Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP— Azərbaycanda 26 yanvar 1991-ci il tarixində təsis edilmiş, 17 oktyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən, ilk dəfə 14 mart 1993, ikinci dəfə isə 3 fevral 2000-ci il tarixində olmaqla 2 dəfə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya.
Azərbaycan Demokrat Partiyası | |
---|---|
![]() | |
Qurucu | |
Quruluş tarixi | 26 yanvar 1991 |
Qeydiyyat tarixi | 3 fevral 2000 (2-ci dəfə) |
Birləşən |
Ədalət Partiyası (1996) Demokratik Azərbaycan Partiyası[lower-alpha 1](1998) Demokratik Yol Partiyası[lower-alpha 1] (1998) |
Bölünmə |
Demokratik Azərbaycan Partiyası[lower-alpha 1] Ədalət Partiyası (2001) Açıq Cəmiyyət Partiyası[lower-alpha 1] (2007) |
İdeologiya | respublikaçılıq, mühafizəkarlıq, Demokratiya, müstəqillik, dövlətçilik |
Üzvlüyü |
Demokratik Konqres (1994-1995) Azadlıq Bloku (2005-2007) Beşlər (2007) Qarabağ Bloku (2010) Azərbaycan Xalq Hərəkatı (2018) |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | adp-muxalifet.blogspot.com |
Tarixi
Yaranması
Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci il tarixində Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 28 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri aşağıdakı şəxslərdir:
- Sərdar Cəlaloğlu
- Sülhəddin Əkbər
- Nurəddin İsmayılov
- Meydan Babayev
- Ramiz Mirzəoğlu[2]
Azərbaycan Demokrat Partiyası 17 oktyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qeydiyyata alınmışdır. Bundan sonra 25 aprel 1992-ci il tarixində Naxçıvan şəhərində partiyanın I Konfransı keçirilmişdir. Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanunu qəbul edildikdən sonra isə Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən Azərbaycan Demokrat Partiyası ilk dəfə 14 mart 1993-cü il tarixində rəsmi dövlət ürydiyyatına alınmışdır. Elə həmin il partiyanın mərkəzi qərərgahı Naxçıvan şəhərindən Bakı şəhərinə köçürülmüşdür.
Bakıya köçən Azərbaycan Demokrat Partiyası 28 iyul və 23 yanvar tarixlərində II və III konfransını keçirmiş və qurultay qərarı almışdır. 7–8 may 1994-cü ildə Azərbaycan Demokrat Partiyasının I Qurultayı keçirilmiş, qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilmişdir.
II Sərdar Cəlaloğlu dövrü (2007-)
2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşmək üçün qarşılıqlı təmaslar başlatdı. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi.[3] Lakin yekun nəticədə birləşmə baş tutmamışdır.[4]
Seçkilərdə
Milli Məclis
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | |||||
---|---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | ||||
1995 | |||||||||
2000 | ![]() İlyas İsmayılov | ![]() Rəsul Quliyev | 0 / 100 | 1.1 | 0 / 25 | 0 / 125 | |||
2005 | ![]() Rəsul Quliyev | 0 / 125 | — | — | — | 0 / 125 | |||
2010 | ![]() Sərdar Cəlaloğlu | 7,662 | 0.32 | 0 / 125 | — | — | — | 0 / 125 | |
2015 | 2,746 | 0.10 | 0 / 125 | — | — | — | 0 / 125 | ||
2020 | 0 / 125 | — | — | — | 0 / 125 | ||||
Bələdiyyə seçkiləri
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
1999 | Rəsul Quliyev İlyas İsmayılov |
||||
2004 | Rəsul Quliyev | ||||
2009[5] | Sərdar Cəlaloğlu | 3 / 15.591 | |||
2014 | |||||
2019 | |||||
Ara bələdiyyə seçkiləri
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[6] | Rəsul Quliyev | 2 / 1.901 |
Mərkəzi təşkilat
Sədrlər
|
Həmsədrlər
|
|
Sədr müavinləri
# | Adı | Vəzifəsi |
---|---|---|
1 | Həsrət Rüstəmov | Partiya sədrinin birinci müavini |
2 | Taliyət Əliyev | Partiya sədrinin müavini (seçki və hüquq məsələləri üzrə) |
3 | Nurəddin İsmayılov | Partiya sədrinin müavini (mətbuat və xalqla əlaqələr üzrə) |
4 | Nazilə Soltanova | Partiya sədrinin müavini (qadınlarla iş üzrə) |
5 | Daşqın Nuriyev | Partiya sədrinin müavini (əlaqələr və insan hüquqları üzrə) |
6 | Kamran Nəsirli | Partiya sədrinin müavini (gənclərlə iş üzrə) |
7 | Nizami Məmmədzadə | Partiya sədrinin müavini (təşkilati işlər üzrə) |
Qurultaylar
Ad | Tarix | Seçilmiş sədr | Namizəd |
---|---|---|---|
Təsis Konfransı | 26 yanvar 1991 | - | - |
I Konfransı | 25 aprel 1992 | - | - |
II Konfransı | 28 iyul 1993 | - | - |
III Konfransı | 23 yanvar 1994 | - | - |
I (Təsis) Qurultay | 7–8 may 1994 | Sərdar Cəlaloğlu | Sərdar Cəlaloğlu |
II (Fövqəladə) Qurultay | 10 sentyabr 1995 | ||
III (Fövqəladə) və IV (Birləşdirici) Qurultay | 30 mart 1996 | İlyas İsmayılov | İlyas İsmayılov |
V (Fövqəladə) Qurultay | 25 may 1998 | ||
VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfrans | 29 noyabr 1998 | Rəsul Quliyev | Rəsul Quliyev |
VII Qurultay Səlahiyyətli Konfrans | 22 iyun 2003 | - | - |
VIII Qurultay | 23 aprel 2005 | Rəsul Quliyev | Rəsul Quliyev |
IX Qurultay | 27 may 2007 | Sərdar Cəlaloğlu | Sərdar Cəlaloğlu |
X (Onlayn) Qurultay | 1 sentyabr 2020 | Sərdar Cəlaloğlu
Rəşid Mansurov | |
XI Fövqəladə Qurultay | 3 dekabr 2023[7] | Nizamnamə qurultayı |
Texniki baza
Azərbaycan Demokrat Partiyası qərargah olaraq "Hürriyət" qəzetinin icarəyə götürdüyü binanın bir hissəsini icarəyə götürmüşdür. "Hürriyət" qəzeti əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsinin mətbuat orqanı olmuş və Naxçıvanda nəşr olunmuş, 1992-ci ildən isə Bakı şəhəri Ələşrəf Əlizadə 13 ünvanındakı qərargahı 25 illiyinə dövlətdən icarəyə alaraq Bakıda nəşr olunmağa başlamışdır. Azərbaycan Demokrat Partiyası "Hürriyət" qəzeti ilə birgə hər kvartal üçün aylıq 600 manat icarə haqqı ödəməkdədir.[8][9]
Rəmzləri
Azərbaycan Demokrat Partiyasının embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Simvolda doğan günəş fonunda açıq dənizdə 8avar çəkən qayıqçılar təsvir olunub. 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Eyni zamanda simvolda təsvir olunan gəmi Qobustan qayaüstü rəsmlərində təsvir olunan rəsmlərdən götürülüb. Bu da Azərbaycanın qədim yaşayış məskəni olmasına işarədir.[10]
Qeydlər
- Rəsmi dövlət qeydiyyatında olmayan siyasi partiya
İstinadlar
- modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- "İsa Qəmbəri tərk edən tanınmışlar - Araşdırma". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- "Arxivlənmiş surət". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- "Arxivlənmiş surət". 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- moderator.az. "ADP XI fövqəladə Qurultayını keçirib - FOTOLAR". moderator.az (az.). 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
- "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
- "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-27.
- "Partiyaların simvolları – ARAŞDIRMA". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-05.