Demokratik İslahatlar Partiyası

Demokratik İslahatlar Partiyası və ya qısaca DİPAsim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur.

Demokratik İslahatlar Partiyası
Loqonun şəkli
Sədri Asim Mollazadə
Qurucu Asim Mollazadə
Quruluş tarixi 27 may 2005
Qeydiyyat tarixi 12 avqust 2005
Sələfi Azərbaycan Xalq Cəbhəsi Partiyası
Baş qərargah Neftçilər pr. 65, Səbail ray.
İdeologiya liberalizm, Sosial ədalət
Üzvlüyü Demokratiya Bloku (2010)
Üzv sayı 5 mindən çox[1] (2023)
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
35 / 15.156
Saytı demreforms.az

Tarixi

2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]

ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi.

ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.

ADİSP 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçkilərində on üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və üçüncü dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 21 044 səs (0.74 %) topladı.[mənbə göstərin]

2019-cu il noyabrın 10-də ADİSP VI Qurultayı baş tutdu. Qurultayda partiyanın adı Demokratik İslahatlar Partiyası olaraq dəyişdirildi. Qurultayda Asim Mollazadə altıncı dəfə üç il müddətinə DİP sədri seçildi.[2]

DİP 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və dördüncü dəfə Milli Məclisə seçildi. DİP həmin seçimlərdə 5 533 səs topladı.[mənbə göstərin]

Rəhbərlik

Demokratik İslahatlar Partiyasının (DİP) sədrdən və 8 nəfər üzvdən ibarət olan Siyasi Şurası mövcuddur.[mənbə göstərin]

Sıra
Vəzifə
Vəzifəli
1.
Partiya sədri Asim Mollazadə
2.
Siyasi Şura üzvü Fatimə Ağamirzəyeva
3.
Siyasi Şura üzvü Gülnarə Məmmədova
4.
Siyasi Şura üzvü İlkin Həsənov
5.
Siyasi Şura üzvü İnqilab Əhmədov
6.
Siyasi Şura üzvü Mərdan Əfəndiyev
7.
Siyasi Şura üzvü Nazim Abdullayev
8.
Siyasi Şura üzvü Ülkər Abdullayeva

Qurultaylar

Qurultay Tarixi Seçilən sədr Namizədlər
I Qurultay 5 iyun 2005 Asim Mollazadə Asim Mollazadə
II Qurultay 20 iyul 2008
III Qurultay 10 sentyabr 2011
IV Qurultay 15 iyun 2013
V Qurultay 1 yanvar 2016
VI Qurultay 10 noyabr 2019
VII Qurultay 2 dekabr 2023[3]

Seçkilərdə

Parlament seçkiləri

Seçki Sədr Majoritar
Səs % Mandat
2005
Asim Mollazadə
1 / 125
20105 5550.22
1 / 125
201521 0440.74
1 / 125
20205 533
1 / 125

Bələdiyyə seçkiləri

Seçki Sədr Səs Yer
#  % ±
2009[4] Asim Mollazadə
18 / 15.591
2014
2019
35 / 15.156

Ara bələdiyyə seçkiləri

Seçki Sədr Səs Bələdiyyə üzvü
#  %
2006[5] Asim Mollazadə
3 / 1.901
2011

Maddi-texniki baza

Demokratik İslahatlar Partiyasının qərargahı Yasamal rayonu Ə. Hüseynzadə 64/1 ünvanında yerləşir.[mənbə göstərin]

İstinadlar

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. "Arxivlənmiş surət" (PDF). 2022-07-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-21.
  3. "Demokratik İslahatlar Partiyasının VII qurultayı keçirildi (FOTO) | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  4. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  5. "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.