Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 18 oktyabr 2017 |
Rəhbərlik | |
Rəhbər | Saleh Məmmədov |
Rəsmi saytı | aayda.gov.az |
Haqqında
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
Rəhbər
Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.