Azərbaycan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Azərbaycan Uşaq Avroviziya Mahnı Müsabiqəsində — Azərbaycan bu müsabiqədə ilk dəfə 2012-ci ildə iştirak etmişdir.
Azərbaycanın ilk Uşaq Avroviziyasındakı ilk təmsilçiləri İctimai Televiziya tərəfindən seçilən Ömər Sultanov və Suada Ələkbərova olmuşdur. Niderlandın paytaxtı Amsterdamda keçirilən 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin yeganə dueti, Azərbaycan təmsilçiləri Ömər və Suada HMH arenasında 3-cü səhnə almışdır. "Girls and Boys (Dünya Sənindir)" adlı mahnı ilə çıxış edən duet nəticədə 49 xalla 11-ci yerdə qərarlaşmışdır[1].
Kiyevdə keçirilən 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Azərbaycan Rüstəm Kərimovun ifa etdiyi "Me and My Guitar" mahnısı ilə təmsil olunmuşdur. İştirak edən 12 ölkə arasında Azərbaycan 66 xalla 7-ci yeri tutmuşdur. Bu ölkənin indiyədək müsabiqədəki ən yüksək nəticəsi olmuşdur. Növbəti illərdə müsabiqədə iştirak etməyən Azərbaycan 2018-ci ildə Uşaq Avroviziyasına geri dönmüşdür. Minskdə keçirilən müsabiqədə ölkəni "I Wanna Be Like You" mahnısı ilə Fidan Hüseynova təmsil etmişdir. 20 ölkənin iştirakı ilə keçirilən yarışmada Azərbaycan təmsilçisi 47 xalla 16-cı yerdə qərarlaşmışdır.
Təmsilçilər
İl | Dil | İfaçı | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|
2012 | Azərbaycanca, İngiliscə | Suada Ələkbərova & Ömər Sultanov | "Girls and Boys (Dünya Sənindir)" | Qızlar və oğlanlar | 11 | 49 |
2013 | Azərbaycanca, İngiliscə | Rüstəm Kərimov | "Me and My Guitar" | Mən və gitaram | 7 | 66 |
2018 | Azərbaycanca, İngiliscə | Fidan Hüseynova | "I Wanna Be Like You" | Sənin kimi olmaq istəyirəm | 16 | 47 |