azerbaycan'la silah üretiminde işbirliğine gidecek". TRT. 2011-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  9. Abbasov, Shahin. "Azerbaijan: Baku Aims to Become Regional Arms Dealer". Eurasianet.org. 1 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2011.
  10. Smith, Mike. "Orbiter 2 to be built in Azerbaijan". Suas news. 2 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2011.
  11. "Israel Markets UAVs To Moslems". 20 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2011.
  12. ""ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi başa çatdı". www.mdi.gov.az (az.). 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  13. Известия, Газета Азербайджанские. "Газета Азербайджанские Известия - Успешное балансирование - Известия Азербайджан - Новости". www.azerizv.az. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  14. AZE. "Баку могут заинтересовать новинки оборонпрома Турции на SAHA EXPO-2018". AZE.az (ingilis). 2018-09-13. 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  15. "Оборонка набирает мощь". www.anl.az. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  16. "Müdafiə Sənayesi Nazirliyi ilə Almaniya şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb". Report İnformasiya Agentliyi (az.). 13 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  17. "Azerbaijan's Spying Carpets". 2011-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-07.
  18. "Azad Systems starts UAV production". "Flightglobal". April 8, 2011. March 14, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2011.
  19. "Azərbaycan ilin sonuna qədər 60 ədəd pilotsuz təyyarə istehsal edəcək". "ANS Press". May 11, 2011. September 20, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 11, 2011.
  20. "До конца года Азербайджан произведет 60 беспилотников". 14 May 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 May 2011.
  21. "Azərbaycan hərbi gəmi istehsal edəcək". apa.az (az.). 13 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
  22. "Azerbaijan's "Istiglal" rifle becomes interesting for the world". 2009-04-29. 2010-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  23. "AZERBAIJAN'S "ISTIGLAL" RIFLE BECOMES INTERESTING FOR THE WORLD". 2009-04-30. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  24. "Azerbaijan begins AK-74M production". United Press International. 12 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2011.
  25. "Azerbaijan starts production of Kalashnikovs". News.az. 18 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2011.
  26. "The Emanzipation of Azerbaijan's Defence Industry". İstifadə tarixi: 2011-10-18.
  27. "Azerbaijan May Join Turkey's New Tank Manufacturing Project, Bureaucrat". 2018-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.
  28. "Azərbaycan helikopter istehsalı ilə bağlı danışıqlar aparır" Arxivləşdirilib 2012-03-21 at the Wayback Machine, Azadliq Radiosu, November 3, 2010
  29. Azerbaijan and Ukraine plan to produce helicopter Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine
  30. "İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Bakı cihazqayırma zavodunun açılışında iştirak etmişdir". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.
  31. "Азербайджан приступает к производству беспилотников". ИА REGNUM (rus). 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  32. "Азербайджан замахнулся на баллистические ракеты". Рамблер/новости (rus). 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  33. "Presentation of National Armored Vehicle "Tufan" of the Ministry of Defence Industry has been Performed". www.mdi.gov.az (ingilis). 2017-02-14. 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  34. "Opening of plant for production of rounds for revolver type grenade launcher of Production Union "Sharg" was held". www.mdi.gov.az (ingilis). 2017-06-23. 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
  35. "Азербайджан усовершенствует "Гюрзу" - компания Евраком". компания Евраком (rus). 2014-04-14. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.