Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri.
Azərbaycan Hərbi Hava Qüvvələri | |
---|---|
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 1919 — h.h |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir | Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları |
Vəzifəsi | Azərbaycanın ərazi bütövlüyünü havadan müdafiə |
Sayı | 12.000 |
Qərargah | Nasosnı aviabazası |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.[1]
Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib. 2014-cü ildən komandan Ramiz Tahirov'dur.
1994-cü ildə — atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə — Azərbaycanın illik hərbi büdcəsinin 80–90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir.[2]
İnfrastruktur
Proqrama uyğun olaraq, 2008–2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləşdirilməsi aparılacaq və HHQ-nin aviaparkı təxminən 50%-dək müasir döyüş təyyarələri hesabına yeniləşdirilmişdir. Hərbi Hava Qüvvələrinin aerodromlarının modernizasiya proqramında Azərbaycanın ən aktiv tərəfdaşı ABŞ-dır. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib.
2008-ci ilin sentyabr ayından etibarən, HHQ-nin mərkəzi idarəetmə sisteminin modernizasiya olunmasına Türkiyə kömək edib. Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, burada NATO standartlarına uyğun idarəetmə məntəqəsi yaradılacaq.
Azərbaycanda Rusiya Aerokosmik Qüvvələri tərəfindən idarə olunan Qəbələ RLS də var. Bu RLS Hind okeanına qədər olan ərazidən, yəni təqribən 6,000 km radiusda atılan istənilən raketi aşkar edə bilirdi. Lakin, 2012-ci ilin dekabr ayında Rusiya radarın işləmə müddətini uzatmaqla bağlı danışıqların uğursuzluqla nəticələndiyini bildirdi və RLS fəaliyyətini dayandırdı. Stansiya Azərbaycana geri verildi və RLS-ə aid olan bütün avadanlıqlar Rusiyaya aparıldı.
Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
HHQ müharibələrdə
Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda da helikopterçilərimiz 1993-cü ilin oktyabrında Kəlbəcərin işğalı zamanı 5 min nəfərin mühasirədən çıxarılmasında misilsiz qəhrəmanlıqlar göstərmişlər. İyul 2019-cu ildə Rəşad Atakişiyev Xəzər dənizi, Zarat kəndində uçuş edərkən qəzaya uğrayaraq şəhid olmuşdur. Hərbi Hava Qüvvələri Aprel döyüşləri'ndə düşmənə uğurlu zərbələr endirmişdir. Döyüşdə Mi-24 helikopterin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə şəhid olmuşlar. Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlandı.[3] Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələri havaya qaldırıb kütləvi aviasiya zərbəsini imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevlər edirdilər. Ikinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanından AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirildi. Plan uğurla icra olundu və ilk günlərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarıldı.[4] Bayraktar TB2, DSX-nin “IAI Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv elədi.[5]
Vətən müharibəsində 2 pilotumuz - Zaur Nudirəliyev və Ramiz Qasımov şəhid oldu və hər ikisi ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olundular. Namiq İslamzadə, Elnur Qebedov, Rəşad Nadirov, Səfər Qurbanov, Rəşad Qasımlı da eyni mükafata layiq görüldü. Vətən müharibəsində DSX pilotları Abbas Qasımov və Xalid Gözəlov da ilk günlərdə şəhidlik zirvəsinə ucaldılar.[6]
Hazırda
Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci il məlumatına görə 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. HHQ-nin arsenalında "Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-29, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.
2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan "Talisman" Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.[7]
2017-ci ildən etibarən, Pakistan Azərbaycana təlim məqsədilə "Super Mushshak" təyyarələrini təhvil verməyə başlayıb.
2020-ci ilin iyununda isə Türkiyədən yeni Silahli PUA-lar (Bayraktar TB2) alınmışdır.
Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.[mənbə göstərin]
Rusiyalı hərbi-siyasi analitiki Aleksandr Xramçixinin iddiasına görə, Azərbaycan HHQ-yə aşağıdakı hərbi hissələr daxildir:
- 843-cü qarışıq Aviasiya alayı ("Qala" hərbi-hava bazası),
- 416-cı qırıcı-bombardmançı alayı (Kürdəmir),
- 408-ci qırıcı alayı (Zeynalabdin bazası),
- 422-ci kəşfiyyat alayı (Dəllər),
- 115-ci təlim alayı (Sangəçal)
- hərbi nəqliyyat alayı (Zeynalabdin bazası):
Təchizat
Adı | Şəkil | Mənşə | Tipi | Variantı | İstismardadır | Qeydlər |
---|---|---|---|---|---|---|
Döyüş təyyarəsi | ||||||
MiQ-29 | SSRİ | müxtəlif | MiQ-29S MiQ-29UB |
14[8] | Ukraynadan 16 ədəd alınıb. Lakin onlardan 2-si Təlimlərdə Xəzər dənizinə düşüb. 3 ədədi təlimlərdə istifadə olunur[9] | |
Su-25 | SSRİ | Hücum | Su-25 Su-25UB Su-25ML[10] |
32[8] 3 Naməlum |
2002-ci ildə Gürcüstan Azərbaycana 6 ədəd Su-25 hücum təyyarəsi satıb. Daha 6 ədəd Su-25 və 1 ədəd Su-25UB 2005-ci ildə təhvil verildi, 2008–2015 ildə Gürcüstan Azərbaycana Tbilisi Aviasiya Zavodunun istehsalı olan 15 ədəd yeni Su-25 hücum təyyarəsi satmışdır[11], 2009–2012-ci illərdə Belarusiyadan 11 ədəd SU-25 alınıb. Lakin təlimlərdə 1 ədədi yerə çırpılıb.[12] 2023-cü ildə Türkiyə müdafiə sənayesi nazirliyi tərəfindən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus Su-25 təyyarələri mindernizasiya olunmağa başlanıb.[10] | |
Nəqliyyat | ||||||
CASA CN-235 | İspaniya | Nəqliyyat | 4 | |||
İlyuşin İL-76 | SSRİ | Nəqliyyat | İL-76TD | 2[13] | ||
Helikopter | ||||||
Bell 412 | ABŞ | Çoxməqsədli | AB 412 | Naməlum[8] | [9] | |
Bell 407 | ABŞ | Çoxməqsədli | Naməlum[8] | [9] | ||
MD Helicopters MD 500 | ABŞ | Çoxməqsədli | MD 530 | Naməlum[8] | [9] | |
Mil Mi-35 | Rusiya | Hücum | Mi-35M | 24[14] | ||
ATE SuperHind | CAR Ukrayna Azərbaycan |
Hücum | Mi-24G SuperHind | 12[15] | "Mi-24G" CAR-ın "ATE" şirkəti və Ukraynanın Luç dizayn bürosu tərəfindən Mi-24 helikopterlərinin Azərbaycan HHQ üçün hazırlanan xüsusi modifikasiya olunmuş versiyasıdır. "G" hərfi "Gecə" mənasını verir və helikopterin gecə əməliyyatlarında effektiv olmasını bildirir.[9] | |
Mil Mi-24 | SSRİ | Hücum | Mi-24V Mi-24P |
14[8] | ||
Mil Mi-17 | Rusiya | Çoxməqsədli / Nəqliyyat | Mi-17–1V | 70[8] | [9] | |
Mil Mi-8 | SSRİ | Çoxməqsədli | 13 | |||
Ka-32 | SSRİ | Çoxməqsədli | Ka-32 | 4[8] | ||
Təlim | ||||||
Aermacchi M-346 | İtaliya | Təlim / Hücum | 15 | |||
Aero L-39 | Çexiya | Təlim / Hücum | 12[8] | |||
Aero L-29 | Çexiya | Təlim | 28 | |||
PZL Mi-2 | Polşa | Təlim | 7[8] | |||
PAC MFI-17 Mushshak | Pakistan | Təlim | MFI-395 Super Mushshak | 10[8] | ||
PUA | ||||||
Antonov An-2 | SSRİ Polşa Azərbaycan |
PUA-ya çevrilmiş təyyarə | 60 | İkinci Qarabağ müharibəsində bilinməyən sayda An-2 PUA-ya çevrilmişdir.[16][17] | ||
Bayraktar Akıncı | Türkiyə | Hücum | Naməlum | 2022-ci ildə Azərbaycana ixrac olunub. | ||
Bayraktar TB2 | Türkiyə | Hücum | Naməlum | İkinci Qarabağ müharibəsində böyük rol oynadı.[18][19][20][21] | ||
STM Kargu | Türkiyə | Kamikaze | Naməlum | |||
IAI Harop | İsrail | Kamikaze | Naməlum | [22] | ||
Sky Striker | İsrail | Kamikaze | Naməlum | |||
Orbiter 1k | İsrail Azərbaycan |
Kamikaze | 100+[23][24] | Azərbaycanda istehsal olunur. | ||
Orbiter 2M | İsrail Azərbaycan |
Müşahidə | 50 | Azərbaycanda istehsal olunur. | ||
Orbiter 3 | İsrail Azərbaycan |
Müşahidə | 50 | Azərbaycanda istehsal olunur. | ||
Orbiter 4 | İsrail Azərbaycan |
Müşahidə | 50 | Azərbaycanda istehsal olunur. | ||
Hermes 450 | İsrail | Müşahidə | 12[24] | |||
Hermes 900 | İsrail | Müşahidə | 15[24] | |||
IAI Heron | İsrail | Müşahidə | 15[24] | |||
IAI Eitan | İsrail | Müşahidə | 15 | |||
IAI Searcher | İsrail | Müşahidə | 15[24] | |||
Aerostar | İsrail | Müşahidə | 14[23][24] |
Həmçinin bax
İstinadlar
- "Bu gün Hərbi Hava Qüvvələri günüdür". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- "HƏRBİ HAVA QÜVVƏLƏRİ və HAVA HÜCUMUNDAN MÜDAFİƏ QOŞUNLARININ AZƏRBAYCAN ORDUSUNDA YERİ". 2012-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-15.
- "Azərbaycan Hərbi Hava Qüvvələrinin Vətən müharibəsindəki əməliyyat planının adı açıqlanıb". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- Ermənistanın Hava Hücumundan Müdafiə atəş sistemi və dəf edilmə prinsipləri
- "Vətən müharibəsi: "Bayraktar"ım". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- "Vətən müharibəsinin ilk şəhidləri olan pilotlar". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- ""Azərbaycan Belarusla HHM raketlərinin birgə modernləşdirmə proqramlarını həyata keçirəcək" – HƏRBİ EKSPERT". 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- |url=https://www.flightglobal.com/download?ac=75345 |title=World Air Forces 2021 |publisher=FlightGlobal |date=4 December 2020 |access-date=5 January 2021 |archive-date=11 January 2021 |archive-url=https://web.archive.org/web/20210111223018/https://www.flightglobal.com/download?ac=75345 |url-status=live }}
- "Centennial of the Azerbaijani Air Force". vayuaerospace.in. 29 October 2018. 7 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2021.
- "Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi "Su-25 ML" hücum təyyarələri "Laçın" adlanacaq". Oxu.Az (az.). 2023-07-29. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
- "Arxivlənmiş surət". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
- "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.
- "WORLD AIR FORCES 2022". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.
- "Azerbaijan Orders 24 Mi-35M Helicopter Gunships". 5 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2011.
- "НІЧНІ КРОКОДИЛИ" Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine// Видання Міністерства оборони України "Народна армія", Березень 6, 2015
- "Azerbaijani Military Retools Old Crop Duster Planes as Attack Drones". Hetq Online. 31 December 2020. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2021.
- "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
- "Everything We Know About The Fighting That Has Erupted Between Armenia And Azerbaijan". The Drive. 10 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
- "What Open Source Evidence Tells Us About The Nagorno-Karabakh War". Forbes. 17 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
- Bensaid, Adam. "A military breakdown of the Azerbaijan–Armenia conflict". TRTWorld. 29 September 2020. 7 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2020.
- "Arxivlənmiş surət". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
- "Arminfo: Azerbaijan uses Israel-made Harop drone against NKR". arminfo.am. 8 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2021.
- "Aeronautics strengthening Israel-Azerbaijan links". Flightglobal Insight. 2015. 25 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
- "Trade Registers: "Israel to Azerbaijan"". sipri.org. 2015. 14 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.