Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət.

ABB
Azərbaycan Beynəlxalq Bankı
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Təsis tarixi 10 yanvar 1992
Baş qərargahın yeri
Rəhbərlik
Rəhbərlik Abbas İbrahimov
abb-bank.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 66 filial və 13 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır.

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Xidmət şəbəkəsi

ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

1996-cı ildə ABB “AzəriKard” prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. 1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir. Bu bank müştərilərə "American Express" ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır.

ABB ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 900-dən çox ATM-i, ticarət  və xidmət müəssisələrində 13 mindən çox POS terminalı var.  

Azərbaycanda pensiya və əməkhaqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə məhz ABB tərəfindən həyata keçirilib.

Hazırda bankın aktiv ödəniş kartlarının sayı 1 milyon 300 mindən çoxdur.

Müştərilərin rahatlığını düşünərək ABB ölkədə ilk dəfə olaraq Randevü xidmətini yaradıb. Bu xidmət müştərilərə filiallarda növbəyə dayanmadan görüş təyin etmək, xidmət vaxtını əvvəlcədən müəyyənləşdirmək imkanı verir. Müştərilər bu xidmətdən internet üzərindən, yaxud telefon zəngi ilə faydalanırlar. 2019-cu ildə ABB çoxfunksiyalı Tamkart məhsulunu təqdim edib. 2020-ci ildə isə Bank ABB Miles kartlarını müştərilərin istifadəsinə verib.

Müşahidə Şurası

ABB-nin Müşahidə şurasına aşağıdakı üzvlər daxildir:

İdarə heyəti

ABB-nin İdarə Heyətinə yeddi üzv daxildir:

  • Sədr: Abbas İbrahimov
  • Sədrinin birinci müavini: İlham Həbibullayev
  • Sədr müavini: Vasif Əhmədov
  • Sədr müavini: Taleh Tahirli
  • Sədr müavini: Aqşin Əmirov
  • Sədr müavini: Nəbi Əliyev
  • Sədr müavini: Elmir Həbibullayev

Fəaliyyət

Qarşılıqlı partnyorluq münasibətləri

“VISA PayWave” və “Mastercard PayPass”, NFC, Payment Rings ödəniş texnologiyalarını ölkəmizdə ilk dəfə məhz ABB tətbiq etməyə başlayıb.

VISA ilə tərəfdaşlıq çərçivəsində “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin tətbiqi də ölkəmizdə yeganə olaraq ABB-nin adı ilə bağlıdır.

2002-ci ildə, Bank Rusiya Federasiyasında törəmə müəssisəsini təsis edib. Rusiyadakı törəmə müəssisə hazırda “ABB-Moskva Bankı” adı altında fəaliyyət göstərir.

2019-cu ildə İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan ABB klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib.

Mükafatlar

2019-cu ildə “Euromoney” qlobal nəşri ABB-ni ölkə üzrə ilin ən yaxşı bankı seçdi.

2020-ci ildə “Global Finance” ABB-ni "Ölkənin ən yaxşı bankı" seçdi!

2020-ci ildə ABB kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan "SME Banking Club" tərəfindən müəyyən edilmiş - MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutub.

Layihələr

Azərbaycanda innovasiyaların inkişafına dəstək, əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin yetişdirilməsi məqsədilə bir sıra sosial layihələr həyata keçirən Bank 2019-cu ildə ABB Tech Akademiyasını yaradıb, 2020-ci ildə 1-ci ABB Regional hakatonunu təşkil edib.

2020-ci ildə ABB kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsi məqsədilə “Sahibkarlar Klubu”nu yaradıb.

Üzvlüklər

ABB aşağıdakı peşəkar təşkilat və sistemlərin üzvüdür:

  • Azərbaycan Banklar Assosiasiyası (ABA)
  • Bakı Fond Birjası (BSE)
  • Dünya Banklararası Maliyyə Telekommunikasiyaları Cəmiyyəti (SWIFT)
  • “MasterCard International”
  • ”VISA International” Beynəlxalq ödəmə sistemi
  • ”American Express” Beynəlxalq ödəmə sistemi
  • Reuters informasiya sistemi
  • Azərbaycan-Amerika Ticarət Palatası

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.