Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı | |
---|---|
Direktor | Xudayar Sultanlı |
Şəhər | Cəlilabad |
Ölkə | |
Ünvan | Cəlilabad şəhəri, M.Hüseyn 20 |
Tarixi
AMİ Cəlilabad filialı
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.
İlk tədris ilində filiala 2 ixtisas – "İbtidai təhsilin pedaqigikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" üzrə qəbul planı verilmişdir.
Hazırda filialda aşağıdakı ixtisaslar üzrə ilkin kadr hazırlığı aparılmışdır:
- "İbtidai təhsilin pedaqogikası və metodikası"
- "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası"
- "Tarix"
- "Azərbaycan dili və ədəbiyyatı"
- "Tarix və coğrafiya"
Filialda üç kafedra — ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedrası fəaliyyət göstərmişdir.
Filial eyni zamanda onun dislokasiyasına daxil olan rayonların pedaqoji kadrlarının ixtisaslarının artırılması və yenidənhazırlanması ilə məşğul olur. Dislokasiyaya daxil olan 7 rayon üzrə ixtisasartırma kursları və yenidənhazırlama təhsili təşkil edilmişdir. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı etmişdir. O, Filialda 1 fakültə-"Pedaqoji fakültə", 3 kafedra – "Ümumelmi fənlər kafedrası", " Humanitar fənlər kafedrası", " Təbiət fənləri və onların tədrisi metodikası kafedrası", 4 şöbə — Tədris və tələbə şöbəsi — Ümumi şöbə — Kadrlar şöbəsi — Təsərrüfat şöbəsi, 3 kabinet – Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətlənidirlməsi kabineti — Əlavə təhsilə metodik xidmət kabineti — Müasir təlim metodları və dayaq məntəqələri ilə iş üzrə kabinet 2 kompüter mərkəzi və 2 Akt zalı – — 140 nəfərlik böyük zal — 60 nəfərlik kiçik zal Kitabxana — 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardı.
ADPU Cəlilabad filialı
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir.[3]
Mənbə
- Filiallar Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine
İstinadlar
- ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2016-07-03 at the Wayback Machine (az.)
- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (az.)
- "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az, (az.)