Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı | |
---|---|
Şəhər | Şəki |
Ölkə |
Tarixi
BDU Şəki filialı
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır.[2]
Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur.
AMİ Şəki filialı
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır.
Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir.
AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır:
- "Azərbaycan dili və ədəbiyyat";
- "Tarix və coğrafiya";
- "Xarici dil" (İngilis dili);
- "Riyaziyyat və fizika";
- "İbtidai təhsilin pedaqogikası və metodikası";
- "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası".
Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi.
Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir.
ADPU Şəki filialı
Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.[3]
Mənbə
- Filiallar Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine
İstinadlar
- ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2016-07-03 at the Wayback Machine (az.)
- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (az.)
- "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az, (az.)