Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.[1]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı | |
---|---|
Şəhər | Şamaxı |
Ölkə |
Tarixi
AMİ Şamaxı filialı
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır.[2]
ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır.
Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir.
ADPU Şamaxı filialı
Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.[3]
Mənbə
- Filiallar Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine
İstinadlar
- ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2016-07-03 at the Wayback Machine (az.)
- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine (az.)
- "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az, (az.)