Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri — birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri.[1] 1931-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə simfonik orkestr prinsipi ilə yaradılıb.[2] Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Orkestrin "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı" çərçivəsində çıxışı. Bakı, 25 mart 2009-cu il.
Orkestrin "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı" çərçivəsində çıxışı. Bakı, 25 mart 2009-cu il.
Musiqiçi məlumatları
Fəaliyyət illəri 1931-ci ildən günümüzədək
Janr Xalq musiqisi
mugam.az

Tarixi

Birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri. 1932-ci il.[3]

Orkestr 1 may 1931-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəfnağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir.[2]

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Yarandığı gündən orkestr bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 20052010-cu illərdə İranda keçirilən ənənəvi "Fəcr" Beynəlxalq musiqi festivallarında "Qızıl Çəng" mükafatına layiq görülmüşdür. Belarusiya, Moldova, Tacikistan, Ukraynada keçirilən mədəniyyət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur.[2]

Orkestrin dirijoru

Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Paşayevdir.

Həmçinin bax

İstinadlar

  1. "Üzeyir ömrü". Medeniyyet.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-16.
  2. "Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri". Azculture.az. 2018-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-16.
  3. Elmira Abbasova. Üzeyir Hacıbəyov. Bakı: Azərbaycan dövlət nəşriyyatı. L. V. Karaqiçevanın redaktəsi altında. 1975. səh. 48-49.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.