Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu — Azərbaycanın ipəkçilik sənayesini ölkədə istehsal olunan хаmmаlla tam təchiz etmək və ipək ixracını artırmaq məqsədi ilə qurulmuş elmi-tədqiqat müəssisəsi
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu | |
---|---|
Əsası qoyulub | 7 yanvar 1958 |
Ölkə |
Tarixi
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu 7 yanvar 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır[1].
Məqsədi
Müasir seleksiya metodlarından istifadə edərək, yüksək məhsuldar ipəkqurdu cinsləri və tut sortları yaratmaq, yeni mütərəqqi yemləmə texnologiyaları və əkin sxemi tətbiq etməklə ipəkçiliyin intensiv inkişаfına nail olmaq institutun qаrşısında duran əsas məqsəddir.
Nailiyyətləri
İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliliyə malik ağ baramalı tut ipəkqurdu cinsi və 30-dan çox tut sortları yaranmışdır.
Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sоrtlаrının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdır ki, bu da ipəkçiliyin inkişafına mühüm əhəmiyyətə malik olmuşdur.
Mənbə
- İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
İstinadlar
- Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı
Xarici keçidlər
- İnstitutun rəsmi saytı Arxivləşdirilib 2014-12-18 at the Wayback Machine