Azərbaycan Demokratik İstiqlal Partiyası

Azərbaycan Demokratik İstiqlal Partiyası və ya qısaca ADİPAzərbaycan Milli İstiqlal Partiyasından ayrılan bir qrup insan tərəfindən 1993-cü ildə qurulan siyasi partiya.

Azərbaycan Demokratik İstiqlal Partiyası
Qurucu Qabil Hüseynli
Quruluş tarixi 3 iyun 1993[1]
Dağılma tarixi ~2021[2]
Bölünmə 1999
Sələfi Azərbaycan Milli İstiqlal Partiyası

Haqqında

4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar.[3] Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov olublar. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri olmamışdır.

Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. M. Qurbanlı 1 oktyabr 1993-cü ildə partiyaya üzv olmuş və partiyanın həmsədri olmuşdur.[4] 1994-cü ildən Vaqif Kərimov da partiyanın həmsədri olmuşdur.[5] Azərbaycan Demokratik İstiqlal Partiyası dövlət qeydiyyatından keçib. Vaqif Kərimov istisna olmaqla, digər partiya üzvləri də zamanla partiyanı parçalayaraq Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.

1993-cü ildə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin fərmanı ilə Qabil Hüseynli Azərbaycan Respublikasının dövlət müşaviri vəzifəsinə təyin olunmuşdur. 1995-ci ilədək bu vəzifədə çalışan Qabil Hüseynli 1995-ci il tarixində həm dövlət müşaviri, həm də Azərbaycan Demokratik İstiqlal Partiyasının sədri postundan istefa vermişdir.[3]

Proporsional seçki üzrə Azərbaycan Demokratik İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[6]

  1. Fikriyyə İbrahimli
  2. Etibar Babayev
  3. Nizami Rzayev
  4. Şöhrət İsmayılov
  5. Sudabə Əliyeva
  6. Museyib İlyasov
  7. Oqtay Sultanlı
  8. Fəxrəddin Hüseynov
  9. Tofiq Abdullayev
  10. Maksim Abramov
  11. Xanımana Talıbova
  12. Teymur Babazadə
  13. Şəfiqə Nağıyeva
  14. Elxan Rzayev
  15. Maya İskəndərova
  16. Çimnaz Abbasova
  17. Rəfael Bağırov
  18. Arif Feyziyev
  19. Əlibaba Əliyev
  20. Natiq Nəcəfov
  21. Ağamirzə İsbəndiyarov
  22. Məleykə Həsənova
  23. Ramazan Salamov
  24. Pərvanə Mustafayeva
  25. Aliyə Rəhmanova

Vaqif Kərimovun sədrliyi ilə fəaliyyətini davam etdirən ADİP xeyli sonralar — 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün təsis olunan Bizim Azərbaycan Blokunda təmsil olunub.

2010-cu il parlament seçkiləri sonrası Vaqif Kərimov sədrliyi Şöhrət İsmayılova təhvil vermişdir.[7]

Partiya 2013-cü il Prezident seçkilərində İsa Qəmbərin namizədliyini dəstəkləyib.[8]

Partiya sədri Şöhrət İsmayılov 16 aprel 2021-ci ildə vəfat etmişdir.[9]

Seçkilərdə

Parlament seçkiləri

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Mübariz Qurbanlı
2 / 100
106,7823.0
0 / 25
2 / 125

Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik İstiqlal Partiyası seçkilərə 9 namizədlə qatılsa da, onlardan yalnız 4-ü rəsmi qeydiyyata alınmışdır.[10] 2 millətvəkili ilə I çağırışda təmsil olunan ADİP çağırış sonunda parçalandı. 2 millətvəkili də 1999-cu ildə YAP-a keçdilər.

Əlavə parlament seçkiləri

Seçki Sədr Səs Mandat
#  %
fevral 1999

Mübariz Qurbanlı

Vaqif Kərimov
7 228 11.81
0 / 2

Rəhbərlik

Partiyanın ilk sədri Qabil Hüseynli, daha sonra isə Vaqif KərimovMübariz Qurbanlı olmuşdur. Vaqif Kərimovun ardınca sədr postunu Şöhrət İsmayılov tutmuşdur.

Partiya Ali Məclisinin sədri Gündüz Cəlilov, birinci katibi isə Vilayət Quliyev olmuşdur. Daha sonra baş katib postunu isə Qafar Çaxmaqlı tutmuşdur.

# Sədr Başlama tarixi Bitmə tarixi
1
Qabil Hüseynli
1993 1994
2
Mübariz Qurbanlı

Vaqif Kərimov
1993 1999
3
Vaqif Kərimov
1999 2010
4
Şöhrət İsmayılov
2010 16 aprel 2021

İstinadlar

  1. http://lib.az/news/290.
  2. "Azərbaycanda partiya sədri vəfat etdi - FOTO". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  3. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  4. Гурбанлы Мүбариз Гәһрәман оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 127. ISBN 5-89600-253-x.
  5. Кәримов Вагиф Јунус оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 263–264. ISBN 5-89600-253-x.
  6. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  7. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.
  8. "İSA QƏMBƏRİ DƏSTƏKLƏYƏN PARTİYALAR TOPLAŞDI (yenilənib)". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  9. "Arxivlənmiş surət". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
  10. "OSCE/UN JOINT ELECTORAL OBSERVATION MISSION IN AZERBAIJAN ON AZERBAIJAN'S 12 NOVEMBER 1995 PARLIAMENTARY ELECTION AND CONSTITUTIONAL REFERENDUM" (PDF). 2022-02-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-04.

Xarici keçidlər


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.