Azərbaycan Demokratik Sahibkarlar Partiyası

Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya.

Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Sədri Qasım Qasımov
Qurucu Mahmud Məmmədov
Quruluş tarixi 23 aprel 1994
Qeydiyyat tarixi 17 may 1994
Dağılma tarixi 5 mart 2021
Birləşən Yeni Azərbaycan Partiyası (2021)

Tarixi

Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü il tarixində iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır.[1]

Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur.[2]

1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.[2]

2 mart 2021-ci il tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 Mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir.[3]

Təşkilat

Sədrlər

Sıra
Sədr
Başlanğıc
Bitmə
1.

Mahmud Məmmədov
23 aprel 1994
2000
2.

Qasım Qasımov
4 yanvar 2000
5 mart 2021

Seçkilərdə

Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır.[4] Buna baxmayaraq tək mandatlı dairələrdən partiyanın 2 namizədi — Mikayıl MirzəZeynəddin Xasmətov deputat seçilmişdir.[5]

Proporsional seçki üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[6]

  1. Eldar Əzizov
  2. Qasım Qasımov
  3. İlham Əmiraslanov
  4. Zeynal Nağdəliyev
  5. İnqilab Şəmiyev
  6. İndira Hacıyeva
  7. Nazim Hüseynquliyev
  8. Şəmsəddin Kərimov
  9. Yusif Xəlilov
  10. Rəşad Ağayev
  11. Lyudmila S?
  12. Məmməd Bayramov
  13. S? Əliyev
  14. Rəfail Niftalıyev
  15. Malik Cəbrayılov
  16. Mübariz Əzizov
  17. Asim Məlikov
  18. Fadil Həsənov
  19. Çimnaz Sadıqova
  20. Zakir Nəcəfov
  21. M? A?
  22. Nazim Babayev
  23. Elxan Daşdıyev
  24. Mirabbas Məmmədov
  25. Ədhəm Seyidov
Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Mahmud Məmmədov
2 / 100
142,3434.0
0 / 25
2 / 125

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  2. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  3. "Arxivlənmiş surət". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  4. "OSCE/UN JOINT ELECTORAL OBSERVATION MISSION IN AZERBAIJAN ON AZERBAIJAN'S 12 NOVEMBER 1995 PARLIAMENTARY ELECTION AND CONSTITUTIONAL REFERENDUM" (PDF). 2022-02-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.
  5. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
  6. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.