Demokratik İslahatlar Partiyası
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur.
Demokratik İslahatlar Partiyası | |
---|---|
Sədri | Asim Mollazadə |
Qurucu | Asim Mollazadə |
Quruluş tarixi | 27 may 2005 |
Qeydiyyat tarixi | 12 avqust 2005 |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | Neftçilər pr. 65, Səbail ray. |
İdeologiya | liberalizm, Sosial ədalət |
Üzvlüyü | Demokratiya Bloku (2010) |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
35 / 15.156 |
Saytı | demreforms.az |
Tarixi
2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]
ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi.
ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.
ADİSP 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçkilərində on üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və üçüncü dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 21 044 səs (0.74 %) topladı.[mənbə göstərin]
2019-cu il noyabrın 10-də ADİSP VI Qurultayı baş tutdu. Qurultayda partiyanın adı Demokratik İslahatlar Partiyası olaraq dəyişdirildi. Qurultayda Asim Mollazadə altıncı dəfə üç il müddətinə DİP sədri seçildi.[2]
DİP 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və dördüncü dəfə Milli Məclisə seçildi. DİP həmin seçimlərdə 5 533 səs topladı.[mənbə göstərin]
Rəhbərlik
Demokratik İslahatlar Partiyasının (DİP) sədrdən və 8 nəfər üzvdən ibarət olan Siyasi Şurası mövcuddur.[mənbə göstərin]
Partiya sədri | Asim Mollazadə | |
Siyasi Şura üzvü | Fatimə Ağamirzəyeva | |
Siyasi Şura üzvü | Gülnarə Məmmədova | |
Siyasi Şura üzvü | İlkin Həsənov | |
Siyasi Şura üzvü | İnqilab Əhmədov | |
Siyasi Şura üzvü | Mərdan Əfəndiyev | |
Siyasi Şura üzvü | Nazim Abdullayev | |
Siyasi Şura üzvü | Ülkər Abdullayeva |
Qurultaylar
Qurultay | Tarixi | Seçilən sədr | Namizədlər |
---|---|---|---|
I Qurultay | 5 iyun 2005 | Asim Mollazadə | Asim Mollazadə |
II Qurultay | 20 iyul 2008 | ||
III Qurultay | 10 sentyabr 2011 | ||
IV Qurultay | 15 iyun 2013 | ||
V Qurultay | 1 yanvar 2016 | ||
VI Qurultay | 10 noyabr 2019 | ||
VII Qurultay | 2 dekabr 2023[3] |
Seçkilərdə
Parlament seçkiləri
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2005 | 1 / 125 | |||
2010 | 5 555 | 0.22 | 1 / 125 | |
2015 | 21 044 | 0.74 | 1 / 125 | |
2020 | 5 533 | 1 / 125 |
Bələdiyyə seçkiləri
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2009[4] | Asim Mollazadə | 18 / 15.591 | |||
2014 | |||||
2019 | 35 / 15.156 | ||||
Ara bələdiyyə seçkiləri
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[5] | Asim Mollazadə | 3 / 1.901 | ||
2011 | ||||
Maddi-texniki baza
Demokratik İslahatlar Partiyasının qərargahı Yasamal rayonu Ə. Hüseynzadə 64/1 ünvanında yerləşir.[mənbə göstərin]
İstinadlar
- modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- "Arxivlənmiş surət" (PDF). 2022-07-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-21.
- "Demokratik İslahatlar Partiyasının VII qurultayı keçirildi (FOTO) | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
- "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.